XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

22 Mart 2017 - 18:08

Türkiyə Raqqa əməliyyatından niyə çıxdaş olunur? –Təhlil

t

İŞİD yaraqlıları Raqqa şəhərində parad vaxtı

©AP Foto, Raqqa Media Center

 

Murad Yetkin

Hürriyet (Türkiyə), 21.03.2017

 

Britaniyanın "Reuters" informasiya agentliyi martın 20-də xəbər dərc edib  ki, Rusiya PKK-nın Suriya qanadı olan Xalq özünü müdafiə dəstələrinə (YPG) təlim keçmək məqsədilə Suriyanın Afrin şəhəri yaxınlığında hərbi baza yaratmaq niyyətindədir. Rusiya tezliklə bu məlumatı təkzib edib.

Afrindən danışarkən Xatayda Kırıkxan rayon mərkəzindən 45 km və Kilis şəhərinin mərkəzindən 30 km məsafə haqda, yəni birbaşa qulağımızın dibindən söhbət gedir. 

Sonra Beyrut istehsalı təbliğata artıqlamasilə həsr olunan "Reuters"in daha bir məlumatı gəldi: YPG öz siıahlı qüvvələrini 100 min nəfərədək artırmağı planlaşdırır. (Müqayisə üçün yada salaq ki, Almaniya ordusunun sayı 90 min, İtaliyanınkı 99 min, İsrailinki 176 min hərbçidən ibarətdir).

Bu məlumatın daxil olduğu anda yüksəkçinli rəsmi qaynaqla ondan danışırdıq ki, Türkiyənin son zamanlar martın 7-8-də ABŞ və Rusiyaya təklif etdiyi Raqqada əməliyyat üzrə plana müsbət və ya mənfi cavab gəlibmi?

Xatırladığınız kimi, keçən həftə Türkiyənin Antaliyada görüşdə nə ABŞ-ı, nə də Rusiyanı özünün Raqqa planına inandıra bildiyi haqda mülahizə yürüdürkən yazmışdıq ki, cavab hələ gəlməyib.

Türkiyənin Raqqaya nisbətdə təklifi sıradakından ibarətdir: prezident Ərdoğan ABŞ-ın həm əvvəlki prezidenti Barak Obamaya, həm də Donald Trampa ABŞ-ın YPG-dən imtinası halında Raqqanı birlikdə götürməyi təklif edib.

Hətta həm Rusiya, həm də ABŞ Antalya görüşündən sonra yetərincə aydın şəkildə eyham vurub ki, Ankaranın planı onları maraqlandırmır. ABŞ Mərkəzi komandanlığı (CENTCOM) hətta Suriyaya artilleriya bölməsi atmaq və bu məsələdə NATO üzrə tərəfdaşı Türkiyəyə ehtiyacı olmadığını göstərmək istəyib.

Bununla belə, Ankaranın mövqeyi ABŞ prezidenti Donald Trampın rəsmi bəyanatını gözləməkdir. Əlbəttə, nəzərdən qaçırmaq lazım deyil ki, bu gözlənti Türkiyədə 16 aprel referendumu ilə bağlı proseslə üst-üstə düşür. Çünki Türkiyənin Raqqa əməliyyatında iştirakı haqda məsələ AKP hökuməti üçün siyasi dəyərə malik olacaq. Yəni vaxt da sıxır.

Bu gün yazın başlanğıcı – Novruzdur, isti günlər astanadadır. Və Raqqa əməliyyatı daha da geciksə, məsələn, mayın əvvəlinə çəksə, onda hər şeydən əvvə yerüsütü birləşmələrə Suriya istisində xüsusən çətin olacaq: hərbçilərin dəyərləndirməsi bu cürdür.

Tramp ümumiyyətlə qərar qəbul etməsə və Türkiyənin təklifi – indiki və yaxud düzəliş edilmiş formada – rəsmi təqdir qazanmasa, onda Raqqanın İŞİD-dən azad edilməsində iki əsas ssenari qalır.

 

1. Rakkaya nisbətdə ABŞ-YPG gedişi

 

Rusiyanın dəstəklədiyi Suriya rejiminin qüvvələri Raqqadakı əməliyyatı ABŞ-ın başçılığı ilə qüvvələrə buraxar və Fərat çayının sol sahili boyunca cənubi-şərqə Deyr-əz-Zora can atar, Palmiradan gələn güclərlə birlikdə bu əməliyyatı İraqa doğru davam etdirər. Görünür, CENTCOM bu durumda 2014-cü ilin yanvarından İŞİD-in əlində olan Raqqaya münasibətdə əməliyyatı özəyini YPG təşkil edən Suriya Demokartik Qüvvələri (SDQ) ilə keçirəcək. Amerikalıların Türkiyənin təklifinə meyllənməməyinin səbəbi iki il ərzində hazırlanmış əməliyyat planının dəyişməsi vaxt və büdcə itkisi və ola bilsin, “ekstremizm”in yeni dalğasını törədəcəyi haqda əndişədədir.

Amerikalıların fikrincə, Türkiyənin də bu əməliyyata qoşulmasında kağızda heç nə mane olmur. Lakin YPG-ni özünün qırmızı xətti kimi müəyyən etmiş hökumət çətin ki buna razılaşsın.

Eyni zamanda amerikalılar qeyd edirlər ki, hətta Raqqanın bu cür üsulla azad ediləcəyi halda əhalisi ərəblər olan şəhərə YPG nəzarət etməyəcək. SDQ sıralarındakı ərəb ünsürlər də buna qarşı çıxış edirlər.

 

2. Raqqaya nisbətdə Rusiya-Suriya-YPG gedişi

 

Suriya qüvvələri Rusiyanın dəstəyi ilə Münbicdən şərqə hərəkət etmək və Raqqaya çatmaq qərarı qəbul edə bilər. Bu durumda iki variantdan biri gerçəkləşir.

Birinci halda İŞİD Raqqanı tərk edə (“Fərat qalxanı” əməliyyatının gedişində Cerablusdakı kimi) və yaxud vuruşaraq (Əl-Babdakı kimi) geri çəkilə bilər (ehtimal ki, Deyr əz-Zor və yaxud İraqa istiqamətində). Bu şəraitdə Suriya rejimi qüvvələri Raqqaya girəcək, ABŞ isə qarışmayacaq.

İkinci variantda İŞİD belə və yaxud elə özünün siyasi mərkəzi saydığı Raqqada müqavimət variantını seçə bilər. Bu durumda ABŞ Rusiya və onun dəstəklədiyi Suriya ordusu ilə üz-üzə gəlmək istəməyəcək. Ola bilsin, ABŞ açıq toqquşmaya da getməyəcək, lakin əsla mane olmayacaq. Amma Suriya rejimi bu halda böyük yerüstü qüvvəyə ehtiyacı olan Rusiyanın dəstəyi ilə PKK-nın Suriya qanadı və YPG-yə bağlı “Demokratik Birlik” partiyası (PYD) ilə razılığa gəlməyə çalışa bilər. YPG döyüşçüləri yenə də İŞİD-ə qarşı vuruşmağa başlaya bilər, lakin bu dəfə ABŞ sıralarında deyil, Rusiya-Suriya cəbhəsində. Türkiyə bu cür əməliyyata cəlb olunmayacaq, elə özü də qatılmaq istəməyəcək. Aydındır ki, nəzərdən keçirilən variantların hər ikisində Türkiyənin üzərinə hər hansı mühüm rol düşməyəcək. Əlbəttə, bu, Türkiyə hökumətinin Suriya siyasətində geri daha bir addımı nəzərdə tuta bilər, lakin Türkiyənin Suriyadakı vətəndaş müharibəsinə cəlb edilməyəcəyini də hadisələrin əlverişli inkişafı saymaq mümkündür.

Bununla belə, bu iki ssenaridə mütləq nəzərə alınmalı olan daha bir mühüm element çatışmır: İran.

Qasım Süleymaninin başçılığı ilə İslam İnqilabı Keşikçilərinin Korpusunun tərkibindəki “Əl-Qüds” qüvvələri, şiə yaraqlıların xeyli təşkilatı və Livanın İranyönlü “Hizbullah”ı – onların hamısı birlikdə Suriyada (və İraqda) döyüş meydanında ən effektli yerüstü qüvvəni təmsil edir.

Əsəd rejimini dəstəkləyən iki ölkə kimi Rusiya və İranın münasibətləri yaxşıdır, lakin maraqlarının tam şəkildə üst-üstə düşdüyünü demək olmaz. Məsələn, “Hizbullah” və şiə yaraqlıları Holan yüksəkliklərinin yanında görünən kimi, İsrail baş naziri Netanyahu bir anda Moskvada  göründü və prezident Putindən İranı onun sərhədlərindən kənarada tutmağı xahiş etdi. Lakin Rusiya martın 20-də İsrailə kəskin etiraz notası göndərib İsrail təyyarələrinin Palmira ətrafında Rusiya birləşmələrinin yaxınlığındakı şiə yaraqlılarına zərbələrini qınadı və tələb etdi ki, bu, təkrar olunmasın.

Təfərrüatı davam etdirmək olardı, amma hesab edirəm ki, məsələ aydındır. Suriyadakı mənzərə yeni hadisələrlə daha da mürəkkəbləşdikcə, Ankara sakitcə gözləməyi davam etdirir və Raqqa əməliyyatından kənarda qalmaq riskindədir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə