XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2017 - 16:05

Putindən qaçan sabiq deputat və cangüdəni Kiyevdə öldürüldü –Ukrayna prezidenti rəsmi Moskvanı terrorda ittiham etdi

meyit-diplomat-umumi

Bu gün Ukraynanın paytaxtı Kiyevdə Rusiyalı sabiq deputat silahlı hücuma məruz qalıb.

Strateq.az xəbər verir ki, Rusiya Dumasının sabiq deputatı Denis Voronenkov naməlum şəxs və ya şəxslər tərəfindən açılan atəşlə öldürülüb. 

Hadisə ilə bağlı açıqama verən Kiyev polisi bildirib ki, silahı hücumda sabiq deputatla yanaşı, onun cangüdəni də vurulub: "Qətllə bağlı araşdırma aparılır".

Ukrayna prezidenti Poroşenko sabiq deputatın öldürülməsinə sərt reaksiya verib. O, bu sui-qəsdi Rusiyanın dövlət səviyyəsində həyata keçirdiyi terror adlandırıb: "Bu hadisə ilə paralel olaraq, Ukrayna ordusunun ən böyük silah anbarında da yanğın çıxıb. Bunlar təsadüf deyil, təxribatdır".

Xatırladaq ki, Voronekov Rusiya kəşfiyyatının onunla bağlı araşdırma apardığını və Putinin tapşırığı ilə izlənildiyini bəyan etmişdi. Məhz Rusiya hakimiyyəti tərəfindən təqibə məruz qaldığı üçün Kiyevə sığınan sabiq deputat, eyni zamanda, Rusiya vətəndaşlığından da imtina etdiyini bildirmişdi.

F.Əhməd




Yuxarı Əvvələ Ana Səhifə