XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2017 - 13:00

İranda siyasi böhran:Xamnei Ruhaniyə niyə hücum edir? – Təhlil

X

Stanislav Tarasov

REGNUM İA, 23.03.2017

 

İran ali rəhbəri Ayətullah Xamnei iranlıları Novruz bayramı münasibətilə təbrik və ölkədəki iqtisadi durumu tənqid edib. “Keçən ilki acı və mürəkkəb hadisələr, əsasən, ölkənin iqtisadi vəziyyəti və insanların dolanışıq vəsaitinin çatışmazlığı ilə bağlı idi… Dövlət bu bu problemlərin həllinə doğru addımlar atıb, amma bunlar nə mənim, nə də xalqın gözləntilərini doğruldub”, – deyə Xamnei bildirib. O, həmçinin əlavə edib ki, “yeni dövlətə diqqəti iqtisadi sektorun inkişafına, yəni iqtisadiyyatda açar sahəyə – daxili istehsala cəmləmək lazımdır”.

Ayətullah bir qədər əvvəl prezident Həsən Ruhaninin iflasına birmənalı şəkildə işarə edərək, ölkə iqtisadiyyatının ləng artım tempini tənqidə məruz qoyub.

Təəccüblü şəkildə fakta dönür ki, Xamneinin Ruhaniyə qarşı həmlələri, demək olar, xronoloji olaraq ABŞ prezidenti Donald Trampın antiiran bəyanatları ilə üst-üstə düşür. Yəni İran ali rəhbərliyi bu qayda ilə həm Qərbdə, həm də ölkədə “Ruhaninin ölkənin müsbət iqtisadi dinamikasını təmin etdiyi, islahatlara başladığı, ölkəni mürəkkəb xarici problemlər labirintindn keçirməyi bacardığı”, iranlılara Qərblə fəal siyasi və diplomatik dialoqa başladığı və ölkənin “tezliklə çiçəklənəcəyi haqda” vəd verməsi barədə mövcud mifi dağıtmağa cəhd edir. Bu halda sual doğur: Xamneinin özü kimin xeyrinə siyasət aparır?

Problem bundadır ki, İran informasiya baxımından əvvəlkitək qapalı ölkə kimi qalır. Buna görə də Rusiya və Qərb ekspertlərinin əksəriyyəti qüvvələrin daxili tərtibini təsvir etmək cəhdi zamanı “mühafizəkarlar, liberallar, mərkəzçilər, mötədil mühafizəkarlar, liberallar” və yaxud “mötədil liberallar” tipli ümumi siyasi terminlərdən istifadə edir. İsrailin aparıcı mütəxəssislərindən biri Vladimir Mesamedin hesab etdiyi kimi, bu cür qüvvələr arasında aydın hədd görmək olduqca çətindir, çünki əsasən İran siyasətçilərinin istifadə etdiyi leksikanın, dəyişən taktikaların, bu və ya digər daxili və xarici siyasət probleminin gerçəkləşməsinə praktiki yanaşmanın analizi ilə məşğul olmaq lazım gəlir. Bu zaman tez-tez belə də olur ki, İran “mühafizəkarlar”ı ilə “liberallar” arasındakı fərqi müəyyən etmək mümkün olmur.

Deməli, Ruhani nüvə proqramı üzrə sazişi öz hökumətinin “əsas nailiyyəti” kimi təqdim edir və Xamenei də bunu bir zamanlar inkar etməyib. İndi prezidentin atom problemi üzrə mövqeyi dəyişilib, problemin özü isə ikinci plana keçirilməyə başlanıb və ekspertlər bunu “mühafizəkarların qələbəsi” kimi dəyərləndirirlər. Əlbəttə, bu, İranın hakim dairələri içində gedən amansız mübarizənin əlamətidir, amma bu mübarizənin süjetləri o qədər də aydın deyil. Rusiya şərqşünası Yevgeni Satanovskinin səsləndirdiyi versiya var ki, İranda “mühafizəkarlar”la “liberallar” arasındakı siyasi və ola bilsin, hətta ideya mübarizəsindən savayı modernləşməyə ümumi kursla ölkə iqtisadiyyatında bu və ya digər qrupun hakim mövqeyinin saxlanması uğrunda mübarizə gedir.

Ruhanini udmaq şansına malik ola biləsi prezidentliyə namizəd tapmaq cəhdləri buradandır. Eyni zamanda Xameneinin varisi haqda da məsələ qoyulur ki, bu da müəyyən dərəcədə onun indiki prezidentə hücumunu, özünün yeni tərəfdarı ilə əvəzləmək cəhdini izah edir. Unutmağına dəyməz ki, İranın indiki prezidenti 2013-cü ildə prezident seçkilərini 51% səslə udub, dörd mühafizəkar namizəd isə birlikdə 40%-ə yaxın səs toplayıb. Merilənd universitetinin 2017-ci ilin yanvarında dərc etdiyi sorğunun nəticələrinə əsasən, hazırda Ruhaniyə dəstək 50%-dən aşağı düşüb. Sorğunun məlumatına görə, sorğulananlardan 10-dan 6-ı hesab edir ki, iqtisadiyyat pis durumdadır və yaşayış pisləşir.

R

Həsən Ruhani

 

Lakin bu da önəmlidir ki, Ruhaniyə hücum tamamilə gözlənilməz ssenari üzrə İranı daxildən laxlada biləsi etnik mövqelərdən də həyata keçirilməyə başlayıb. Əvvəlcə İranın bəzi parlamentariləri paytaxtı Tehrandan Təbrizə və yaxud başqa bir şəhərə köçürmək təklifi ilə çıxış ediblər. Formal bəhanə aydındır: qazlaşma və sıx-sıx toz qasırğalarına görə qorxunc ekoloji vəziyyət.

İranda, heç olmasa, bir dəfə olanlar, demək olar, tez-tez bütün ölkəni və paytaxt Tehranı bürüyən toz qasırğaları haqda eşitməyə bilməz. Bu təbii hadisənin qeyri-iradi şahidi olanlar isə şəhərin üzərinə gələn nəhəng tünd-sarı toz divarının görünüşünü uzun müddət yadında saxlayır. Gündüz gecəyə çevrilərkən elektrik cərəyanı kəsilir, görüntü sıfıra enir və əzici psixoloji durum meydana çıxır.

Bəzi ekspertlərin hesab etdiyi kimi, qeyri-formal bəhanə isə “İranı sovet qaydasında dağılmaqdan saxlamaq üçün” teokratik hakimiyyətin İran Azərbaycanı və yaxud Kürdüstanda öz mövqeyini möhkəmləndirmək cəhdidir. Düzdür, rusiyalı iranşünas Yelena Duanyeva hesab edir ki, “İranın maliyyə durumu elədir ki, paytaxtın ən yaxın vaxtlarda köçürülməsi gerçək görünmür”. Lakin deyildiyi kimi, söz quş kimidir, əlindən çıxdısa, tuta bilməzsən.

İran parlamentinin  deputatı Salman Xudadadi lap bu günlərdə bəyanatla çıxış edib: “Havanın çirklənməsi, su qıtlığı, toz qasırğaları ən yaxın illərdə ölkəmizin əsas problemlərindən biridir. Urmiya gölünün quruması isə bu ərazidə məskunlaşmış adamlar üçün ciddi təhlükə təşkil edir. Onlar narazıdır, hesab edirlər ki, hökumət onların problemini həll etməyə iqtidarlı deyil. Ekoloji problemlər əhalinin bu yerlərdən kütləvi qaçışına səbəb olacaq. Bu məsələlər həll edilməsə, Azərbaycan və Xuzistan əyalətlərində iqtisadi fəaliyyət və iş yerlərinin sayı kəskin şəkildə azalacaq ki, bu da əyalət əhalisinin kəskin ifratlaşmasını doğuracaq, bu isə 11-18 milyon insandır”.

Doğrudan da, suyu azalan və tezliklə ikinci Aral dənizinə çevrilə biləcək Urmiya gölü problemi İranda çoxdan ölkədə yaşayan etnik azlıqların, xüsusən də azərbaycanlıların və kürdlərin əhavali-ruhiyyəsini ölçən siyasi barometrə dönüb.

U-1

Urmiya gölünün kosmik şəkli. 1984

İllüstrasiya: NASA

 

Budur, daha bir qəribə təsadüf: NASA agentliyi kosmosdan çəkilmiş “Dəyişimlər fotosu” şəkillər seriyasını bu günlərdə dərc edib. Yer kürəsinin son onilliklərdə təəssürat doğuran dəyişiklikləri bu şəkillərdə əks olunub. Uramiya gölü dördüncü fotoşəkildə təsvir edilib. NASA-nın şərhində deyilir ki, su güzgüsünün azalması bölgə əhalisinin azalmasına səbəb olacaq. İranın Azərbaycan mənşəli bəzi siyasətçiləri də bakılı həmkarları kimi hesab etməyə meyllidirlər ki, guya Tehran gölün ekoloji problemləri vasitəsilə bölgənin demoqrafik tərkibini şüurlu şəkildə dəyişməyə cəhd edir.

Bu mövzu bir çox baxımdan spekulyativ səciyyə daşıyır, çünki Urmiyanın problemləri iqlim dəyişiklikləri ilə izah olunur. Amma bu ərazidə yaşayan İran azərbaycanlıları hər şeydə, onların fikrincə, “gölün xilas edilməsi məsələsində” iş görməyən paytaxtı ittiham etməyə meyllidirlər. Bu isə belə deyil. Tehran bir neçə il əvvəl Urmiyanın xilası üçün Araz çayının suyunun bir hissəsindən istifadə etməyə icazə vermək  xahişi ilə Azərbaycana müraciət edib, lakin Bakı rədd cavabı verib.

U-2

Urmiya gölünün kosmik şəkli. 2014

İllüstrasiya: NASA

Tehranın başqa proqramları da var idi, lakin bu problemi aradan qaldırmaq, daha dəqiqi, siyasətsizləşdirmək ona indiyədək müyəssər olmayıb. İran azərbaycanlıları öz növbələrində əndişələnirlər ki, onlara ölkənin başqa bölgələrinə köçməyi təklif edəcəklər. Beləliklə, İranada hadisədən hadisəyə özünü göstərən qüvvələr fəallaşır və ekoloji problemi dövlət daxilində mərkəzdənqaçma qüvvəsinin gücləndirilməsi üçün üsul kimi istifadə edir, İrandakı “Azərbaycan problemi”ni “ərəb baharı” kontekstində nəzərdən keçirməyə çağırır. Hətta nisbətən bu yaxınlarda məlumat yayılıb ki, Urmiya gölü rayonunda Türkiyə ilə Güney (İran) Azərbaycan sərhədində Azərbaycan türklərini “qonaq” sayan etnik kürdlər yerlərini dəyişməyə başlayıblar.

Bir sözlə, İranı qarşıda təkcə 19 may prezident seçkilərindən “atılmaq” deyil, həm də daxili siyasi sabitlik və geopolitik tarazlığı saxlamaq gözləyir. Mümkün olacaqmı?

Tərcümə Strateq.az-ındır.