XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2015 - 13:16

Oğlu xuliqanlıq edən icra başçısının müavini işdən azad olundi

Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib.

Strateq.az xəbər verir ki, bu barədə Trend-ə Zərdab rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, onun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.

İcra Hakimiyyətindən bildiriblər ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Martın 27-də C. Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.