XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 09:00

Trampın yeni Suriya strategiyası İran və Türkiyəyə nə vəd edir? –Ərdoğan NATO daxilində etibarsız tərəfdaşa çevrilib - TƏHLİL

Aleks Vatanka (Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutu),

Maykl Rubin,  (Amerika Sahibkarlıq İnstitutu)

“Lawfare”

 

Suriyada altı ildir davam edən hərbi zorakılıq bitmək üzrə olsa da, etibarlı həll hələ çox uzaqdadır. Tramp administrasiyası Suriyada ABŞ-ın hərbi mövcudluğunu gücləndirir. Bu, təkcə Vaşinqtonun təzyiqini artırmır, həm də ABŞ-ın maraqlarını uzun müddətə təmin edir: İŞİD-in dağıdılması, Suriyanın sabitliyini pozan qaçqın axınının dayandırılması ilə nəticələnəcək və bu ölkənin İranın logistik mərkəzinə çevrilməsinin və bəlkə də Rusiya təsirinin güclənməsinin qarşısı alınacaq.

Bu məqsədə nail olmaq üçün Vaşinqtona indi Suriya münaqişəsində iştirak edən xarici qüvvələrə münasibətdə daha tam və aydın yanaşma lazımdır.

Seçki kampaniyası çərçivəsində Tramp İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq təklif etmişdi, amma onun müdafiə naziri hazırda bu təklifə meylli görünmür. ABŞ-ın Suriya siyasəti daha çox digər regional oyunçuların – İran və Türkiyənin təsirindən asılı olacaq.

Onların hər ikisinin maraqları Birləşmiş Ştatların maraqları ilə uzlaşmır. Münaqişə davam etdiyindən, Tramp administrasiyası bu etibarsız aktyorları diqqətlə idarə etməli olacaq.

 

Regional rəqabətin saxlanılması

 

Həm İran, həm də və Türkiyə müharibənin doğurduğu nəticələrə istinad edir və öz hərbi müdaxilələrinə milli təhlükəsizlikləri ilə haqq qazandırırlar. İranlılar – Bəşər Əsəd rejiminin amansız tərəfdarları bildirirlər ki, 30 minlik silahlı güc İŞİD-ə qarşı ekstensial mübarizə ilə məşğuldur. Əslində, Tehran Livan sərhədi boyunca əksəriyyəti qeyri-islamçı müxalifət qüvvələri ilə mübarizə aparır və faktiki olaraq, “Hizbullah” üçün quru dəhlizi möhkəmləndirir.

Əsədin mühafizəsi naminə İranın çoxmilyardlı kampaniyası İŞİD-i məğlubetmədən daha çox Tehranın geniş regional ambisiyaları üçün Suriyanın ön baza kimi saxlanılmasına yönəlib. İsraillə sərhəddə İranın dəstəklədiyi qüvvələrin toplanmasında məqsəd İslam Respublikasının ideoloji arzusu olan yəhudi dövlətini təhdidetmədir və bunun İŞİD ilə heç bir əlaqəsi yoxdur.

Bəs Türkiyə? Tarixən Türkiyə-Suriya münasibətləri gərgin olub. İyirmi il əvvəl iki ölkə, demək olar ki, Hafiz Əsəd Kürd Fəhlə Partiyasına (PKK) sığınacaq verdiyindən az qala müharibə edəcəkdi. Lakin 2000-ci illərin başlanğıcında qonşuları ilə münasibətləri bərpaetmə çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan varis Əsədin ən böyük tərəfdarlarından biri oldu.

Suriyadakı vətəndaş müharibəsinin alovlanmasından əvvəl iki lider Türkiyənin Aralıq dənizi sahilində birlikdə istirahət edirdi və Ərdoğan İsrail rəsmilərinə bildirmişdi ki, çox məşğul olduğundan onlarla görüşməyə vaxtı yoxdur.

Bu dostluq vətəndaş müharibəsinin başladığı 2011-ci ilədək davam etdi. Ən sadə məntiqlə, Ərdoğan dostunun aqibətnin yetişdiyinə inandı və müxalifəti dəstəkləmək barədə açıq qərar qəbul etdi.

Sünni məzhəbli ideoloq olan Ərdoğan ürəyinin dərinliklərində buna belə məna verirdi: o düşündü ki, Suriyanın sünni əksəriyyətli əhalisinin mövqelərini gücləndirəcək və bəlkə də türk şirkətləri üçün yeni müqavilələr qazanacaq. Lakin Ərdoğanın başına tez-tez gələn bir iş kimi, toxunduğu nə vardısa əks-effekt verdi. Əsəd hakimiyyətdən ikiəlli yapışdı.

Güman ki, məhz Ərdoğan alovun nəzarətdən çıxa biləcəyini düşünməyib, radikal sünni qrupların alovunu körüklədi. Bu arada, bir çoxu PKK-ya rəğbət bəsləyən Suriya kürdləri vakuumdan istifadə edərək, öz ərazilərini genişləndirdi və ilk dəfə Suriyada muxtar kürd təsisatı yaratdı.

Ticarət və neft ixracı sazişləri üçün potensial kifayət qədər gəlirli olanadək Türkiyə İraqdakı kürd federalizminə qarşı çıxdı, lakin sonradan Ankarada zəkalar dəyişdi. Suriyadakı kürd özünüidarəçiliyinin genişləndirilməsini o, hazırda çox uzağa atılan bir körpü kimi görür.

Yenilənmiş realizm və Ankara tərəfindən barışıq ismarışlarına dair bütün söhbətlərə baxmayaraq, bir yandan Türkiyə, digər yandan da İran və Rusiya arasında uçurum geniş olaraq qalır. Ankaranın 2016-cı ilin iyuluna qədər baxışı və bir tərəfdaş kimi Əsədpərəst Moskvaya müraciəti nəinki Türkiyə üçün konkret nəticələr vermədi, həm də uğursuz oldu və Türkiyənin mövqelərini yıpratdı.

Bu yaxınlarda Suriya kürdləri Rusiya ilə hərbi saziş imzaladıqlarını eşitdirdi, de-fakto bu, Türkiyənin kürd düşmənləri naminə Ərdoğanı avtobusun altında atma idi.

 

ABŞ-ın ümumi siyasəti və Suriyada regional siyasət

 

Trampın yeni Suriya strategiyası bu ölkədə vəziyyəti sabitləşdirməli və səlahiyyətini hələ də saxlayan Əsədin daha geniş region üçün yaratdığı təhlükəni neytrallaşdırmalıdır. Bu təhlükə – etibar məsələsidir.

Türkiyənin ikiüzlü siyasəti və onun tərəfdaşları dəyişmə hazırlığı bütün tərəflər arasında nüfuzunu sarsıdıb və son nəticədə o, ən pis ssenari ilə üz-üzə gələ bilər: Ankaranın xəyanəti ilə bağlı legitim Əsədin acı xatirəsi və beynəlxalq birliyin gücləndirdiyi daimi kürd təhlükəsiz zonası.

Əgər Tramp Türkiyə vasitəsilə iş görə bilməzsə, başqa seçənəklər olacaq. Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri Suriyada rus təsirindən narahat ola bilər, lakin onlar indi İran təsirinin möhkəmlənməsindən daha çox qayğılanırlar. Sönük ABŞ öhdəliyi ilə rastlaşdıqda, Körfəz ölkələri öz evlərinə yaxınlaşan təhlükəyə qarşı birləşmək və Yəməndə hərbi müdaxiləsi ilə artan İran təsiri əleyhinə müqavimət göstərmək qərarına gəliblər.

Tramp açıq şəkildə göstərir ki, o, Suriyanı İranı güzəştə getmək üçün İŞİD-lə məğlub etmək niyyətində deyil. Körfəzin ərəb dövlətləri döyüşə qayıda bilərlər. Bu dövlətlərin rəhbərləri İŞİD-lə mübarizə aparan koalisiyasının Vaşinqton sammitində iştirak ediblər və ərəb liderləri çoxsaylı “dəyirmi masalar”dakı söhbətlərdə səslənən fikirlərə əsasən, İrana qarşı daha güclü və qərarlı ABŞ öhdəliyinə çağırış edib, Ağ Evin Obamadan qalma siyasətə qapını bağlamasına çalışıblar.

Seçki kampaniyasında Tramp Birləşmiş Ştatların artıq dünya polisi olmayacağını iddia edirdi, lakin məqsədlərinə nail olmaq üçün o, hələ də müttəfiqləri qarşısında möhkəm öhdəlik göstərərək bu rolu oynayacaq.

Prioritet olaraq, İran və Rusiyanın əlini zəiflətmək üçün Tramp anti-Əsəd dövlətlərini gücləndirməlidir. Bununla yanaşı, ABŞ və onun müttəfiqlərini marginallaşdırmaq üçün Rusiyanın təşəbbüsü ilə Astanada keçirilən paralel diplomatik danışıqlarda defolta yol verilməməlidir.

Birləşmiş Ştatlar Yaxın Şərqdə uzunmüddətli ABŞ maraqlarını qorumaq üçün yenilənmiş ittifaq səy ilə məşğul ikən, potensial tələlər haqqında aydın təsəvvürə malik olmalıdır.

İrana gəlincə, Trampın görəcəyi iş sadədir. İranlılar Suriya müharibəsinin sonunda marginal olmaq istəmirlər. Onlar Şamda gələcək strukturun müəyyən edilməsində həlledici mərkəzi rol oynamaq üçün Suriyada öz hərbi mövcudluğunu gücləndirirlər.

İranın yalnız İŞİD-i məğlub olmasını istəyən fədakar güc olduğunu düşünmək sadəlövhlükdür. Obama administrasiyası zamanı ABŞ rəsmiləri, deyəsən, İŞİD-in məğlubiyyətindən sonra İranı nə gözlədiyini nəzərə almadan, yerlərdə İraq milisləri ilə birgə onun köməyini qəbul etməyə razılaşırdılar. Həqiqətdə, bu, açıq olmasa da, özəl söhbətlərdə tez-tez İraq rəsmiləri tərəfindən etiraf olunur.

Tramp Suriyaya dair yeni strategiyanı açıqlamağa ümid etsə də, o, əsas həqiqəti unutmamalıdır: ABŞ-ın rəhbərliyi ilə istənilən əhəmiyyətli səy Körfəzin ərəb ölkələrinin dəstəklənməsinə fayda verəcək. Öz növbəsində, onların Tramp üçün əsas lakmus kağızı var – Tehrana müqavimət göstərmək hazırlığı.

Türkiyəyə gəlincə, Ərdoğan əliboş qalacaq. O sayıqlayır və öz mövqelərini müdafiə edir. Rusiya ilə barışıb və indi Suriyada İrana müqavimət göstərməkdən ötrü Türkiyənin İsraillə əlaqələrini canlandırmağa çalışır. Lakin Ərdoğanın, məqsədəuyğun olduqda, anti-Amerika kartı meyli Trampın milli təhlükəsizlik komandasında gözdən qaçmamalıdır.

Qeyri-sabit davranışı Ərdoğanı NATO daxilində etibarsız tərəfdaş edib. Türkiyə Trampın istənilən yeni strategiyasının bir hissəsi ola bilər, lakin bu strategiya onun dayağı olmamalıdır.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə