XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

07 Aprel 2017 - 08:10

Müharibə başladı:ABŞ Suriyanı vurdu!

 

ABŞ Suriyanı vurmağa başlayıb. 

Strateq.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlayıb. 

Pentaqonun dünən gecə yaydığı məlumata görə, Suriya rejiminə aid hərbi hava limanına 50-dən çox “Tomahawk” raketi atılıb. Hava limanının Aralıq dənizindəki ABŞ-a aid döyüş gəmilərindən vurulduğu qeyd edilir.

ABŞ-a aid “USS Ross” və “USS Porter” raket gəmilərinin Suriya sərhədlərinə yaxınlaşdığı bildirilir.

“Reuters” ABŞ-ın vurduğu hava limanının adını da açıqlayıb. Bu, Humus yaxınlarındakı əl-Şayrat hava bazası imiş. Əl-Şayrat hərbi başası İŞİD-lə mübarizə çərçivəsində Rusiyanın Palmirada hərbi əməliyyatları zamanı istifadə edilən hava limanıdır. Rus vertolyotlarının bu hərbi bazadan vaxtaşırı istifadə etdiyi bildirilir.

Tramp da Suriyaya hərbi hücumla bağlı açıqlama verərək deyib: “Bu gecə Suriyada kimyəvi hücum həyata keçirən təyyarələrin qalxdığı hava sahəsinin vurulması əmrini verdim".

Pentaqonun bir yetkilisi də vurulan hava limanının kimyəvi hücumlarda istifadə olunan təyyarələrin yerləşdiyi əsas baza olduğunu deyib və əməliyyatlarının növbəti təlimatı alana qədər dünənki hücumla məhdudlaşacağını bildirib.

Heydər

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə