XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2017 - 12:29

ABŞ Əsəd üçün xüsusi tribunal yaradır- Amerikalı senatorlar hərəkətə keçdi

Bir qrup nüfuzlu amerikalı senator Suriyada törədilən hərbi cinayətlərin araşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.

"Syrian War Crimes Accountability Act" adlı sənəd Suriya lideri Bəşər Əsəd və komandasını mühakimə etmək, yol verdikləri hərbi, həmçinin insanlıq əleyhinə cinayətləri araşdırmaq üçün xüsusi tribunalın yaradılmasını nəzərdə tutur.

Mühakimə olunacaqlar arasında münaqişəyə müdaxilə edib bu hallara yol verən digər qüvvələr, həmçinin İŞİD də olacaq.

Tribunalın heyətinə həm suriyalı, həm əcnəbi hüquqşünasların, hakimlərin və digər mütəxəssislərin daxil edilməsi planlaşdırılır.

Tribunal Suriyada 2011-ci ilin martından bu yana baş vermiş cinayətləri araşdıracaq.

Senatorlar həmçinin ABŞ dövlət katibinə bu iş üzrə cinayətləri törədənləri axtaran, sənəd-sübut toplayan, təhqiqat aparan, şahidləri qoruyan şəxs və qurumlara dəstək vermək səlahiyyətinin verilməsini də təklif edirlər.

Ben Kardin

"Birləşmiş Ştatlar son 6 ildə öz xalqını amansızlıqla təqib edən, onlara qarşı hərbi cinayətlərə yol verən Əsədin məsuliyyətə cəlb edilməsini istəyən beynəlxalq ictimaiyyətin önündə getməlidir", – deyə sənəd müəlliflərindən biri – Demokrat Partiyasından senator Ben Kardin bildirib. 

 

Marko Rubio

Ruspublikaçı senator Marko Rubio isə qeyd edib ki, bu, günahsız Suriya xalqının hüquqlarını pozanların məsuliyyətə cəlb edilməsi istiqamətində atılan ilk addımır.

"Bütün cavabdehlər məhkəmə qarşısına çıxarılmalıdır. Suriya rejiminin vəhşi hücumları, kimyəvi silahdan istifadəsi cavabsız qalmamalıdır", – deyə Marko Rubio bildirib.

Strateq.az