XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 09:20

“Nemtsovun öldürülməsi Kremlin işidir”

Image result for sərdar cəlaloğlu

“Nemtsovun qətli yalnız rusların demokratik vicdanına qarşı qəsd deyil. Ona atılan güllə həm də keçmiş SSRİ məkanında yaşayan bütün millət və xalqların demokratik, mütərəqqi insanlarına atılmışdır”.

Bunu ADP lideri Sərdar Cəlaloğlu hadisə ilə bağlı açıqlamasında bildirib. ADP liderinə görə, demokratiyaya keçid mərhələsini yaşayan bütün cəmiyyətlərdə siyasi opponentlərin zorakılıqla susdurulması ənənəvi haldır: “O yerdə ki hakimiyyətlər demokratik mübarizədə acizdir, qarşı tərəfi işgəncə, həbs, qətlə yetirməklə hakimiyyətlərini sürdürürlər. Nemtsovun öldürülməsi də Rusiyanın totalitarizmdən demokratiyaya keçid dövrünə təsadüf edir”.

Nemtsov kimi mübariz şəxsiyyətlərin ən böyük faciəsinin yaşadıqları cəmiyyətdə kütlənin demokratik anlayışdan uzaq, özlərinin isə təkbaşına mübarizə aparması olduğunu bildirən Sərdar Cəlaloğlu qətlin zamanının və həyata keçirilmə şəraitinin dəqiq seçildiyini bildirdi: “Qətlə yetirilərkən onun yanında Ukrayna vətəndaşının olması çoxlu sofistik versiyaların ortaya çıxmasına zəmin yaradır. Qətlin sifarişçiləri bundan opponentlərinə qarşı piar təşkil etməyə çalışacaqlar”.

Hadisəni 30-cu illərdə Kirovun öldürülməsiylə müqayisə edən ADP lideri Stalinin o zaman özünün sifarişiylə həyata keçirilən terroru bəhanə edərək Sov. İKP-nin 17-ci qurultayının bütün iştirakçılarını güllələtdiyini xatırlatdı: “Tarixə “güllələnlərin qurultayı” kimi düşən bu hadisədə ittiham olunanların hamısı Kirovun ən yaxın silahdaşları və qurultayda onun xeyrinə səs verənlər idi. Böyük ehtimalla Nemtsovun qətlində də onun müdafiəçiləri – Qərb və Ukrayna güçləri ittiham olunacaq. Bütün bunlar onu göstərir ki, Putin hakimiyyəti Stalinin ötən əsrin 30-cu illərində apardığı siyasəti nöqtə-vergülünə qədər açıq-aşkar kobudluqla davam etdirir”.

Bəzi şərhçilərin qətli Putin adminisrtasiyasına qarşı təxribat kimi qiymətləndirməsiylə razılaşmayan müsahibimizə görə, Nemtsovun Kremlin yanında öldürülməsi hadisədə Kremlin barmağının olmasının nəinki təkzib etmir, əksinə, bu ehtimalı qüvvətləndirir: “Qətlin sifarişçiləri guya öz aləmlərində günahlarını pərdələmək üçün bu cür ortam hazırlayıblar. Sifarişçilər belə bir əks -arqumentə əsaslanaraq bunu törədiblər ki, Kremlin əli olan hadisə Kremlin yanında törədilməzdi. Halbuki Nemtsovun Kremlin yanında qətlə yetirilməsi hadisənin məhz nəzarət altında araşdırılmasını qarant altına alır. Cinayətin üstü qısa zamanda dəqiq və aydın şəkildə açılmasa, o zaman belə bir sual ortaya çıxacaq: Kreml divarlarının 5 metrliyində baş verən hadisənin üstünü aça bilmyən Rusiya özündən min km-lərlə uzaqda necə ədalət axtara bilər?”

Dünya ictimaiyyətini və rus demokratlarını Nemtsovun ölümüylə barışmamağa çağıran Sərdar Cəlaloğlunun fikrincə, qətlin sifarişçiləri və icraçıları müəyyənləşib öz layiqli cəzasını almalıdır.

Strateq.az