XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

12 Aprel 2017 - 23:56

İrandan daha bir gözlənilməz xəbər –Keçmiş prezident dini rəhbəri eşitmədi, namizədliyini irəli sürdü

Keçmiş İran prezidenti Mahmud Əhmədinejat prezidentliyə namizədliyini qeydiyyatdan keçirib.

Bu barədə aprelin 12-də hurriyet.com saytı İranın İRNA agentliyinə istinadla xəbər yayıb.

İranda növbəti prezident seçkisi mayın 19-a təyin edilib. Əhmedinejad bundan əvvəl prezidentlik uğrunda mübarizə aparmayacağını bəyan eləmişdi. Amma namizədlərin qeydə alınmasına başlanmasının ertəsi günü keçmiş müavinləri ilə Daxili İşlər Nazirliyinə gələrək ərizə verib. 

Onu da qeyd edək ki, İranın ali dini lideri Ayatulla Əli Xamenei bir neçə ay əvvəl Əhmadinejada prezidentliyə namizədliyini verməməyi tövsiyə etmişdi və indi onun bu məsləhətə məhəl qoymaması media orqanlarının diqqətini çəkir.

Əhmadinejad həmin vaxt bunun əvəzində keçmiş müavini Bəkayini dəstəkləyəcəyini və siyasətdən uzaqlaşmayacaqlarını bəyan eləmişdi.

2005-2013-cü illərdə ölkə prezidenti olan Əhmadinejad bundan əvvəl indiki prezident Həsən Ruhanini də Qərblə dialoqa görə tənqid edib. O, bunu ölkənin milli maraqlarına zidd hesab edir.

"Ntv.ru.novosti" yazır ki, bundan başqa o, bu ilin fevralında açıq məktubunda immiqrasiya siyasəti və Vaşinqtonun Yaxın Şərqdəki hərəkətlərinə görə ABŞ prezidenti Donald Trampı da tənqid edib…

azadliq.org