Azərbaycanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra eyni adlı qurum Naxçıvan Muxtar Respublikasında saxlanılsa da, bu gün Ali Məclisin sədrinin fərmanı ilə ləğv olunub.
Strateq.az Fins.az-a istinadən xəbər verir ki, ləğvetmə ilə bağlı bu gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb. Fərmana əsasən, ləğv edilmiş yerli komitənin səlahiyyətləri Naxçıvan MR-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.