XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

11 Yanvar 2015 - 15:30

“Kərbəlaya hücum olsa, günorta namazı Bəqidə qılacağıq”

fazilbehravi.jpg

İraqın Xüsusi Təyinatlı Polis qüvvələrinin generalı Səudiyyəyə verdiyi mesaj ərəb mediasında geniş işıqlandırılıb

İslamazeri.az-ın “mashreghnews”-a istinadən verdiyi xəbərə görə, İraqın Xüsusi Təyinatlı Polis qüvvələrinin generalı Fazil Bərvari terrorla mübarizədə Səudiyyəni hədəf alıb.

Fazil Bərvari Facebook sosial səhifəsindəki statusunda deyib: “Əgər Səudiyyə Kərbəlada bizim müqəddəslərimizə hücum edərsə və ya İraqın bir qarış torpağını işğal etmək fikrinə düşsə, biz bir gün sonra günorta namazını Bəqidə qılacağıq. “Əl-Ənbar”da 4 əsgərin terrorçular tərəfindən öldürülməsinə müqabil İŞİD qruplaşmasından 4 min nəfəri öldürəcəyik.”

Bu arada İraq polisi terrora dəstək verdiyinə görə, tayfa şeyxi əl-Bu Fəracı həbs ediblər. Öldürülən 4 əsgərin ailələri dövlətdən şeyxi azad etməməsini və cəzalandırılmasını istəyiblər.

Bundan öncə Bərvari öz şəxsi səhifəsində yazmışdı ki, İraqa gələn və burda özünü partladan kamikadze ərəblərin sayı 4 mindən çoxdur, bunların arasında səudiyyəlilər daha çoxluq təşkil edir.

İraq Kəşfiyyatı Səudiyyə Ərəbistanının “əl-Ənbar” vilayəti və Fəlucə şəhərində terror aktlarına dəstək verdiyini sübut edən sənədləri mediaya təqdim edib.

Səud rejiminin rəsmiləri həmçinin, İraqda Nuri Əl Malikiyə qarşı radikal mövqelərilə tanınan siyasi və qruplaşma üzvlərilə görüşməsi bu sənədlər içindədir.

İraq prezidentinin sabiq, fərari köməkçisi Tarik Haşiminin də, terror aktlarında əli olduğu qeyd edilir.

Bundan başqa İraq parlamentinin “əl-İraqiyə” qrupunun nümayəndəsi Əhməd əl-Əvani də ittiham olunanlar siyahısındadır.

İraq Kəşfiyyatı İraqda sabitliyin pozulmasına çalışan siyasilərin Səud rejimindən maliyyə yardımı almasını sübut edən sənədləri də media və ərəb ictimaiyyətinə təqdim edib.

Səudiyyə Ərəbistanının kəşfiyyat naziri Bəndər Bin Sultanın İraqda terror qruplaşmalarını idarə etdiyi İraq Kəşfiyyatının ittiham sənədlərindədir.

Həbs edilən şəxslər etiraf ediblər ki, Səudiyyə terrorçulara maliyyə yardımı göstərir. Bu etiraflardan başqa bu faktları sübut edən telefon danışıqlarının lent yazısı da mövcuddur.

İraq höküməti Səudiyyəyə qarşı terrorçu qruplaşmalara yardım etdiyinə görə, BMT və beynəlxalq təşkilatlardan tədbir görməsini istəyirlər.

Xatırladaq kİ, Rusiya tərəfi də ölkələrindəki terror aktlarında bir başa Səudiyyəni ittiham etmiş, beynəlxalq qurumlardan Səud rejimi terrorçuların siyahısına salınmasını tələb etmişdi.

islamazeri.az




Yuxarı Əvvələ Ana Səhifə