XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 20:07

Fransız ekspert:“Tramp Suriyaya zərbə endirməklə ABŞ prezidenti oldu” – Təhlil

Fransua Eysbur

Le Monde (Fransa), 17.04.2017


Strateji Araşdırmalar Fondunun müşaviri Fransua Eysburun fikrincə, Amerika 7 aprel hücumu ilə göstərdi ki, Bəşər Əsədin nazını çəkmədən İŞİD-lə müharibə aparmaq olar.

Donald Tramp Suriya aviabazasını atəşə tutmaq sərəncamı verməklə aprelin 6-dan 7-ə keçən gecə ABŞ prezidenti, Amerika ordusunun ali baş komandanı oldu. Zərbə haqda qərara yanaşma və bunun nəticələri onun bütün mandatında iz buraxacaq.

Bəzi icmalçılar bu müdaxilə ilə Tramın kampaniya vaxtı Yaxın Şərqdəki hərbi macəralarıı qınamaqla səsləndirdiyi bəyanatlar arasında ziddiyyət görürlər. Demək olmaz ki, bu şərhlər yanlışdır, sadəcə, mövzu üzrə deyil.

Bundan başqa, prezident öz sələfinin bölgədə davranışını hər cür tənqid edib. Bu isə 2013-cü ilin avqustunda kimyəvi silah tətbiqi qırmızı xəttinin pozulmasından sonra Barak Obamanın hərbi müdaxilədən qəfil imtinasına aid ola bilərdi.

Aprelin 4-də isə daha bir kimyəvi hücumla oxşar vəziyyət yarananda Tramp özünü Obama kimi aparmayacağını göstərmək üçün hadisədən yararlandı. Zərbədən sonra Səudiyyə Ərəbistanındakı bir ingilisdilli nəşrdə “Yes, HE Can” ("Bəli, o bacarar") başlığı ilə məhz bu vurğulanıb və bununla da Obamanın seçkiqabağı şüarını ("Yes, we can" – "Bəli, biz bacararıq") dəyişdirib. Trampın bir neçə variant arasında seçimi var idi və ona daxili siyasi hesabları çürütməyə imkan verənin üzərində dayandı.

 

Çin zəifləyib

 

Bundan başqa, zərbənin birtərəfli xarakteri namizəd Trampın üzə çıxmış, üstünlük verdiyi mətləblərə tam uyğun gəlir. Üsul və vaxt seçimində Şimali Koreya amili əks olunub. Donald Tramp aprelin 2-də (yəni Çin lideri Szinpinin ABŞ-dan gəlişindən dörd gün və Suriyada kimyəvi hücumdan 2 gün əvvəl) bildirib ki, Çin Pxenyana təsir etməsə, KXDR tərəfdən təhlükəni uzaqlaşdırmaq üçün Amerika birtəfəfli qaydada hərəkət edəcək.

Suriyaya zərbədən imtina bu fikrə apara bilərdi ki, Tramp Şimali Koreya üzrə blef edir. Bununla belə, atəş haqda aprelin 6-da Trampın Floridadakı iqamətgahındakı rəsmi şam yeməyi ilə növbəti günki səhər yeməyi arasındakı qərar onun qonağı simasını itirməyə vadar etmək niyyətindən xəbər verir.

Çin bütün bunları elə-belə qoymayacaq və ehtimal ki, indiki böhranın ən təşvişli nəticəsi də bundadır. Bununla bərabər etiraf etməmək olmaz ki, Çin Suriya böhranının başlanğıcından bəri aprelin 12-də BMT TŞ-da Rusiya vetosunu dəstəkləməyib. Və Çin hökumətinə ən yaxın nəşr (görünməmiş işdir!) KXDR-ə xəbərdarlıq edib.

 

Rusiya təcriddədir

 

Suriyaya gəlincə, bu məhdud zərbə Amerikanı strateji təşəbbüsü Rusiya diplomatiyasına güzəştə getdiyi oyunun mərkəzinə qaytarıb. Sonra isə Obamanın 2013-cü ilin avqustundakı dönüşündən sonra ordunu. Təkcə anlamaq qalır ki, Vaşinqton bundan sonra özünü necə aparacaq.

Bundan savayı, Amerika əməliyyatı Türkiyəyə, Moskva və Tehrana xatırlatmaq imkanı verdi ki, Rusiya ilə yaxınlaşmağın girovu deyil. Atəş həmçinin ABŞ-ın Fars körfəzindəki tərəfdaşlarına onların öhdəlikləri məsələsində əminlik verdi ki, Səudiyyə Ərəbistanı İranın Suriya, Livan, İraq və Yəmənə təsirinə qarşı fəaliyyətdə strateji uğursuzluqlarla üzləşir. Rusiyaya münasibətdə hərbi tərkib siyasət və diplomatiyadan az önəmli olmayacaq. Rusiya HHM-nin Suriya hava məkanında yaratdığı “qovuq” qanadlı raketlərin öhdəsindən gəlmək iqtidarında olmadı. Rusiya rəhbərliyi həmçinin qərarın qəbulu və grçəkləşdirilməyinin qeyri-adi sürətini qeyd etməyə bilmədi: Tramp Amerikası strateji planda Gürcüstan müharibəsindən sonrakı Putin Rusiyası qədər “zirək” çıxa bilərmiş. İstənilən halda, bütün bunlar bildirmir ki, fikir ayrılıqlarınn ifadəsində indiki mərhələyə baxmayaraq, Vaşinqton və Moskva qarşıdurmaya məhkumdur. Cari böhranın paradoksal tərəflərindən biri bundan ibarətdir ki, ABŞ prezidentinə rusiyalı həmkarı ilə dialoqda zəruri sərbəstlik verir. Rusiya isə bu həftə Təhlükəsizlik Şurasındakı tam təcridini narazılıqla qeyd etməlidir.

 

Ümumi xülasə

 

ABŞ prezidentinin şəxsiyyətinin təlqin etdiyi əndişəyə və zərbələrin birtərəfli xarakterinə baxmayaraq, Amerika, Britaniya və Fransa hökumətləri Təhlükəsizlik Şurasında birlikdə üzv ölkələrin üçdə ikisinin dəstəyini alan qətnamə layihəsini təqdim edib. Avropalılar və xüsusən də fransızlar Əsədin xüsusi nazını çəkmədən İŞİD-lə mübarizədə özləri üçün nəticə çıxarda bilərlər.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə