XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 16:02

Türkiyənin “sağ qalmaq” üçün seçdiyi lider –  Qərb Ərdoğandan niyə üz çevirir? – TƏHLİL

 Fyodr Lukyanov

“Valday” Beynəlxalq Klubunun elmi direktoru

«Россия в глобальной политике» jurnalı

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan öz məqsədinə çatdı. Prezidentə geniş səlahiyyətlərin verilməsinin tərəfdarları az sayda səs çoxluğu ilə Konstitusiyanı dəyişdirməyə nail oldular. Türkiyə qüvvələr nisbətinin kəskin şəkildə mərkəzləşdiyi prezident respublikasına çevrilir.  

Ərdoğan isə bu postda daha 12 il qalmaq hüququ aldı. Əgər o, 2019 və 2024-cü illərdə keçiriləcək seçkilərdə iştirak edəcəksə, buna nail olacaq. Onun xarakterini bilənlər isə əmindirlər ki, rəhbər bundan imtina etməyəcək. Ərdoğanın 63 yaşı var və bu, ona  75 yaşa qədər prezident postunda oturmaq şansı verir.

Amma bu qələbənin perspektivləri, idarəetmənin mərkəzləşdirilməsi də daxil olmaqla, çoxlu faktorlardan asılıdır. Ərdoğan mütləq hakimiyyəti ikiyə bölünmüş ölkə və potensial münaqişələr fonunda ələ alır. Seçki ilə bağlı ictimai rəy, az qala, tən bərabər yerə bölünüb, 3 böyük şəhər isə referendumda təklif olunan Konstitusiya dəyişikliklərinə “yox” deyib.

Kürdlərlə qarşılıqlı münasibətlərdə böhran dərinləşir. Ötən ilin yayında baş vermiş qiyam cəhdi ilə bağlı real, yaxud xəyali bağlantısı olanlara kəskin yanaşma cəmiyyətdə vəziyyəti daha da gərginləşdirib.

Xarici siyasət koordinatları da aydın deyil. Regiondakı qeyri-sabitlik isə zərrə qədər də rahatlıq vəd etmir.  

Türkiyə prezidenti və onun tərəfdarları hesab edir ki, güclü hakimiyyət elə bütün bu problemləri həll etmək üçün zəruridir. Məhz belə iqtidar ölkəni yeniləşmə və modernləşməyə apara bilər.

Türkiyənin sonrakı inkişaf ssenarsi təkcə onun özü üçün deyil, regional perspektiv baxımından gələcək üçün bir model kimi çox mühümdür. Çünki Ərdoğan, bəzilərinin hesab etdiyi kimi, liberal demokratiyaya alternativ olan lider tipini təcəssüm etdirir və onların fikrincə, çağdaş dövrün çağırışlarına ən yaxşı reaksiya verə biləcək siyasətçidir.  

2000-ci illərin əvvəllərində Ərdoğanla bağlı ümidlər böyük idi. Ondan demokratikləşmə sahəsində, hərbçilərin hakimiyyətinin məhdudlaşdırılması və türk iqtisadiyyatının liberallaşıdırılması üçün böyük addımlar atacağı gözlənirdi. Bütün bu istiqamətlərdə ölkə hiss olunan inkişafa nail ola bilib. Bunlarla eyni zamanda əsas məqsədlərdən biri də Türkiyənin Avropa Birliyinə daxil olması idi. Məhz Ərdoğan zamanında bununla bağlı rəsmi danışıqlar başlandı.  

Bəs nə üçün hər şey tamam tərsinə getməyə başladı? Həmişə olduğu kimi, “səbəblər buketi” burada öz rolunu oynadı. Dünyada başlanan qarmaqarışıqlığın ümumi səviyyəsinin artması orta kalibrdə olan ölkələrdə özləri barədə daha gur danışmaq tamahı yaratdı. Yaxın Şərqi alovlandıran ABŞ  siyasəti odun üstünə daha da yağ tökdü. Bunun nəticəsində siyasi islamın sürətli yüksəlişi, dünya iqtisadi böhranı bu səbəblərdən oldu. Bütün bunlar öz növbəsində demokratiyanı anlamaqda və qəbulunda ciddi böhran yaratdı.

Hazırkı dünyada “sağ qalmaq” üçün güclü liderin əsas təminat olması barədə ideya Türkiyədə meydana gəlməyib. Amma Ərdoğanın özünün şəxsiyyəti “plebsist demokratiya” (xalqın səsvermə yolu ilə siyasi hakimiyyətə təsiri- red) modeli ilə uğur qazanmağa imkan verdi: avtoritar tipli parlaq fiqur öz səlahiyyətlərini siyasi institutların köməyi ilə deyil, ümumxalq səsverməsi yolu ilə təsdiq edə bildi.

Ölkənin hazırkı vəziyyətinə baxdıqda, bu modelin reallaşdırdığı nəticələr şübhələr yaradır. Türk iqtisadi yüksəlişi artıq keçmişdə qalıb. Bunun əsas səbəblərindən biri siyasi faktordur: məhz rəhbərin xarici siyasət sahəsində qəfil mövqe dəyişkənlikləri bu iqtisadi geriliyin əsas səbəblərindəndir.    

Beynəlxaq təsirin artırılması ilə bağlı  strategiya da sual altındadır: Ankara həm öz qonşuları ilə, həm də böyük dövlətlərlə münasibətlərdə dolaşığa düşüb.

Avropa istiqamətində isə qarşılıqlı kəskin etimadsızlıq və gizli təhlükələr var.

Amma prezident geri çəkilməyə hazırlaşmır. Heç geriyə yol da artıq yoxdur: Ərdoğan özünün kursunun doğru olduğunu subut etməlidir. Əvvəlki təcrübələrdən çıxış edərək demək olar ki, Ərdoğan çətin ki öz daxili opponentləri ilə barşımağa cəhd etsin. O, çox guman ki, “qaliblər qəniməti bölüşmür” stili ilə hərəkət edəcək.  

Öz iradəsinə və cəmiyyətin müəyyən hissəsinin dəstəyinə arxalanaraq ictimai-siyasi sistemin idarəçiliyini hansı həddə qədər saxlamaq mümkün olacaq? Bu, yaxın zamanlarda bəlli olacaq. Türklər heç vaxt kefin istəyən qədər dizinlə sındıra biləcəyin xalqlar sırasında olmayıb.  

Rusiya türk tərəfdaşlarının sürprizlərinə hazır olmalıdır. ABŞ-ın Suriyaya endirdiyi zərbələrə türk hakimiyyətinin ruh yüksəkliyi ilə reaksiyası bir daha tərəfdaşlarımız barədə düşünməyə vadar etdi.

Türkiyənin qarşısında özünütəsdiqin yeni mərhələsi durur. Bu isə heç vaxt eksseslərdən xali olmur.  

Tərcümə Strateq.az-ındır.