XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 08:00

İsrailin solmuş cazibəsi:ABŞ-ın dəstəyi zəifləyir, diaspor parçalanıb, gənclər işğalçı siyasətə etiraz edir - TƏHLİL

Ben Uayt

"Middle East Eye"

 

Devid Fridman hələ iki həftə əvvəl ABŞ-ın İsraildəki yeni səfiri kimi and içdi və bütün mərasim çox rəvan keçdi.

Günortadan sonra da işlər "kağız üzərində yazıldığı kimi" gedirdi: Fridmanın uşaqları və nəvələri tədbirdə iştirak edirdi və ABŞ-ın vitse-prezidenti Mayk Pens müflisləşmə üzrə ixtisaslaşmış vəkili (Fridmanı tərc.) "bu iş üçün doğulmuş" şəxs tək salamlayırdı.

Amma səmimi və təntənəli rəsmililklər bu səfir təyinatının qeyri-adi olmasını pərdələyə ​bilmədi. Əslində, Fridmanın Senatda reallaşan dinləmə/təsdiq iclası görünməmiş iş və "İsrail brendi" üçün böyük narahatlıq mikrokosmosu idi.

Hələ fevralın 16-də Trampın namizədi açılış iclasında 20 saniyə danışmışdı ki, əlində Fələstin bayrağını tutan bir gənc uca səslə çıxışa müdaxilə etdi. Amerikalı müsəlman, əslən fələstinli Tahir Herzallah qışqırdı: "Biz  heç yerə getmək niyyətində deyilik, cənab Fridman, biz indi ordayıq, həmişə orda olmuşuq və olacağıq. Fələstinlilər həmişə Fələstində olacaq…"

Növbəti bir neçə dəqiqə ərzində Fridmanın çıxışı daha dörd etirazçı, o cümlədən "IfNotNow" təşkilatının üç üzvü və gənc amerikalı yəhudi tərəfindən kəsildi. "Bizi susdurmaq olmaz", – biri qışqırdı. – Siz bizi təmsil etmirsiniz, siz bizi heç vaxt təmsil edə bilməzsiniz". Başqa biri elan etdi: "İsrail işğalı fələstinlilərə qarşı haqsızlıq edir və Amerika yəhudiləri üçün bu, mənəvi böhrandır".

 

Böhranlı il

 

Bu, Fridmanın namizədliyinə, liberal sionistlərə və fələstinlilərə, işğal olunmuş Qərbi Şəriyədə müstəmləkəçiliyi dəstəklədiyinə görə keçmiş vəkilə qarşı mütəşəkkil kampaniyanın ən dramatik təzahürləri idi.  

Fridmanın namizədliyini irəli sürməklə, Tramp amerikalı yəhudilər arasında bölünməni üzə çıxardı. "The Forvard"ın (ABŞ-da yəhudi nəşritərc.) Vaşinqton bürosunun rəhbəri bunu "ikidövlətli həll tərəfdarları və əleyhdarları üçün yəhudi döyüş meydanı" olaraq səciyyələndirdi. Dinləmə/təsdiq iclasından əvvəl "Haaretz"in jurnalisti yazdı ki, "Amerikanın yəhudi təşkilatları arasında… nadir hallarda olan parçalanma baş verib".

İndi, Fridmanın təyinatı ilə bağlı toz-duman yatdıqdan sonra, İsrailin nüfuzlu analtik mərkəzi olan "Reut" institutu hesabat nəşr edib. Həmin sənəddə "İsrail və diaspor arasında münasibətləri təhlükəyə atan və İsrail dövlətinin legitimliyini təhdid edən geniş parçalanma"dan xəbərdarlıq yer alıb.

"Reut" institutunun məlumatına görə, 2017-ci il Balfur Bəyannaməsinin 100 illiyi və altıgünlük müharibənin 50 illiyi kimi əhəmiyyətli yubileylər, habelə Tramp administrasiyasının gözlənilməz addımları ilə birlikdə, İsrail və dünya yəhudi icmaları arasında əlaqələr üçün "böhran ili" olacaq.

Hadislərin bu cür inkişafı "yəhudi icmaları arasında gərginliyi daha da artıracaq". Analitik mərkəz xəbərdarlıq edir ki, bu, öz növbəsində "İsrail və diaspor arasında uçuruma töhfə olacaq". 

 

Partizan parçalanması

 

Amma bu, ABŞ-ın yəhudi icmaları arasında parçalanmanın qırıntıları deyil; Fridmanın namizədliyi ilə bərabər, əhəmiyyətli bir mövzu ortaya çıxıb – İsrailin ABŞ siyasətində partizan problemə çevrilməsi.

Martın 9-da Senatın Xarici Əlaqələr Komitəsində Fridmanın namizədliyinin təsdiqi üçün yalnız bir demokratın "lehinə" səs verərək respublikaçılara qoşulması (11) ilə 12/9 nisbətində səsvermə keçirildi.

Bununla belə, Senatdakı son, adbaad səsvermədə rəylər 52-46 nisbətinə bölündü. "Politico" nəşri bu hadisəni "qeyri-adi addım" adlandırdı. Xəbər saytı haqlı olaraq yazdı ki, adətən, İsrailə "güclü ikipartiyalı dəstək naminə" ABŞ səfirləri "ənənəvi olaraq səs çoxluğu və ya yekdil razılıqla təsdiq edilir".  

Fridman uğrunda mübarizə İsrailin ABŞ siyasətində ikipartiyalı konsensusa artıq malik olmadığını isbatlayan yalnız son epizoddur. Halbuki bir vaxtlar bunu sarsılmaz hesab edirdilər.

İranla saziş üzrə çox açıq mübarizəni xatırlayın, Demokrat Partiyasında İsrailin siyasətinə qarşı da sərt xətt yürütmək istəyənlər üçün Berni Sandersin necə meqafon olduğunu yada salın.

Sorğular göstərir ki, partizan bölünməsi qalmalıdır. "Gallup"un fevral ayında keçirdiyi sorğuya əsasən, amerikalıların 45 faizi "Qərbi Şəriyə və Qəzzada müstəqil Fələstin dövlətinin yaradılması"nı dəstəkləyir. Demokratlar arasında buna 61 faiz, respublikaçıların isə 25 faizi tərəfdardır.

Bu ilin əvvəlində açıqlanan başqa sorğuya görə, ABŞ-ın müttəfiqi, dostu və ya düşməni olması barədə sualla bağlı İsrail altıncı yerdən (2014-ci il) 16-cı yerə düşüb. Həm də respublikaçılar və demokratlar arasında böyük fərq olub. Biri İsraili 5-ci, digəri 22-ci pilləyə yerləşdirib.

 

Minillik çağırış

 

30 yaşlı insanlar İsrail və onun müdafiəçiləri – Amerikanın yəhudi icması, demokratlar və ümumən ABŞ əhalisi arasında xüsusi problemdir.

ABŞ-da və İsraildə 30 yaşlılarla bağlı daha bir "boşluq" tapılıb.

"1. Məskunlaşmalar İsrailin təhlükəsizliyinə kömək edir; 2. Allah yəhudilərə İsrail torpağını ərməğan edib; 3. Məncə, İsrail və Fələstin dövlətlərinin dinc yanaşı yaşaması mümkün deyil" seçimləri olan sorğuda 18-21 yaşlı yəhudilərin 35 faizi bildirib ki, onlar bu rəylərlə ümumən razı deyillər (amerikalı yəhudilərin yalnız 7 faiz onlarla eyni fikirdə olub).

İsraili dəstəkləyənlərin bir çoxu bu problemlərdən xəbərdardır. "BICOM" informasiya-təbliğat qrupunun bu yaxınlarda keçirdiyi konfransda "Populus" sorğu firmasının direktoru Rik Nay bildirib: "İsrailin dəstəklənməsi getdikcə… Qərb elektoratının çox qoca, çox mühafizəkar, ABŞ-da isə yevangelist, dindar təbəqənin prezervativinə çevrilib" . Bu mövzu sadalananlarla müqayisədə, "gənc, təhsilli nəsil üçün az cəlbedicidir".

Rik Nay deyir ki, "minillik auditoriya üçün cazibəli müasir hekayət qurmaq" çox çətinləşib.

 

Tərcümə: Strate.az