XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

20 Aprel 2017 - 11:32

Suriyada “cənub cəbhəsi” açılır:ABŞ-Britaniya-İordaniya qoşunları hücuma hazırlaşır – TƏHLİL

Fotoda: II Abdulla və Vladimir Putin

 

Sergey Balmasov

Yaxın Şərq İnstitutunun eksperti (Rusiya)

eadaily.com, 20.04.2017


 

İordaniya və ABŞ-ın Suriyada fəaliyyəti Rusiyanı cavab tədbirləri seçimi qarşısında qoyacaq. Söhbət ölkənin cənub hissəsində hazırlanması barədə ərəbdilli “Əl-Həyat”, Global Research saytı və başqa qaynaqların xəbər verdiyi mümkün Amerika-Britaniya-İordaniya əməliyyatının başlanmasından gedir. Sonuncunun məlumatına görə, hazırda Suriya və İordaniya sərhədində Amerika-Britaniya qüvvələrinin cəmlənməsi baş verir.   

 

Fəaliyyətin məqsədi

 

Əməliyyatın məqsədi Suriya sərhədi bölgəsindəki İŞİD cihadçılarının məhvi olmalıdır. 2016-cı ildə İordaniya sərhədlərində döyüş toqquşmaları sıxlaşıb, həm də cihadçılar Bəkaa, Vahdət və Məanədə xüsusi xidmət bölmələrinə həmlə edərək İordaniyanın özünə zərbə endiriblər. Onlar 2016-cı ilin dekabrında Əl-Kərakə turist mərkəzinə hücum ediblər. Bu, ağrılı zərbə idi: turizmdən gəlirlər ölkənin kövrək iqtisadiyyatına dəstək verir. 

Müdaxiləyə hazırlıq haqda məlumatlardan əvvəl aprelin 5-də “The Washington Post” qəzetində İordaniya kralı II Abdullanın ABŞ prezidenti Donald Trampla görüşündən sonra verdiyi müsahibə gedib. Onun sözlərinə görə, terrorçular “Suriyadan cənuba doğru hərəkətlənsələr, ABŞ və Böyük Britaniya ilə birlikdə bu çağırışa qarşı durmağa hazırıq”.

Əməliyyatın başqa məqsədi, II Abdullanın “The Washington Post” müsahibəsinə əsasən,  krallığın sərhədlərindən 70 km-lik məsafədə yerləşmiş və “İran, İraq, Suriya və Livanla/“Hizbullah”la coğrafi əlaqə qurmağa cəhd edən və bu məkan üzərində hakimiyət əldə etmək niyyətində olan İran bölmələrinə qarşı fəaliyyətdir”.

Bu cür hazırlığın digər səbəbi də var: bölgə dövlətlərini Rusiya təyyarələrinin onların sərhədləri yanında fəaliyyətinin güclənməsi də narahat edir.

 

İordaniya və Suriya

 

İordaniya artıq 2012-ci ildə ərazisinə qaçqınların can atdığı, həm Əsədi, həm də monarxiya rejimlərini düşmən sayan cihadçılaırn da sızdığı Suriya hadisələrinə cəlb olunmağa başladı. 2013-cü ildə isə İordaniya Suriyada mübarizə üçün əməliyyat meydanlarından birinə çevrildi və buradan müxalifət üçün yardım tədarük olunurdu. Bu vaxtdan bəri oradan Suriya ərazisinə müdaxilə imkanları barədə sızıntılar meydana çıxdı və buna İordaniyada NATO və bölgə dövlətlərinin hər il keçirilən “Rəqs edən şir” təlimi səbəb olub.

Həm də Amerika qaynaqlarının məlumatına görə, əvvəllər İordaniyaya atılmış Amerika-Britaniya qoşunları artıq “uzun müddət Suriya-İordaniya sərhədində əməliyyatlar keçirir”. Məsələn, 2013-cü ildə Suriyanın cənubunda Əsədin HHM sisteminin Britaniyanın "SAS" xüsusi təyinatlıları tərəfindən məhv edildiyi haqda məlumat ortalığa çıxdı.

İordaniya 2014-cü ildə Suriya ərazisində İŞİD-in mövqelərinə aviazərbələr endirməklə açıq müdaxiləyə başladı. 2015-ci ildə isə mətbuatda Türkiyə və İordaniyanın Suriyada bufer zonaları yaratmaq məqsədilə ora  uyğunlaşdırılmış hücumunun hazırlandığı haqda məlumatlar meydana çıxdı.

 

Fəaliyyət parametrləri

 

İstisna olunmur ki, tərəflər əməliyyat zamanı sərhəddən qısamüddətli reydlərlə kifayətlənməyəcək, Suriya ərazisində hərbi bazalar yaradacaqlar (qaynaqlar keçmişdəki bu cür məxfi obyektin varlığından xəbər verir). Amma cihadçılara qarşı mübarizə və İran nüfuzunun güclənməyinə yol verməmək haqda bildirişlər Amerikanın Suriyadakı hələlik şərti məsuliyyət zonasının sonrakı genişləndirilməsi üçün bəhanə ola bilər. “Cənubdan zərbə”nin gerçək məqsədi şimaldan sonrakı hücum və ABŞ və Böyük Britaniyanın İordaniyada hazırladığı müxaliflərin hücumu qismində Deyr-əz-Zor rayonunun təmizlənməsi ola bilər.

 

İordaniya strategiyası

 

“Cənub cəbhəsi”nin açılması Moskva üçün durumu qəlizləşdirmək gücündədir, çünki bu, Əsəd rejiminin zəifləməsinə səbəb olacaq. Suriyaya görə ABŞ-la münasibətləri pisləşdirmək Rusiyaya sərf etmir, lakin bu, onun tərəfindən uyğun əks tədbirlər haqda məsələni ləğv etmir. II Abdulla bununla bağlı öz müsahibəsində Moskva ilə dialoqu gücləndirməyi təklif edib ki, bunun bölgədə İŞİD-ə qarşı qarşılıqlı fəaliyyəti möhkəmləndirməyə imkan verəcəyi ona çatdırılsın. O, həmçinin Rusiya ilə dialoqda “İran təhlükəsi”nin varlığından istifadə etmək niyyətindədir (bu, Moskva ilə Tehran arasına çiv vurmaq məqsədini güdür): “Mən bu problemi Putinin qarşısında qaldırdım”.

II Abdullanın sözlərinə görə, Putindən zəmanət alıb ki, “başqa oyunçuların bizim sərhədlərimizə gəlişinə yol verilməyəcək”.

İordaniya qaynaqlarına əsasən, “Rusiya da İranın dəstəklədiyi yaraqlıların Suriyada sabitsizləşdirici, ölkənin ərazi bütövlüyünü təhdid edən gücünü görür”.

Bununla belə, hələ bu yaxınlara qədər İordaniyanaın hadisələrə münasibəti daha çevik idi. Məsələn, II Abdulla ABŞ-ın son kəskin “dönüşü”nədək Rusiya və Suriya ilə başçıları təkcə 2017-ci ildə Moskvada bir neçə dəfə görüşmüş xüsusi xidmətlərin xətti ilə əməkdaşlığı inkişaf etdirirdi. Bu, Ommanın Moskvanın köməyi ilə Hələbin alınmasından sonra güclənmiş Əsədlə təmasları yenidən formatlamaq istəyi ilə bağlıdır. Bundan savayı, İordaniya xüsusi xidmətləri Qərb ölkələrinin, Əsədin, Rusiyanın kəşfiyyat cəmiyyətlərinin təmasında “kommutatror” kimi çıxış etməklə mühüm rol oynayıb.

Uyğun olaraq İordaniya qeyri-rəsmi danışıqlarda önəmli vasitəçi rolunu davam etdirir. Və hər şeyə əsasən, ərazisindəki hərbi hazırlıqlar Moskva üçün gözlənilməzlik olmayıb. Kralın Suriyada iki ən mühüm oyunçu olan ABŞ-la Rusiya arasında bu cür “vurnuxması”nın səbəblərinə gəlincə isə (o, yanvarın 28-də Moskvada olub, artıq fevralın 6-da Vaşinqtona uçub və sonra aprelin əvvəlində son səfərini təkrar edib), bu, onun artan narahatlığını nümayiş etdirir. Çünki Moskvanın guya inandırmağına baxmayaraq, iranlıların İordaniyaya sarı irəliləyişi davam edib və ona əlavə təhlükəsizlik zəmanəti tələb olunur.  

 

Perspektivlər

 

Britaniya-Amerika qoşunlarının İordaniyada cəmləşməsini hələlik II Abdullanın irəli sürdüyü Rusiya ilə üçüncü dövlətlərin maraqları hesabına sazişə gəlmək təklifi çərçivəsində nəzərdən keçirmək olar. O, müsahibəsində göstərir: “Rusların baxışınca, onlar üçölçülü şahmat oynayırlar. Onlar üçün Krım, Suriya, Ukrayna, Liviya önəmlidir. Bütün bu məsələlər üzrə ruslarla eyni vaxtda iş görmək mühümdür”.

Kraln özü “atlarla haqq-hesablı alver” kimi görür ki, “rusiyalılar üçün ən mühümü Krımdır” "bu yöndəki güzəştlərə görə Suriyada “böyük çeviklik” əldə etməyi gözləyirlər. Əks halda ruslar Suriya və Liviyada vuruşacaqlar, növbəti problem Moldovada meydana çıxacaq”.

II Abdulla Rusiyaya göstərir ki, “Trampın Suriyaya müdaxiləsi həm problemlər, həm də imkanlar yaradır… Rusiyanın Suriyadakı maraqları “faydalı Suriya”da – Dəməşq, Latakiya, Hələb, Xoms və Hamə arasındakı vilayətlərdə daimi hərbi iştirakla təmin olunmalıdır”.

O, bu zaman Əsədin saxlanması imkanı haqda danışır: “Moskva və Vaşinqton oyunda qalmaq, cihadçılara qarşı ümumi mübarizədə üsyançıları rahat buraxmaq üçün Əsədi İrandan aralanmağa şirnikəndirməkdə üsul tapa bilər”.

Başqa sözlə, II Abdulla ABŞ-a Ukrayna ilə İranı mübadilə kartına çevirməyi təklif edir ki, “Putinin terrorizmlə ciddi problemi olması da buna şərait yaradır. İŞİD-in əcnəbi yaraqlıları Moskva, Sankt-Peterburq istiqamətində irəliləyirlər. Putin buna görə də Suriyada siyasi həlli mümkün qədər tez tapmalıdır”.

 

Əməliyyatın nəticələri və niyyəti

 

Suriyanın cənubunda əməliyyatın başlanması mümkünlüyünə gəlincə, qüvvə cəmlənməsinin niyə açıq şəkildə aparılmasına görə sual doğur. İstisna etmək olmaz ki, bu, Əsədin qüvvələrini yaymaq və İdlib və Hamədəki vəzifələri effektli şəkildə yerinə yetirməyə bacarıqsız etmək üçün yayındırıcı səciyyə daşıya bilər.

Həmçinin “cənub cəbhəsi”ni açmağa hazırlıq “nümayiş” məqsədi güdə bilər ki, Amerikanın bu yaxınlardakı "Tomaqavk" zərbəsindən sonra Rusiyanı Amerika niyyətlərinin ciddiliyinə əlavə olaraq inanmağa və güzəştə getməyə məcbur etsin.

Əsəd üçün isə cənub “bufer”inin qoparılması onun mənəmliyi üçün ağrılı olacaq və “vahid Suriya”nın bərpasına nisbətdə onun xülyalarının ilğımlığı bir daha vurğulanacaq, lakin bütövlikdə fəlakətli olmayacaq. Əksinə, İordaniya sərhədləri boyunca nəzarəti saxlamaq üçün öz qoşunlarını yaymaqdan məhrum olmaqla sonradan qoşunun başqa istriqamətlərdə cəmləyə bilər. İordaniyanın bütövlükdə Suriya hadisələrinə cəlb olunması Suriyanın daha aşkar şəkildə “Rusiya” və “Amerika” nüfuz zonalarına bölünməyinə səbəb ola bilər və İran maraqlarına yer qalmaz. Hazırda Suriyada təkcə qarşılıqlı şəkildə fəaliyyət göstərmədiyi, həm də rəqabət apardığı Tehranla münasibətlərdə çatı olan Moskvanı məhz buna dümsükləyirlər.

Lakin bu cür hərəkət ciddi intriqa yaradır. Hələlik şübhəli görünür ki, Rusiya İranı aşkarca “təslim etmək” durumundan çıxacaq, əvəzində “satqınlıq” qınağı qazanacaq. Xüsusən də ona görə ki, Tramp Suriyada Əsədin saxlanması və Moskva maraqlarının qorunmasına nisbətdə dəqiq zəmanət vermir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə