XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

20 Aprel 2017 - 15:34

Rəsmi Tehran Dəməşqə niyə səfir təyin etmir? –İran mediasının bu tapmacanı çözmə cəhdi - Təhlil

Məhəmməd Mehdi Maliki

"Mehr News"

 

Xarici işlər naziri Məhəmməd Cavad Zərif hələ ötən ilin sonunda həssas və mühüm missiya olan Suriyaya səfir təyinatının tezliklə başa çatacağını və elçinin müəyyənləşcəyini bildirmişdi. Lakin altı aydır ki, Dəməşqdəki İran səfirliyinin rəhbər kürsüsü boş qalır. Bu da özlüyündə əsla normal hal deyil.

Şərq və Qərb İrana qarşı səfərbər olub və səkkiz ilidir ki, İran Suriyanın müttəfiqidir. Lakin kədərli və düşündürücüdür: altı aydır Suriyada İran səfiri yoxdur. 

Bunu müxtəlif cür yozub təfsir etmək olar. İstənilən ölkədə hakimiyyət boşluğu, yaxud icra hakimiyyəti qolunda, hökumətdə səfirin qəbulu, konsulluq və diplomatik aspektləri izləmək üçün ev sahibi olan dövlətin müəyyən çətinliyi ola bilər. Təbii ki, səfir olmadıqda daha aşağı mövqeli şəxsin onun yerini tutması, müvəqqəti işlər vəkili təyinatı da mümkündür.

Lakin Məhəmməd Rza Şeybani – İranın Suriyadakı sabiq səfiri 2016-cı ilin oktyabr ayından etibarən "birdən-birə" və Tehran üçün "alternativ göstərilmədən" üçillik fəaliyyətindən sonra geri çağırılıb.

Xarici işlər naziri Zərif Məclisin, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının dekabr ayında keçirilən iclasında deyib: "Həmkarımız cənab Şeybani İslam Respublikasının səfir kimi üç il xidmət göstərib. O, xidmətini davam etdirmək üçün Xarici İşlər Nazirliyinə müraciət etməyib və bu günə qədər bir dəfə də olsun belə bir tələbi olmayıb".

Daha sonra nazir bildirmişdi ki, "bu həssas və mühüm missiyanın yerinə yetirilməsi üçün zəruri işlər görüləcək və yeni səfirin adı qısa zamanda elan olunacaq".

Amma bu "tezliklə"nin sonu görünmür və M.Zərifin təqdim edəcəyi yeni səfirin adı demək olar ki, altı aydır açıqlanmır. Gözləntilər davam etdiyi müddətdə isə Suriyada İranın səfiri yeri boş qalır. 

Digər tərəfdən, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bəhram Qasımi bu mövzu ilə bağlı jurnalistlərin çoxsaylı suallarına bir neçə dəfə və əksər hallarda eyni cavablar verib: "Normalda bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyi, Prezident ümumi fikrə gəlməli və təklif olunan namizədi təsdiqləməlidirlər".

Aydındır ki, hazırkı mərhələdə Suriya böhranının siyasi yolla həlli üçün Tehran və Dəməşqin müttəfiqliyi geniş miqyasda diplomatik səylət tələb edir. Bu ölkədə böhranın həlli üçün siyasi-diplomatik məsləhətləşmələr və ekspertlər səviyyəsində siyasi dialoqdan ötrü İranın Suriyada səfiri mütləq şəkildə olmalıdır. Əks halda, bu, mənfi mesaj ötürmə sayılır və sözsüz ki, İranın Suriyaya verdiyi qeyri-şərtli dəstəyə, Tehranın strateji məqsədlərinə ziddir. Digər tərəfdən, səfir təyinatında həddindən artıq gecikmə başqalarına üstünlük qazandıracaq.

Bu vəziyyətlə bağlı Xarici İşlər Nazirliyinin siyasi və beynəlxalq araşdırmalar şöbəsinin direktoru Mustafa Zəhrani də hər cür bəhanə ilə medianın sorğularından yayınır və tənqidlərdən ustalıqla sövuşur, bununla da İranın Suriyaya dair aydın strategiyasının olmaması barədə iddiaları gücləndirir.

Bəzi nüfuzlu ərəb KİV-ləri məsələni məhz belə təqdim edir və "İran Suriya bataqlığında batıb" başlıqları ilə çıxan bu media iddia edir ki, guya bir İran rəsmisi etiraf edib: Tehranın Suriya müharibəsindən çıxmağa dair müəyyən strategiyası yoxdur və buna görə də Bəşər Əsəd İrana arxa çevirməyi planlaşdırır.

Əlqərəz, İranın Suriyada səfirinin yoxluğu Oman, Yəmən və İsveçrə… siyahısını tamamlayır və əslində, islahatçıların (Həsən Ruhani hökumətitərc.) elan etdiyi strategiyaya belə uyğun gəlmir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə