XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

22 Aprel 2017 - 10:14

İranda prezident qovğası:xəstə ali rəhbər, seçkilərdən çıxdaş edilmiş Əhmədinejad və favorit Rəisi – Təhlil  

Marina Baltaçeva

Vzqlyad.ru, 21.04.2017

 

İranın yeni prezidentinin maydakı seçimlərindən əvvəl favorit müəyyənləşib. Qərbin fikrincə, bu, fəaliyyətdəki prezident Həsən Ruhani və ayətullahların namizədlər sırasından sildiyi keçmiş prezident Mahmud Əhmədinejad deyil. Qabaqcadan qələbə xəbəri yayılan mühafizəkar İbrahim Rəisi nə Qərbə, nə də Rusiyaya inanır və ekspertlərin fikrincə, İran elitasının ümumi fikri bu cürdür.

İranda mayda baş tutacaq prezident seçkilərinə altı namizəd buraxılıb. İslam respublikasının fəaliyyətdə olan prezidenti Həsən Ruhani də onların içindəditr. Lakin KİV-lərin, o cümlədən “The Financial Times”-ın dəyərləndirməsinə əsasən, yarışın favoriti mötədil islahatçı Ruhani deyil. Üstünlük güc qurumlarının, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bel bağladığı mühafizəkar İbrahim Rəisiyə verilir. Eyni zamanda başqa bir məşhur ultramühafizəkar, prezident kreslosu uğrunda yenidən mübarizə aparmağı qət etmiş keçmiş prezident Mahmud Əhmədinejad ümumiyyətlə seçkilərə buraxılmayıb. Əvvəllər məlum olub ki, İran ali lideri, ayətullah Xamenei Əhmədinejada seçkilərə getməməyi tövsiyə edib.

İransayağı prezident qovğası

 

İzah edək ki, İran prezidenti dövlət başçısı deyil, amma bəzi parlamentli respublikalardakı kimi nominal fiqur da deyil. İslam respublikasının prezidenti faktiki olaraq baş nazir funksiyasını icra edir (İranda hökumət başçısı vəzifəsi yoxdur), cari siyasəti əlaqələndirir. Ancaq ali hakimiyyət ali rəhbərə, ruhani şəxsə məxsusdur. Bu, indiki anda İslam respublikasının banisi ayətullah Xomeyninin varisi ayətullah Əli Xameneidir. Ali rəhbər bütün başqa məsələlərdən savayı İİKK-in birbaşa tabe olduğu ali baş komandandır. Tətbiqi şərqşünaslıq və afrikaşünaslıq İnstitutunun rəhbəri Səid Qafurov “Vzqlyad” qəzetinə izah edir ki, ali rəhbərin mövqeyi siyasi olsa da, “o, birbaşa kritik oyunçudansa daha çox bəzi ali maraqlarda oyun qaydalarına əməl edən olduqca böyük dərəcədə ali arbitrdir”.

Prezident seçkiləri proseduru da dünyanın əksər ölkələrində qəbul edilmiş qaydalardan fərqlənir. İran DİN nəzdindəki seçkilərin keçirilməsi üzrə Qərargah seçkiyə qatılmaq istəyənləri qeydə alır. Bu, indiki halda keçən həftə baş verib, qərargah beş gün ərzində potensial namizədləri qeydə alıb; siyahıya 1636 nəfər – 1499 kişi və 137 qadın daxil olub.

Sonra İslam fəqihlərinin və ali şiə ruhaniliyinin təmsilçiləri daxil olan Müşahidə Şurası bu namizdələrin hər birini nəzərdən keçirir və ən layiqlilərini seçir. Hamı kimi ərizə vermiş Mahmud Əhmədinejad bu saya daxil olmayıb.

 

Qılıncla dəyənək arasında seçim

 

Səid Qafurov izah edir: Əli Xamenei “son dərəcə dolayısı ilə təsir edir. O cümlədən seçkilərə də. Onun məqsədi kiminsə qələbəsi deyil, siyasi qüvvələr arasında güzəştin tapılmasıdır”.

Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni SatanovskiVzqlyad” qəzetinə deyir: “İranda seçkilərdə konkret adamın qələbəsinə zəmanət olmur, intriqa həmişə lap axıradək gedir”.

Lakin ayətullah indiki seçkilərə olduqca fəal maraq göstərir. Və görünür, arbitr bu dəfə rəğbət və nifrətini nümayiş etdirir. Qərb KİV-ləri martda qeyd edirdi ki, Xamenei seçkilərin yaxınlaşması ilə mötədil prezident Ruhanini daha çox tənqid edir. Fəaliyyətdəki prezident bunda məzəmmət olunurdu ki, 2015-ci il nüvə sazişindən sonra İran iqtisadiyyatı elə belə də gözlənilən artıma məruz qalmadı. Ayətullah Xamenei Barak Obamanın başçılıq etdiyi “altılıq”la sazişi təqdir edib, amma ABŞ-la istənilən yaxınlaşma addımına münasibətdə narahatlıq ifadə edib, amerikalıları “ikiüzlü və kinli” adlandırıb. “İranın dünyaya açılması”nın ciddi yatırım artımına səbəb olmadığı mühafizəkarlar – Ruhaninin opponentləri tərəfindən tənqid üçün istifadə olunub.

Nüvə sazişinin “həmmüəllifi” Ruhaninn mövqeyi Donald Trampın seçilməsindən sonra da sarsılıb. ABŞ-ın yeni prezidenti Obamanın İranla bağladığı sazişi pozmaq niyyətindədir və Tehrana nisbətdə Vaşinqtonun siyasətini sərtləşdirir. Bu, Xameneinin “ikiüzlü və kinli amerikalılar” haqda qənaətini təsdiqləyir.

Ruhani Qərbə arxayın oldu, bu, qismən alındı, qismən baş tutmadı, – Səid Qafurov qeyd edir. – Amma adamlar orada daha çox narazıdır, deyirlər: biz həddindən artıq “qabağa getdik”. Amma Suriya hadisələri göstərir ki, çox da deyil”.

Ancaq ayətullah ultramühafizəkar Əhmədinejada da istinad etmədi. Ekspertlərin qeyd etdiyi kimi, prezident olarkən Əhmədinejadın yürütdüyü Qərblə sərt qarşıdurma “İranın ayətullah rejimi”nin mövqeyi ilə eyni deyil. Yevgeni Satanovskinin əvvəllər izah etdiyi kimi, mötədil Ruhaninin 2013-cü ildə radikal Əhmədinejadın əvəzinə hakimiyyətə gəlişi məhz buna işarə edirdi: “Köhnə dini isteblişment qılıncla deyil, dəyənəklə hərəkət etməyə üstünük verən və çox şeyi korlayan İİKK-in sərt dünyəvi qanadını boğub”.

İndiki seçkilərdən qabaq isə Əhmədinejadla “çox da nəzakətlə davranmırlar, çünki hesab edirlər ki, o kiminçünsə, Qərb tərəfdaşları üçün  qeyri-məqbuldur və o gəlsə, onda müharibə başlanar” – Səid Qafurov belə düşünür.

 

Ümumi rəyin ifadəçisi

 

Satanovski izah edir – İbrahim Rəisi (Qərb onu qovğanın favoriti adlandırır) – mühafizəkar ruhanilərin adamıdır. Eyni zamanda, yuxarıda deyildiyi kimi, “inqilab keşikçiləri” ilə yaxşı münasibəti var. Bu, namizəd üçün böyük üstünlükdür.

Rəisinin xarici siyasət görüşlərinə gəlincə, Qərbə rəğbətdən məhrumdur və Rusiyaya ehtiyatla yanaşır. “O deyir: “Ruslar vəd etdiklərini yerinə yetirmir, Qərb isə dəqiq aldadır, – Qafurov şərh edir. – Bu, İranda ümumi mövqedir”.

İbrahim Rəisi ümumi mühafizəkar baxış nöqtəsini ifadə edir. Satanovski qeyd edir ki, Rəisi daxil olmaqla bütün namizədlər mühafizəkar yönlüdür. Həmsöhbətimiz işarə edir: “Mötədil, qeyri-mötədil – bu, artıq ikinci dərəcəli məsələdir. Bugünki anda İranda yalnız mühafizəkarlar yüksək vəzifələrə keçmək şansına malikdir”.

Rəisinin rəqib mühafizəkarlar üzərində qələbəsi heç də əvvəlcədən müəyyən edilməyib. Səid Qafurovun fikrincə, ola bilsin, Rəisinin favorit adlandırıldığı hansısa sorğular keçirilir, amma bunlar “siyasi texnologiyanın tərkib hissəsi” ola bilər. Bundan başqa, məsələyə heç də siyasi olmayan amil qarışır.

 

Xəstəlik əsas intriqa kimi

 

Əlbəttə, ali rəhbər Xameneinin fikri vacibdir. Lakin Xamenei hazırda son dərəcə pis durumdadır”, – deyə Satanovski qeyd edir.

Artıq İran liderinin 2015-cin ilin martında xəstəxanaya yerləşdirilməsi spekulyasiyalar üçün bəhanə idi. Artıq o zaman rəhbərin mümkün varisi və mühafizəkar və yaxud islahatçı olub-olmayacağı haqda məsələ müzakirə olunurdu. Satanovski vurğulayır – Xamenei getsə, Rəisi prezident deyil, rəhbər vəzifəsinə əsas iddiaçılardan biri olacaq. Həmsöhbətimiz qeyd edir: “Hər şey dəyişilə bilər. Orada xətti intriqa yoxdur”.

Satanovski etiraf edir ki, Xamenei Əhmədinejada təkidlə məsləhət görüb ki, seçkilərdə öz namizədliyini irəli sürməsin, amma o, qulaq asmayıb. “Görünür, hər şey şayiələrə uyğun gəlirsə, rəhbərin durumu olduqca pisdir”.

Ekspert xülasə edir: “Müşahidə Şurasının İran elitasını parçalamağı lazım deyil, onsuz da parçalanıb”.

 

Tərcümə Strateq.az-ındır.