XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2017 - 13:33

Bir hərf səhvi bütün redaksiya əməkdaşlarının güllələnməsi ilə nəticələnib –FOTOFAKT

Daşkənd şəhərində dərc olunan Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbu orqanı olan "Pravda Vostoka" qəzetinin 25 oktyabr 1944-cü il tarixli sayında bir hərf səhvi bütün redaksiya əməkdaşlarının güllələnməsiylə nəticələnib.

Strateq.az  yeniavaz.com-a istinadən xəbər verir ki, mətnin başlığında, Stalinin adının qarşısındakı "Qlavnokomanduyuşemu" ("Baş komandan") sözündə ikinci hərf – "L" hərfi düşüb və "Qavnokomanduyuşemu" (P.x komandan) kimi yazılıb…

Nəticədə, SSRİ Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən redaksiyanın bütün əməkdaşları həbs olunublar və daha sonra da güllələniblər.

Qəzetin çap edilmiş bütün nüsxələri köşklərdən və evlərdən tək-tək toplanaraq məhv edilib. SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) əməkdaşlarının bütün cəhdlərinə baxmayaraq, 25 oktyabr 1944-cü il tarixli "Pravda Vostoka" qəzetinin 6 nüsxəsini tapmaq mümkün olmayıb. Bu nüsxələr yalnız SSRİ-nin dağılmasından sonra üzə çıxıb və hazırda həmin nüsxələr qəzet kolleksionerləri tərəfindən satın alınaraq saxlanılır.