XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 18:36

İkiyə bölünən Fransada 7 mayda kim qalib gələcək:“Rotşildlərin namizədi” Makron, yoxsa qatı millətçi Le Pen? – TƏHLİL

Viktoriya Nikoforova

Vzqlyad.ru, 24.04.2017

 

Fransada prezident seçkilərinin ikinci turuna Emmanuel Makron və Marin Le Pen çıxıblar. Onların arasında fərq cüzidir və Fransa cəmiyyətini olduqca ağır seçim qarşısında ağrılı parçalanma gözləyir.  Nəyə üstünlük verməli – bütün Avropa üçün “şok terapiya”ya, yoxsa kürəsəlçiliyin siması qarşısında tərki-silaha?

ABŞ prezidenti Donald Tramp Fransadakı seçkiləri “çox maraqlı” adlandırıb, lakin heç bir sürpriz baş verməyib. Son zamanlar proqnozlarla səsvermnin nəticələri arasındakı dramatik ziddiyyətlərə alışmışıq. Gah hər şeyə rəğmən Tramp Klintiona qalib gəlir, gah da Gert Vildersin Azadlıq partiyası gözlənildiyindən xeyli pis çıxış edir. Lakin Fransada prezident seçkilərinin birinci turunun yekunları praktik olaraq proqnozlarla tam üst-üstə düşdü: liderlər dördlüyü sorğular üzrə öncədən deyilən eyni nəticələri əldə edib.

Yekunda “Marşda” hərəkatının lideri, xalq içində nəvazişlə “Rotşildlərin namizədi” çağırılan Emmanuel Makron və Milli Cəbhənin lideri Marin Le Pen ikinci tura vəsiqə alıblar. Onlar iki həftədən sonra – mayın 7-də – prezident postu uğrunda təzədən mübarizə aparacaqlar. O gün təkcə Fransa deyil, həm də bütün Avropa üçün taleyüklü olacaq.

Beşinci respublikada prezident seçkiləri zahirən tamamilə sakit keçib. Teraktların diddiyi ölkə üçün bunu böyük nailiyyət saymaq olar. Gücləndirilmiş təhlükəsizlik tədbirləri, küçələrdə patrullar, namizədlərin və qərargahlarının çoxsəviyyəli mühafizəsi özünü doğruldub – yeni hücumlar baş verməyib. Bircə Femen qrupu hazır idi – qızlar Marin Le Penin səs verməli olduğu sahədə alt geyimlərini soyunmuşdular. Onların aksiyasına alışmış ajanlar aksiyaçıları küçəyə çıxardıblar.

Bununla belə, seçkidən əvvəl ehtiyat edilən gəliş rekord səviyyədə aşağı deyil, tamamilə yaxşı olub – 81%-dir ki, bu da 2012-ci ildəkindən çoxdur. Ölkənin dənizarxası əraziləri gözlənilən şəkildə səslərin əksəriyyətini Jan-Lyuk Melanşona verib. Bu son dərəcə solçu namizəd fransızlara iş həftəsini azaltmaq, mühacirlərə Fransa pasportu, kasıblara isə 400 min avrodan yuxarı bütün özəl sərvətləri dövlət büdcəsinin xeyrinə müsadirə etməyi söz verir.

Kürəsəlçi Makronun da xaricdə yaşayan fransızların yanında uğuru gözlənilən idi: məsələn, Kanadada 45% səs toplaya bilib. Onun qitə Fransasındakı yüksək nəticəsi də məntiqli görünür – namizədi böyük kapital, o cümlədən banklarında karyeraya başladığı Fransa Rotşildləri maliyyələşdirir. Altı milyon fransız seçki ərəfəsində Makrondan ona səs vermək çağırışı ilə telefon məlumatı alıb. Onun rəqiblərinin bu cür  qeyri-standart və bahalı piara sadəcə vəsaitləri yoxdur.

Makron KİV-lərin sevimlsi olaraq qalır – həm Fransanın, həm də anqlo-saksların. Keçən ilin payızından onu sanki kinoulduz kimi irəli verirlər. Makron isə Almaniya ilə yaxınlaşma kursunu elan etdikdən sonra AFR rəhbərliyi də onu dəstəklədi. Prezident Fransua Olland praktik olaraq onu rəsmən öz varisi elan edib, lakin Ollandın özünün fəlakətli dərəcədə aşağı reytinqi nəzərə alınsa, bu, onun tərəfindən heç də ən müdrik gediş deyildi. İstənilən halda “Marşda” hərəkatının lideri özünə prezident postunu təmin edib. Makrondan yalnız cüzi şəkildə geridə qalan lider Marin Le Penin olduqca layiqli nəticəsi onun üçün Pirr qələbəsi təhdidinə dönür. Namizəd liderlər dördlüyü seçicilərin səsini praktik olaraq bərəbər bölüb. Makron və Marin Le Pen ikinci turda sağçı Fransua Fiyon və solçu Melanşona səs verənlər uğrunda mübarizə aparacaqlar. Və heç bir şübhə yoxdur ki, Melanşonun bütün elektoratı səf-səf Makrona səs verməyə gedəcək. Onun siyasi nəzakəti, mühacirlərə “alman” sevgisi və alçaldılmış və təhqir edilmişlər mövzusunda sentimental ritorikası solçulara xoş gəlir. Onlar kürəsəlçilik və atlantizmi də, hətta bankir peşəsini də buna görə ona bağışlamağa hazırdırlar.

Marin Le Penin sərt antiislam ritorikasının aşkar şəkildə qıcıqlandırdığı bütün milli azlıqlar da Makronu dəstəkləyəcək. Bu gün “gəlmə” fransalıların sayı ölkənin bütün əhalisinin dörddə birini artıq keçib.

Əksinə, Fransua Fiyonun pərəstişkarları üçün Marin Le Penin ardınca getmək məntiqli olardı. Lakin Milli Cəbhə lideri bir çox ağrılı məsələlərə öz qətiyyətli yanaşımı ilə onları hürküdür. Onun təklif etdiyi qərarlar – qeyri-leqalların sürgünü, AB və NATO-dan çıxmaq, avrodan imtina – hər şeydən savayı, mühacirlərin vətəndaş müharibəsinə keçə biləcək qiyamından xoflanan yerli sakinlərin çoxunu şoka salır.

Eyni zamanda AB-dən qopmaq dövlət borcu ÜDM-ə bərabər olan Fransanın iqtisadiyyatına zərbə vurar. Brüssel artıq Parisə verilən kreditin faizini artırır. "Frexit" halında bütün borcları ödəmək lazım gələcək, amma artıq heç bir kredit olmayacaq. Qaldı avrodan imtinaya, bunun müsbət tərəfləri var, lakin hətta xroniki defoltöncəsi Yunanıstan da bu cür addıma cürət etmir.

Fiyonun rəvanlıqla və kəskin hərəkətlərsiz həyata keçirməyi təklif etdiyi sağçı dönüşü Le Pen tam sürətlə icra etməyi planlaşdırır. Əlbəttə, Milli Cəbhənin sıx və ideyalı, mayın 7-də öz liderinə səs verməli olacaq  elektoratı var. Ancaq yeni tərəfdarlar tapmaq çətin olacaq.

Hazırda hamı – Makronu əzizləyən KİV-lər də, Marinin fonunda bir ovuc sazişçi kimi görünən siyasi elita da , “qəzəblənmiş zəhmətkeş kütlələr” də Le Penin üstünə düşüb.

Birinci tur bitməyə macal tapmamış artıq üzüsarğılı “antiflər” (antifaşistlər-tərc.) Parisin küçələrinə axışdı və polislərə daş atmağa başladılar. Onları qane etmirdi ki, “faşist” Le Pen ikinci tura keçib.

Yeri gəlmişkən, Terrorçularla Mübarizənin Əlaqələndirilməsi üzrə Birləşmə Le Peni “3” səviyyəsində mühafizə ilə təmin edib ki, bu da yüksək sui-qəsd ehtimalını bildirir. Bircə Fiyonu ciddi-cəhdlə qoruyurdular – “2” səviyyəsində.

Beşinci respublika hazırda ikiyə bölünüb – Böyük Britaniya Brexit ərəfəsində, ABŞ Klinton-Tramp final yaxalaşmasında olduğu kimi. Le Pen və Makron ölkənin tamamilə əks inkişaf yollarını təcəssüm etdirirlər. Fransa Makronu seçməklə özünü Almaniyaya və onun AB  kursunu itaətlə izləməyə məhkum edir. Gəlmə ucuz işçi qüvvəsilə və yerlilər üçün maaşların azaldılması ilə qurulmuş liberal iqtisadi siyasət tempi artıracaq. Rusiya ilə mənasız qarşıdurma çoxalacaq. İslamçılıq və terrorizm problemləri kəskinləşəcək. Ollandın partiyadaşı deyil, faktiki varisi hər şeyi edəcək ki, öz patronunun – Beşinci respublikanın ən qeyri-populyar prezidentinin kursunu davam etdirsin.

Sərhədləri və radikal məscidləri bağlamaq, ekstremist imamları həbs etmək və milli sənayeni dirçəltməyi təklif edən Le Pen Makronun tam antipodudur. Bu, hətta onların Yelisey çöllərində seçkilər ərəfəsində baş vermiş terakta necə reaksiya verməyində də üzə çıxdı. Le Pen hiddətlənirdi ki, namizədlərdən heç biri bu “bu gün hər şeydən daha vacib” mövzunu niyə müzakirə etmir. Makron soyuqqanlı halda etiraf etdi ki, terrorizm özlüyündə “hələ uzun müddət yaşayacağımız problemi” ifadə edir.

Qarşıda Fransa əhalisini daha iki həftə düşünmək və iki ssenari arasında seçim etmək gözləyir: daha pis olmaması üçün səbr etmək və yaxud sistemi sındırıb hər şeyi təzədən başlamağı sınamaq. Son qərar milli suverenliyin xeyrinədir və çox böyük iradə gücü tələb edir. Ola bilsin, Milli Cəbhə lideri möcüzə göstərəcək və mümkün bütün seçiciləri səfərbər etməyi bacaracaq. Belə olmasa, o, öz atasının taleyini təkrar edəcək…

 

Tərcümə Starteq.az-ındır.