XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 12:35

İsrailin modern raket sistemləri onu qoruya biləcəkmi? –Ən pis ssenarilər nəzərdən keçirilir - Təhlil

Ben Kaspit

"Al-Monitor"

 

İsrailin Müdafiə Qüvvələri (IDF) aprelin 2-də istifadəyə hazır ilk "Magic Wand" ("Sehirli Əsa") ortamənzilli raket sistemlərinə qovuşdu. "Davudun sapandı" kimi tanınan bu modern hərbi sistemləri "Kruz" raketlərini qarşı da istifadə edilə biləcək. 

"Sehirli Əsa"nın raket qalxanına daxil olması ilə İsrailin "Arrow" ("Ox") "Iron Dome" ("Dəmir Qübbə") kimi digər raket sistemlərinə tamamlayıcı bir ünsür əlavə olunur. Bunun sayəsində İsrail düşmənlərinin istifadəsində olan raketlərdən tutmuş az qala bütün ballistik təhdidlərə qarşı mükəmməl, çoxlaylı müdafiəyə qovuşur.

"Dəmir Qübbə" "Həmas"ın Qəzzadan atdığı qısamənzilli "Qəssam""Qrad" raketləri ilə bərabər, "Hizbullah" tərəfindən atılacaq qısamənzilli raketləri də havada vura bilər. "Arrow" hava hücumundan müdafiə sistemi ("Arrow 1", "Arrow 2" və yeni "Arrow" prototipi) isə İranın "Şahab" kimi uzunmənzilli raketlərini vurmaq üçün hazırlanıb.

Yeri gəlmişkən, "Şahab" nüvə başlıqları da daşıya bilər. 

"Sehirli Əsa" isə "Skad" kimi orta mənzilli raketləri təsirsiz etmək qabiliyyətindədir.

İsrail dünyada bu tip çoxlaylı müdafiə sisteminə sahib ilk ölkə ola bilər, amma sistemin funksionallığı indidən sübut edilmiş vəziyyətdədir. "Dəmir Qübbə" 2014-cü ildə "Həmas"ın atdığı raketləri ovlama məsələsində təsiredici performans sərgilədi. "Həmas"ın İsrail torpaqlarına yönəlik strateji raket təhdidi az qala tamamilə aradan qaldırıldı.

"Arrow" da ötən günlərdə gözlənilməz bir şəkildə nümayişə çıxı. Martın 17-də Suriyanın şimalında uçmaqda olan İsrail təyyarələrinə qurudan atılan bir raket "Arrow" ilə vuruldu. Suriyanın köhnəlmiş raket sistemləri onun öhdəsindən gələ bilmir. Amma "Arrow" modern radarları bu raketin İsrailə düşərək əhəmiyyətli bir təhdid meydana gətirəcəyini təsbit etdi və dərhal ona cavab verdi. Suriya raketi vuruldu. 

Ancaq İsraildə heç kim buna sevinmədi. Çünki İsrail Suriyada hava əməliyyatı keçirdiyini etiraf etmək məcburiyyətində qaldı və Rusiyadan rəsmi qınama gəldi. Lakin aydın olan budur ki, İsrail rəhbərliyi və xüsusilə Müdafiə Nazirliyi əvvəlki çəkincək rəftarlarını kənara qoyub bənzərsiz müdafiə səviyyəsinə qovuşduğunu konkret şəkildə görülməsindən məmnun oldu.

Digər tərəfdən, bütün bu uğurlara baxmayaraq, İsrail düşmənlərinin ballistik təhdidinə qarşı yüzdə-yüz dəlinməz bir qalxana sahib deyil. "Həmas", "Hizbullah", "İslami Cihad" və Suriyanın ümumən 250 min raketi olduğu təxmin edilir. İşin içinə İran da girdiyindən raketlərin sayı əhəmiyyətli nisbətdə artır.

İsrail baxımından bu gün ən pis təhdid ssenarisi bütün düşmənlərinin, yəni "Hizbullah", "Həmas", "İslami Cihad", Suriya və İranın sürpriz bir hücum tənzimləməsi və koordinasiya halında İsrailə eyni gündə on minlərlə raket atmasıdır. Bu ssenari Misir və Suriyanın İsrailə qarşı bərabər anda hücuma keçdiyi 1973-cü il sürprizinə bənzədilir. Belə bir hücuma qarşı İsrail hələ təsirli bir cavab imkanına sahib deyil.

Dəyərləndirmələrə görə, belə bir ssenaridə İsrailin hava qüvvələri "Həmas" və "Hizbullah"a aid olanlar başda olmaqla, minlərlə uzunmənzilli raketləri uğurla vuracaq. Hava hücumundan müdafiə sistemləri də çox sayda raketi ovlayacaq. Ancaq İsrailin daxili cəbhəsi yenə də minlərlə raketə məruz qalar. Raketlər ən yüksək dəqiqliklə hərbi hava bazalarına çata bilər və bu da hava qüvvələrinin cavab vermə qabiliyyətini axsadar.

Şəxsiyyətinin gizli qalması şərti ilə "Al-Monitor"a danışan yüksək mənsəbli bir hərbçi bununla bağlı deyir: "Belə bir təhdidə qarşı yeganə tədbir çəkindirmədir. Düşmənlərimiz belə bir işə cəhd edərsə, heyfini necə çıxacağımızı bilirlər. Bu qarşılıq çox böyük olacaq".

İsrailin müdafiə sistemləri daha bir təhdidlə məşğul olmaq məcburiyyətindədir: sərhəd bölgələrində mənzili bir neçə yüz metr ilə bir neçə kilometr arasında dəyişən son dərəcə qısamənzilli raketlər. 

Bu tip raketlər ümumiyyətlə, çox sadə və primitiv olmaqla birlikdə, havada yalnız bir neçə saniyə qalır və bu da mövcud müdafiə sistemlər üçün tanıma, səmt təyinetmə və fokuslanma baxımından müəyyən dərəcədə problemdir, çünki həmin raketlərin zamanında vurulması çətinləşir. Buna görə də ən primitiv raketlər əslində, ən təhlükəli təsirə sahibdir. 2014-cü ildə də sərhəddəki toplanma nöqtələrində top atəşi ilə öldürülən əsgərlər sayı baxımından IDF-ə xüsusilə ağır başa gəlmişdi.

"Hizbullah"ın çox böyük topları var. Bunların partlayıcı başlıqları normal mərmilərdən daha ağırdır. Atışları qısa və dik orbit izləməsi onların vurulmasını xüsusilə çətinləşdirir. Başqa sözlə, bu silahlar şimaldakı sərhəd xəttindəki İsrail əsgərləri və ətraf struktur üçün təhdid meydana gətirə bilər. Bu problemin da sistemə lazerlə idarə olunan ovlayıcıların əlavə olunmasıyla çözülə bikləcəyi düşünülür.

Ancaq bu vəziyyət İsraildə müdafiə mütəxəssisləri arasında bəzi müzakirələrə səbəb olur.

İsrailin təhlükəsizlik yanaşması hər zaman üç təməl ünsürə söykənib: çəkindirmə, əvvəldən xəbərdaretmə və mütləq nəticə əldə etmə. 

Düşmənlərin İsrailin nəhəng gücünü bilməsi onları qarşıdurmaya girməkdən çəkindirir. İsrail kəşfiyyatı rəqiblərin düşmən niyyətləri barədə əvvəldən xəbərdar edir. IDF də qarşıdurmanı düşmən torpaqlarına daşıyır və qəti bir şəkildə nəticəlndirir.

Lakin hazırda ərbi mübarizələrdən qəti nəticə alma ehtimalı olduqca azalıb. İsrail də son on ildə ümumi təhlükəsizlik yanaşmasına dördüncü bir ünsür əlavə edib: müdafiə. Əvvəllər bu ünsür bu qədər ön planda deyildi.

Çoxlaylı müdafiə sistemi bu yeni ünsürün konkret bir nümunəsidir. Ancaq Müdafiə Nazirliyindəki bir çox səlahiyyətli bu vəziyyətdən narahatdır. Çünki mövcud sistemlərin qoruyucu tutumu ordunun mühüm əməliyyat vahidlərini kor edə bilər.

Ancaq hissiyyatları necə olursa-olsun İsraildə bu gün heç kim "Sehirli Əsa"dan, "Demir Qübbə"nin, "Arrow" raket müdafiə sistemindən imtina etməz, Ən azı İsraili qucaqlayan bu raketlər paslanana qədər. sabiq Baş Qərargah rəisi Moşe Yaalonun illər əvvəl tövsiyə etdiyi də eynilə bu idi.

Tərcümə: Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə