XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2017 - 08:00

İran seçkiləri:İlk sorğular Ruhaniyə qarşı Qalibafın güclü rəqib olacağını göstərir - TƏHLİL

Matt Dabrovski

"Al-Monitor"

 

"IranPoll" seçki firması tərəfindən aparılmış son rəy sorğusuna görə, hazırkı dövlət başçısı Həsən Ruhani və İranda prezident kampaniyası yüksək populyarlığa malikdir. Lakin 2013-ci ildəki son prezident seçkilərində Ruhaninin əsas rəqibi, Tehranın bələdiyyə başçısı Məhəmməd Baqir Qalibaf da seçicilər tərəfindən yaxşı qəbul edilir. Aprelin 11-14-də keçirilmiş ekzit-pollun nəticəsindən nə hasil olur? Seçkilər prezidentliyə bu iki namizəd arasında "qisas" üçün səhnə olacaqmı?

Araşdırmaya görə, iranlıların 62%-i Ruhaniyə müsbət rəy bəsləyir; 35% onun əleyhdarıdır. 2013-ci ildə Ruhanidən sonra ikinci olan Qalibaf barədə iranlıların 67%-i yaxşı rəydədir, 25%-i onu bəyənmir.

Prezident seçkilərinin ilk turu mayın 19-da keçiriləcək.

İran iqtisadiyyatında zəiflik Ruhaninin ictimai imicinə ağır zərbə vurub. Beynəlxalq Valyuta Fondu fevral ayında bəyan edib ki, İran iqtisadiyyatı son bir il ərzində 7% artıb, lakin təxminən bütün bu artım neft ixracatı ilə bağlıdır.

Sorğuda iştirak etmiş iranlıların 72%-i hesab edir ki, 2015-ci ilin Birgə Fəaliyyət Kompleks Planı (JCPOA) nəticəsində iqtisadi vəziyyət "yaxşılaşmayıb". Respondentlərin təxminən yarısı  – 42% – xüsusilə gənclərin durumuna istinadən işsizliyin (13%) ölkə qarşısında duran ən mühüm məsələ olduğunu söyləyir.

Son sorğu göstərir ki, Həsən Ruhaninin populyarlığı nüvə sazişi imzalanandan bəri iki ildə xeyli geriləyib. "IranPoll"un Merilend Universiteti ilə birlikdə, müqavilənin açıqlanmasından bir neçə həftə sonra, 2015-ci ilin avqustunda keçirilmiş sorğu göstərib ki, iranlıların 88%-i İran prezidentinə xoş münasibət bəsləyir. Bir il sonra ABŞ-ın Seçki İnstitutu iPOS-un apardığı araşdırmaya görə, Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif, müvafiq olaraq, 75% və 76% müsbət rəylə İranın ən məşhur siyasi xadimləri olaraq qalırdı.

Namizədlərin yoxlaması həvalə edilmiş Nəzarət Şurası altılığı müəyyən edib: hazırkı prezident Ruhani, Qalibaf və prinsipçi İbrahim Rəisi, birinci vitse-prezidenti İshaq Cahangiri, principçi və sabiq mədəniyyət naziri Mustafa Mirsəlim, islahatçı və sabiq mədən sənayesi naziri Mustafa Haşimi-Təba.

Təşviqat rəsmi olaraq aprelin 28-də başlayacaq.

İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi (JAMNA), Rəisi və Qalibaf – iki əsas namizədlə bağlı aprelin 6-da daxili səsvermə keçirib. Amma iranlıların təxminən yarısı (46%) "IranPoll"a bildirib ki, Rəisi barədə rəyə malik deyillər, 32% onun barəsində müsbət və 22% mənfi fikirdədir.

Lakin Rəisinin aşağı tanınması çatışmazlıq sayıla bilməz. 2013-cü ilin seçkilərində qələbə qazanmazdan əvvəl erkən sorğularda Ruhani də səslərin 51% ilə az tanınan idi.

Həmçinin nisbətən naməlum Cahangiri (mənfi – 29% və müsbət – 23%) barədə "IranPoll" sorğusunda 48% heç bir fikir yoxdur. Mirsəlim Haşimi-Təba sorğuya qatılmayıb.

Ruhani və Qalibaf arasında potensial revanş İran seçkilərinin diqqət mərkəzində olacaq. Qalibaf 2013-ci ilin kampaniyası zamanı ən yüksək ehtimala malik ikən, qutudan Ruhani çıxdı.

Merilend/Tehran universitetlərinin tədqiqatçısı İbrahim Mohseni aşkarlayıb ki, 2013-cü ildəki ilk turda strateji səsvermə Ruhaninin qələbəsinin ən böyük amili idi. Ruhaninin seçicilərinin dörddə biri sonradan bildiriblər ki, onlar həqiqətən Qalibafı üstün sayıblar, lakin digər namizədlərin qarşısını kəsməkdən ötrü sonda Ruhaniyə səs veriblər. 

Nəzarət Şurasının seçkidən kənarlaşdırdığı sabiq prezident Mahmud Əhmədinejada gəlincə, "IranPoll"a görə, iranlıların 52%-ində Əhmədinejad barədə müsbət rəy var. 46% – mənfi, xüsusən 24% "çox mənfi" rəydədir. 2016-nın mayında iPOS-un sorğusunda seçicilərin təxminən 30% -i Ruhani və Əhmədinejad yarışında sonuncunu dəstəkləyirdi və eyni sorğuda respondentlərin 41%-i indiki dövlət başçısının tərəfində idi.

"IranPoll" sorğunu aprelin  11-14-də, 1,005 nəfərin iştirakı və telefonla keçirilib. Ekzit-pollun yanlışlıq göstəricisi +/- 3%-dir. "IranPoll" Kanada şirkətidir, lakin farsdilli müsahibəçilərdən istifadə edilməklə keçirilib.

Aprelin 24-də tanınmış mühafizəkar Əhməd Təvəkkülinin başılıq etdiyi "Alef" saytı İran dövlət yayımçısı tərəfindən həyata keçirilmiş ekzit-poll haqqında hesabat dərc edib. Həmin sorğuya görə, Ruhani Qalibaf və Rəisidən irəlidədir. 

Xəbət agentliklərinin qeyri-elmi tədqiqlar dərc etməsi yenilik deyil. Onları etibarlı saymaq olmaz, çünki əsas metodoloji məlumatlar açıqlanmır. Ona görə də, belə sorğular etibarlı hesab edilə bilməz.

Tərcümə: Strateq.az