XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2017 - 15:33

Azərbaycan alması Ermənistanı qarışdırdı:Məhsulun İrəvan bazarlarına necə yol açdığı araşdırılır

İrəvan mağazalarının birində Azərbaycan alması

İllüstrasiya: Aysor.am

 

İosif Qubatyan

REGNUM İA, 28.04.2017

 

Ermənistan dövlət qurumlarına naməlum üsulla bir neçə gün əvvəl Ermənistan bazarında peyda olmuş Azərbaycan alması indiyədək sosial şəbəkələrdə və Ermənistan mətbuatında müzakirə üçün əsas mövzu olaraq qalır.

Ermənistanın faktiki olaraq müharibə durumunda olduğu ölkədən almalar Ermənistanın döyüşmədiyi, amma Ermənistan cəmiyyətinin oxşar münasibəti olan ölkənin pomidorlarını əvəz edib. Ermənistan qanunvericiliyində hər hansı ölkədən ərzaq daşınmasına məhdudiyyət olmadığından nəticə etibarilə Türkiyə və yaxud Azərbaycan məhsullarının idxalı məsələsində ancaq onun keyfiyyəti haqda məsələ meydana çıxır ki, heç olmasa, rusların “Gündə bir alma və həkimi yada salma” atalar sözü aktual olsun.

Bundan savayı, alma ilə bağlı durum əyani şəkildə göstərir ki, Ermənistan baş naziri Karen Karapetyan öz sələflərindən yalnız daha səs-küylü bəyanat və daha xoşagəlimli manerası ilə seçilir.

Qida Məhsullarının Təhlükəsizliyi Dövlət Xidməti (QMTDX) Azərbaycan almasının satışı haqda məlumata reaksiya verərək bildirib ki, son üç gün ərzində Azərbaycanda yetişdirilmiş almanın İrəvann kiçik və böyük bazarlarında, həmçinin əyalətlərdə, meyvə-tərəvəz mağazalarında satıldığını üzə çıxardıb.

Qurumun məlumatında qeyd olunduğuna görə, bu almaların satışı qadağan edilib və məhsulu məhv etmək göstərişi verilib. Amma Azərbaycan alması heç hara yox olmayıb, amma indi artıq Fransa və yaxud yerli alma adıyla satılır.

Bununla yanaşı, artıq üçüncü gündür ki, həm QMTDX, həm Milli Təhlükəsizlik Xidməti tərkibinə Ermənistan Gömrük Xidmətinin də daxil olduğu Gəlirlər üzrə Dövlət Komitəsi ilə bərabər uyğun sənədlərsiz və sənədləşməmiş Azərbaycan meyvəsi və Türkiyə tərəvəzlərinin Ermənistan dükanlarına necə gəldiyinə aid aydın izahat düşünüb tapa bilmir. Heç bir şübhə yoxdur ki, dövlət qurumları izahat uydurmalıdır, çünki birmənalıdır ki, düşmən ölkələrdən alma və pomidor dövlət qurumlarının xəbəri ola-ola Ermənistana gəlib və öz vətəndaşlarının təhlükəsizliyinə sorumlu olan dövlətin “qaçaqmalçıları” tapa bilməməyi bunun parlaq sübutudur. Alma Azərbaycanın, pomidor isə Türkiyəninki olmasaydı, istehlakçı Ermənistan bazarında gen-bol mövcud olan başqa qaçaqmal meyvə-tərəvəzi aldığı kimi onları da həvəslə alardı.

Yada salmaq lazım gəlir ki, Azərbaycan almasına qədər müzakirə üçün mövzu ölkənin müstəqillik qazandığı andan bəri Ermənistanda satılan Türkiyə pomidorları idi, lakin Türkiyənin TRT telekanalı Türkiyə daxilində istehlak və başqa ölkələrə ixracat üçün kənd təsərrüfatı məhsulları yetişdirən fermerlər haqda material hazırlayandan sonra diqqət mərkəzinə gəldi.

Fermerlərdən biri telekanalın materialında Türkiyənin daxili bazarı üçün pomidorla ixracat olunan pomidorlar arasındakı fərqi jurnalistə izah edib. Onun sözlərinə görə, təbii üsulla yetişdirilən pomidorlar daxili istehlak üçün nəzərdə tutulub, kimyəvi maddələr ehtiva edən pomidorlar isə başqa ölkələrə ixrac olunur.

Qida Məhsullarının Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Nvard Arakelyan bu reportaja cavab verərək facebook-da yazıb: “QMTDX-nin məlumatına görə, bu il ərzində Türkiyədən Ermənistana pomidor idxal edilməyib. Və hətta bir türk istehsalçısının sözlərinə çox inanmağınız gəlirsə, gəlin, yuxarıda gətirilən fikri də nəzərə alaq”.

Amma Ermənistan sakinləri “yuxarıda gətirilən fikirləri” nəzərə almır, hər gün hər bir mağazada türk pomidorlarının yeşiklərini və bu yeşiklərdəki pomidorları görən öz gözlərinə inanırlar.

Aykakan jamakan” qəzetinin bu xüsusda yazdığına görə, Ermənistanda çox böyük miqdarda qaçaqmalçılıq icazəsi olan imtiyazlı biznesmenlər var. Özü də bu biznesmenlər həbsxanada oturmayıb və indi də bu işlə məşğuldurlar.

Nəşr qeyd edir: “Zəmanət varmı ki, onlar sarımsaq və ya qırmızı turp adıyla pomidor daşımırlar? Dəqiq təsdiqlənəcək yeganə şey onların daha ehtiyatlı olduğu və türk pomidorlarını indi İndoneziya və ya Yaponiya pomidoru adı altında daşımalarıdır. Mənşə haqda sertifikatı qonşu ölkələrdə qondarmaq ən asan işdir”.

Qaçaqmalçılıq faizi olan biznesmenlər hamıya məlumdur, çünki seçkilər vaxtı hakim Ermənistan Respublika Partiyasına zəruri səsləri təmin edir, seçkilərdən sonra qanunsuz müxtəlif əməliyyatlar üçün müxtəlif paylar əldə edirlər.

İqtisadi icmalçı Ayk Gevorqyan hesab edir: “Ermənistanın gömrük sərhədində nəzarətsiz durum yaranıb: qaçaqmal çox böyük miqdarda idxal olunur, büdcə gəlir əldə etmir. Bu gəliri zəmanətə almaq üçün gömrükxana mədaxilini “çətirsiz” idxalatçıların hesabına təmin edirlər. Onların əynindən son köynəklərini də çıxartmağa hazırdırlar. Paralel olaraq monopoliyalı idxalatçıların mallarını qorumaq da gömrükçülərin vəzifəsinə daxildir. Başqa sözlə, bu monopoliyanı qorumaqdan ötrü mümkün hər şeyi edirlər. Bu, ölkənin təhlükəsizliyinə Azərbaycan alması və yaxud türk pomidorundan daha çox təhdid gətirir”.

Bu fonda hökumətin tezliklə yüz milyon dollarla xarici yatırım cəlb edəcəyi haqda inandırmaları gülməli görünür. Yatırımçı başlanğıc üçün bilməlidir ki, onun sağlamlığını heç nə təhdid etmir, bu cür durumda isə Ermənistanda heç kim ərzaq mağazasından və yaxud bazardan təhlükəsizliyin cüzi normalarına uyğun gələn mal aldığına əmin ola bilməz. Azərbaycan alması bir daha təsdiq etdi ki, korrupsiya ilə mübarizə üçün xoş təbəssümlü baş nazir deyil, prezident Serj Sərkisyanda olmayan siyasi iradə gərəkdir.

 

Tərcümə Strateq.az-ındır.