XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2017 - 12:14

“Brexit zənciri”ndə” növbəti halqa:Şimali İrlandiya separatizmə təhrik olunur – Təhlil

Nikita Kovalenko

NG.ru, 02.05.2017


Avropa Birliyi Böyük Britaniyanı qurumdan çıxma qərarına görə mümkün qədər çox təəssüflənməyə vadar etmək cəhdinə can atır.

Növbəti basqı üsulu irland millətçiliyinə dəstək olub ki, bu da həqiqətən Böyük Britaniyanı dağılmaqla təhdid edir. Amma Avropa Birliyi anlamalıdır ki, Avropanın başqa ölkələri də parçalanma təhlükəsi altında qala bilər.

Avropa Birliyi martda təşkilatdan rəsmən çıxma prosesini işə salmış Böyük Britaniyanın ağrılı nöqtələrinə zərbə vurmağa davam edir. Bu dəfə Şimali İrlandiya (Şİ) Brüsselin fokusunda görünür. “Vahid Avropa” ölkələrinin liderləri bildiriblər ki, bölgə Birləşmiş Krallıqdan ayrılsa və İrlandiya Respublikasının (İR) tərkibinə girsə, avtomatik şəkildə AB-yə daxil  ediləcək. Bu cür təşəbbüsü AB sammitində İR baş naziri Enda Kenni irəli sürüb. Əlbəttə, avropalılar qeyd ediblər ki, referendumda öz taleyini müstəqil şəkildə həll etməli olan şimali irlandiyalıların seçim və rəyinə təsir etməyə heç cür cəhd etmirlər. Lakin bu, yalnız Britaniyanın növbəti daxili problemini kəskinləşdirməyə yönəlməyi pərdələməkdə zəif cəhddir. Etnik-siyasi münaqişə Şimali İrlandiyada keçən əsrin 60-cı illərində Böyük Britaniya hökuməti ilə yerli millətçi qurumlar arasında bölgənin statusu üzündən başlanıb. Üsyançılar Şİ-nin Britaniyadan ayrılması və yenidən İrlandiya Respublikasına birləşdirilməyini tələb ediblər. Münaqişə yalnız 1998-ci ildə Belfast sazişinin imzalanması ilə başa çatıb ki, nəticədə Şimali İrlandiya Birləşmiş Krallığın tərkibində qalıb, ancaq özünü idarə əldə edib. Millətçilərin mövqeyi yetərincə güclü qalsa da, yerli parlamentdə əksəriyyəti yunionçular (Şİ-nin Britaniya tərkibində saxlanması tərəfdarları) saxlayıb.

Böyük Britaniyada Avropa Birliyindən çıxmaq haqda referendum keçirildikdən sonra münaqişə yeni nəfəs qazanmağa başlayıb. Şİ əhalisinin əksəriyyəti (56%-i) plebissitdə AB-yə üzvlüyün saxlanmasına səs verib. Tereza Mey hökumətinin Brexit-in dönməzliyinə qətiyyətlə köklənməsi bölgədə “Şinn Feyn” və millətçi-respublikaçı Sosial-Demokratik və fəhlə partiyalarının populyarlığının artmasına şərait yaradıb. Respublikaçılar Şimali İrlandiyann statusu haqda plebissit keçirilməsinin zəruriliyini təkid edirlər ki, Birləşmiş Krallıqdan ayrılıb vahid İrlandiyanın yaradılmasına nail olsunlar. Bu zaman özəl vurğulanır ki, şimali irlandiyalılar ancaq bu cür AB-də qala bilərlər. İrlandiya Respublikası onların bu cür səylərini fəal şəkildə dəstəkləyir.

Europe Insight araşdırma şirkətinin rəhbəri Andrey Kulikov Vzqlyad” qəzetinə bildirib: “Brexit Şimali İrlandiyada millətçilik əhvalının yüksəlişinə ciddi təkan verib. Bütün bu əhvalat dönüşənədək Şİ-də İrlandiya Respublikası ilə birləşmək uğrunda hətta hər hansı referendumun keçirilməsi lehinə çıxış edənlərin faizi nisbətən az idi. İR bu məsələyə əl atmırdı və bölgədə əhvali-ruhiyyə sakit idi”.

AB-yə üzvlük şimali irlandiyalılar üçün olduqca önəmli arqumentdir. İR siyasətçiləri vurğulayırlar ki, mümkün birləşmə adada ümumi ÜDM-in 35,6 milyard avro artmağına səbəb olacaq. Lakin məsələ təkcə iqtisadi mənfəət, Avropa Birliyinin vahid bazarına çıxışın saxlanması, avrodan istifadə və “vahid Avropa” üzrə yer dəyişməkdə deyil. Şİ ilə İrlandiya Respublikası arasındakı sərhəd problemi də mühüm məqamdır. Onu keçmək üçün maneələrin olmaması Belfast sazişinin ən mühüm maddələrindən biriydi. Lakin o, Brexit-dən sonra Böyük Britaniya və AB-nin sərhədi olacaq ki, bu da qaçılmaz şəkildə nəzarətin sərtləşməsini törədəcək.

Şinn Feyn” yerli seçkilərdə uğurlu çıxışdan sonra iki İrlandiyanın birləşdirilməsi üzrə refefendumun keçirilməsi uğrunda kampaniyanı işə salıb. “Şinn Feyn”in lideri Heri Adamsın dediyi kimi, İrlandiyanın bir hissəsi Avropa Birliyində, bir hissəsi isə ondan kənarda olacaqsa, təəccüblü və anlaşılmazdır. Rusiya Xalq təsərrüfatı və dövlət xidməti akademiyasının iqtisadi və sosial elmlər fakültəsinin dekanı Aleksandr ÇiçinVzqlyad” qəzetinə bildirib: “Onların fikrincə, buna görə də referendum keçirmək, birləşmək və Avropa Birliyinin tərkib hissəsi kimi qalmaq lazımdır. Yunionçular (hər şeydən əvvəl yunionçu Demokratik və Olster partiyaları) Britaniya referendumundan sonra İrlandiyanın bölünməyindən bəri 2017-ci il 2 mart parlament seçkilərinin yekunları üzrə hökumət formalaşdırmaq üçün ilk dəfə mandatların böyük əksəriyyətinə nail ola bilməyib. Vahid İrlandiya tərəfdarlarının qeydsiz-şərtsiz üstünlüyü və Şİ-nin Böyük Britaniyanın tərkibindən çıxmağının qaçılmazlığından danışmaq da hələlik tezdir. Partiyalar iyunun 29-a qədər hər hansı koalisiya və kabinet yaratmaq haqda sazişə gəlməyə nail olmasa, onda təkrar seçkilər keçiriləcək. Eyni zamanda Şimali İrlandiya münaqişəsi Belfast sazişi bağlandığı andan bəri ilk dəfə ölgün durumdan çıxıb. Əlbəttə, XX əsrin axan qanlar dönəmlərinə dönüş ehtimalı azıdır. Ancaq siyasi həll mümkündür”.

Bununla bərabər, Şİ yenidən Böyük Britaniya üçün sabitsizlik qaynağı olacaq. Britaniyanın AB-dən çıxmağından narazı olan və 2019-cu ildə bölgənin öz müqəddəratını təyin etməsi haqda referendum keçirməyi planlaşdıran Şotlandiyada separatçıların fəallaşması da bu sabitsizliyi qızışdırır. Şimali İrlandiya respublikaçılarının plebissiti uğurla keçirmək və (lap uzaq perspektivdə olsa da) Şİ-ni vahid İrlandiyanın tərkib hissəsi etmək bacarığını qiymətləndirməməyinə dəyməz. Bundan savayı, erkən parlament seçkiləri və başqa problemlərə qapanmış Tereza Mey hökuməti hələlik hazırlıqsız və bu problemə yüksək diqqət yetirmək istəksizliyi sərgiləyir.

Əlbəttə ki, Avropab Birliyi təmsilçilərinin ifadələri də bu durumda heç də axırıncı rol oynamır. Onlar irland millətçilyinə pərdəli dəstəkdən savayı artı bildirməyə macal tapıblar ki, Şotlandiya Böyük Britaniyadan çıxarsa,  AB-ə maneəsiz qəbul edilməsinə şərait yaratmağa hazırdırlar.

Brüssel həmçinin Hibraltar məsələsini danışıqların gündəliyinə daxil etməyi qət edib və Böyük Britaniyanın dənizarxası ərazisinə çoxdan iddia edən İspaniyaya bu zaman veto hüququ verib. Argentina bu fonda Folklend adaları üzrə Birləşmiş Krallığa iddialar təqdim etmək haqda düşünməyə başlayıb.

Andrey Kulikov qeyd edib: “Böyük Britaniyanı Avropa Birliyinin tərkibində saxlamaq üçün ona yönəlik oyun gedir. Bütün xərclərin hətta əlverişli ssenaridə yeni əldə edilmiş istənilən sazişdən üstünlükləri xeyli yüksəkdir. Buna görə də baş verə biləsi ən yaxşı şey Böyük Britaniyanın AB-dən çıxması prosesinin təxirə salınmağıdır. Özü də Avropa Birliyi bunun xatirinə onların gözündə xeyirxah məqsədə bəraət qazandıran vasitə kimi görünəsi addımlar atmağa hazırdır. Bütün bu məsələlərin (Şotlandiya, Şimali İrlandiya, Hibraltar) həll çətinliyi sanki Böyük Britaniyanı Avropa Birliyinə bağlayır”.

Aleksandr Çiçin qeyd edib: “Avropa Birliyi indi heç vaxt olmadığı qədər Brexit-ə qarşı köklənib – xüsusən də Mereza Meyin şərtləri ilə”.

Avropa Birliyi separatrçı əhvali-ruhiyyəni dəstəkləməklə, həmçinin ərazi mübahisələrini qızışdırmaqla nazik buzun üzərinə çıxır, axı bu cür taktika onun özündə neqativcəsinə səslənə bilər. Bu, ölkələr arasında, İspaniya və Böyük Britaniya halında isə NATO-nun iki dövləti arasında münaqişələr törədir. Hətta bu cür hərəkətlər Avropa Birliyinin özünün  daxilindəki xeyli separatçını yemləyir. Kataloniyada mərkəzdənqaçma əhvalı qüvvə toplayır, İspaniyanın Basklar ölkəsində səngimir, İtaliyanın şimal vilayətlərində çözələnir, Belçikada flanmandlarla vallonlar arasında ciddi ziddiyyətlər qalır, Almaniya Bavariyası və Fransa Korsikası zaman-zaman separatizm qığılcımları sərgiləyir – artıq Balkanlardakı etnik münaqişələri demirik.  

Brüsselin ayrılmış vilayətin AB hüdudlarından kənarda qalacağı haqda hədələri sesessionistlərə (ayrılma tərəfdarları-tərc.) dəstəyin artımını cilovlayan amillərdən biridir. Avropalılar isə Şimali İrlandiya və Şotlandiya üçün istisna etməklə “vahid Avropa” ölkələrinin digər “qiyamçı” bölgələrinin faydalanmağa çalışdığı təhlükəli presedent yaradırlar.

İrlandiyanın birləşdirilməsi mövzusu Kataloniyada separatçılıq əhvalı doğura bilər. Şimali İrlandiya Böyük Britaniya tərkibindən çıxsa, onda Kataloniyanı saxlamaq olmaz, – Aleksandr Çiçin hesab edir. – Zəncirvari reaksiya ola bilər. Sonra Belçikanı – flamandlar və vallonları  və İtaliyanı – “Şimal Liqası”nı nəzərdən keçirmək olar”.

 

Tərcümə Strateq.az-ındır.