XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2017 - 20:55

Rusiyalı ekspert İranın narahatlıq səbəbini açdı:“Azərbaycanda Amerika hərbi bazası meydana çıxa bilər” – TƏHLİL

Sergey Tarasov

REGNUM İA, 03.05.2017

 

İran XİN təmsilçisi Bəhram Qasimi Rusiya, Azərbaycan və Ermənistan xarici siyasət idarələri başçılarının Moskvada baş tutmuş görüşünü şərh edərkən qalmaqallı bənayatla çıxş edib. Onu bir neçə mühakiməyə bölmək olar.

Birincisi. Qasimi bildirib: “Hesab etmək yanlışdır ki, münaqişə bir nəfər və yaxud bir ölkə tərəfindən tənzimlənə bilər”.

Düzdür, bu münaqişə çoxdan beynəlmiləlləşib, həmsədrləri ABŞ, Fransa və Rusiya olan ATƏT Minsk Qrupu (MQ) uzun illər ərzində onun tənzimlənməsi ilə məşğul olub. Rusiya xarici işlər naziri Lavrovun Qarabağ münaqişəsinin “Azərbaycanın daxili işi olmadığı” haqda məşhur ifadəsi də var. Buradan münaqişənin Ermənistanın da daxili işi olmadığını güman etmək məntiqlidir. Danışıqlar prosesi ATƏT MQ-nin hazırladığı və Bakı ilə İrəvanın qəbul etdiyi, Dağlıq Qarabağın referendumdan sonra daimiliyə keçidini nəzərdə tutan aralıq statusu daxil olmaqla məşhur Madrid prinsipləri əsasında gedir.

Minsk Qrupunun həmsədrləri dövri olaraq bölgəyə səfər edir, Azərbaycan və Ermənistan liderləri ilə görüşür, xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində sammitlər təşkil edirlər. ATƏT MQ-nin rəsmi səviyyədə daha çox taktiki yanaşma ilə bağlı bütün təşəbbüsləri uzlaşdırılmış şəkildə səsləndirilir. Bu və ya digər ölkənin münaqişə tərəfləri ilə dialoqda konkret ssenarinin hazırlanmasını öz üzərinə götürdüyü durumlar da var, amma bu cür proses həmişə MQ formatında gedir – Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada bu yaxınlardakı görüşü də bunu göstərdi.

Azərbaycan mətbuatının bir zamanlar hansısa “Lavrov planı”nın varlığı mövzusunu çözələdiyi, Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun isə Moskvanı (təkcə onu deyil) “Qarabağ münaqişəsinin tənzimlənməsinə daha fəal şəkildə cəlb olunmağa” çağırdığı nəzərə alınmasa, Qasiminin “münaqişə bir nəfər və yaxud bir ölkə tərəfindən tənzimlənə bilməz” haqda sözləri sanki havadan asılı qalır.

Deməli, İran diplomatı birinci növbədə Azərbaycan diplomatiyasının ünvanına eyham vurub.

İkinci hissə. Qasimi deyir: “Xalqın rolunu nəzərə almadan Dağlıq Qarabağ probleminin həlli mümkün deyil. Bu problemin həllində xalqın rolu həlledici olacaq”.

Bəyanatın bu hissəsini konkret geopolitik kontekstdə həm dar, həm də geniş mənada qəbul etmək olar. Dar mənada – İran-Azərbaycan-Ermənistan üçbucağındakı qarşılıqlı münasibətlər və Tehranın Dağlıq Qarabağ problematikasına münasibəti. Axı İran prezidenti Həsən Ruhani hələ bu yaxınlarda Tehranda Azərbaycan prezidenti İlham Əliyevi qəbul edərək deyirdi ki, Tehran “Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib”. Hazırda isə İran siyasətində vurğunun bir qədər yer dəyişdiyi göz qabağındadır. Bu manevrin səbəblərinin ciddi araşdırmaya ehtiyacı var.

Rusiya EA Şərqşünaslıq İnstitutu Yaxın və Orta Şərq ölkələrini araşdırma Mərkəzinin baş elmi əməkdaşı, tarix elmləri namizədi Lana Ravəndi-Fədainin fikrincə, bu, Bakının İsrail və ABŞ-la sıx dostluğuna Tehranın reaksiyası, İranın əndişəsi ola bilər ki, Azərbaycanda Amerika hərbi bazası meydana çıxa bilər. Həmçinin Qərb İran və Azərbaycanın ümumi tarixi kartını türk milli təməlində birləşdirici amil qismində öz marağında oynada bilər. Dağlıq Qarabağ münaqişəsində Bakı ilə qarşıdurmada Tehranın qonşu Ermənistana dəstəyi buradandır.  

Eyni zamanda bu, bizi qaçılmaz şəkildə Qasiminin çıxışının bu hissəsinin geniş mənada şərhinə aparır.

Hər şeydən əvvəl qeyd edək ki, dövlətin ərazi bütövlüyü prinsipi ilə öz müqəddəratını təyinetmə prinsipi arasında heç bir ziddiyyət yoxdur.

Birincisi, öz müqəddəratını təyinetmə hüququ əlavə heç bir “tanıma” tələb etmir, çünki özlüyündə çoxdan qəbul edilib və BMT Nizamnaməsi və insan haqları üzrə paktlarda təsbit olunub.

İkincisi, xalqın öz müqəddəratını təyin etmə hüququ hansısa bir siyasi prinsip deyil, BMT Nizamnaməsində olmayan ərazi bütövlüyü prinsipindən güclü şəkildə fərqlənən beynəlxalq hüquq normasıdır.

Həm də ATƏT-in bu prinsipin dürüst şəkildə ifadə edildiyi təməl sənədləri, Helsinki Yekun aktı hüquqi sənədlər deyil, siyasi önəmi olan, lakin məcburi normaları ehtiva etməyən bəyannamələrdir. Belə ki, İran diplomatı beynəlxalq hüququn özlüyündə aralarında heç bir münaqişə olmayası bərabərsəviyyəli və müxtəlif xarakterli institutlarını göstərib. Çünki biri – öz müqəddəratını təyin etmə hüququ – dövlətin bir hissəsi ilə tamı arasındak münasibətlərdə gerçəkləşdirilir. İkinci isə – ərazi bütövlüyü prinsipi – dövlətlərin bir-birinin ərazisinə iddia etməmək öhdəlikləri ilə bağlıdır. Problem isə bundadır ki, Tehran Böyük Yaxın Şərqin coğrafiyası baxımından nə qədər uzağa getmək niyyətindədir və “xalqın rolu” prinsipini yaymaq fikrindədirmi və yaxud söhbəti yalnız biri də Dağlıq Qarabağ münaqişəsi olan lokal variantlar barədə aparmaq olar.

İran müdafiə naziri bu günlərdə Dağlıq Qafrabağ münaqişəsini dinc yolla tənzimləməyə çağıraraq ümidini ifadə edib ki, “Azərbaycan və Ermənistan üçüncü tərəfin münaqişəyə qarışmağına imkan verməyəcək, bu, ancaq onun ağırlaşmasına səbəb ola bilər”.

Lakin Tehran özündən və Rusiyadan savayı üçüncü ölkə deyəndə kimi nəzərdə turur? Xatırladaq ki, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşdığı ərazilər XIX əsrin başlanğıcına qədər İran imperiyasının tərkibinə daxil idi. Sonradan Rusiyaya keçib, SSRİ vaxtında isə Cənubi Qafqazda Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik elan etmiş eyniadlı üç sosialist respublikası var idi. Belə ki, indiki Zaqafqaziya məhz İranla Rusiyanın tarixi maraq zonasına daxildir. Bakının müttəfiqi Türkiyə daxil olmaqla qalan ölkələri məhz “üçüncü ölkələr” saymaq olar.

Bir vaxtlar fikir var idi ki, “Rusiya, Türkiyə və İranın iştirakı ilə format Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində nəticəli ola bilərdi”.

Bəs indi? Avstriyanın Lüdviq Boltsman adına Müharibələrin nəticələrinin araşdırılması İnstitutunun elmi əməkdaşı Kristof Benedikterin “Die Presse” nəşrində yazdığı kimi, “Qərb ölkələrinin münaqişənin həlli üçün hər iki tərəfin maraqlarının nəzərə alındığı şəkildə həllinə nail olmaqda, demək olar, heç bir rıçağı yoxdur”. Həm də “problem məhz Qərb demokratik perspektivləri üzündən ənənəvi həll modellərinin tətbiq olunmaması ilə mürəkkəbləşir”.

Beləliklə, istisna olunmur ki, İran XİN təmsilçisi öz bəyanatı ilə zondaj şarı göndərib və bunun ardınca İranın bütövlükdə şimal, xüsusən də Cənubi Qafqaz istiqamətindəki siyasətində ciddi dəyişikliklər gələ bilər.

Gözləyəcəyik.

 

Tərcümə Strateq.az-ındır.