XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2017 - 10:25

Bir-biriylə kişi kimi danışa bilən iki liderin görüşü:kim nə qazandı? – TƏHLİL

İrina Alksnis

vz.ru, 03.05.2017

 

Ərdoğan iki ay ərzində ikinci dəfə Rusiyaya gəlib. Yüksək səviyybilən iədə görüşün nəticələri Angel Merkellə bu ərəfədə baş tutmuş danışıqlardan daha məhsuldar olub. Türkiyəni Suriya və yenə də Suriya narahat edir və şübhəsiz, sazişlər əldə olunub. Lakin Rusiya bir sıra mühüm məsələlərin həllinə nail olub. Suriya hərbi kampaniyası gözlənilməz nəticələr gətirir.

 

“Kişi” münasibəti

 

Ən yüksək səviyyəli görüşlərdə ən  kiçik detallar müşahidəçilərin davamlı   diqqətinə səbəb olur – kim harada durmuşdu, kim nə dedi. Hər şey – üzlərin ifadəsi, intonasiya, bədənin dili ədalətsiz təhlilə məruz qalır. Türkiyə prezidentinin Rusiyaya növbəti səfəri bununla bağlı xüsusi maraq doğurur, çünki tam mənasilə Almaniya kansleri Angela Merkelin Soçidə Rusiya rəhbərliyi ilə təmasının növbəti günü baş tutub. Bu, arzu edənlərin hamısına müqayisə üçün geniş material verib və tutuşdurmağa nəsə var. Yüksək səviyyəli görüşün təşkilinin xeyli detallarının formal üst-üstə düşməsi ölkələr və liderləri arasındakı münasibətlərin təbiəti və müxtəlif xarakterini yalnız gözə çarpdırırdı.

Merkellə Putinin danışıqları yekunda təəssürat buraxıb ki, tərəflər tamamilə müxtəlif dillərdə danışır, bu üzdən mövcud fikir ayrılıqları münasibətləri tam mənasilə dalana aparıb.

Ərdoğanla məsələ birbaşa əks vəziyyətdədir. Görüşün parlaq illüstrasiyası – elə, əslində, bütünlükdə Rusiya-Türkiyə münasibətlərinin – Putinin bütün danışıqlara ton verən və Türkiyə prezidentinə sərbəst şəkildə “sən”lə müraciət etdiyi epizod olub. Rusiya və Türkiyə bütün ziddiyyətlər yumağı, münaqişə və mübahisələrlə yanaşı bir dildə danışır və bir-birini başa düşür. Hətta Putin öz müraciəti ilə qeyd edib ki, Ərdoğanla sadə şəkildə, “kişi kimi”, eyhamsız və diplomatik biclik olmadan, hətta ola bilsin, “güc” fəndlərinə əl ataraq danışırlar.

Bu, dostluq deyil. Bu, normal, hətta demək olar ki, əməkdaşlığa məhkum edilmiş geopolitik rəqib qonşuların sağlam qarşılıqlı fəaliyyətidir. Eyni zamanda Putinin Ərdoğana müraciətdəki “sən”ində daha bir aşkar mətnaltı var idi – ikitərəfli münasibətlərdə onun (və nəticə kimi Rusiyanın) üstünlük təşkil etdiyi iyerarxiyann vurğulanması. Vladimir Putinin bu yaxınlardakı uğurlu konstitusiya islahatı ilə bağlı təbrik və “daxili siyasi durumun tədricən bərpa olunacağı”na ümid qismində buraxdığı “sancaq” da elə buna xidmət edib. Bu, şəffaf eyham idi ki, Türkiyə prezidentinin  daxili-siyasi durumu olduqca qəlizdir və xarici siyasət idddialarını – o cümlədən, Suriyada – yeridərkən bu amili nəzərə almalıdır.

Burası da var ki, Rusiyanın üstün mövqeyi sözsüz də aydın idi. Türkiyə prezidentinin özü mətbuat konfransının gedişində qeyd edib ki, bu, onun iki ay ərzində Rusiyaya ikinci səfəridir. Səfərlərin bu cür sıxlığı onun Moskvaya marağını birmənalı şəkildə işarə edir.

 

Əsas mövzu

 

Ərdoğanın rus atalar sözünü misal gətirməyi peyğəmbərcəsinə çıxıb – xüsusən birinci hissəsi.

Rusiya prezidenti mətbuat konfransındakı çıxışının gedişində əsas diqqəti ikitərəfli münasibətlərə ayırıb: ticarət maneələrinin götürülməsi, köçürmələrin milli valyutalara keçməyi, Rusiya turistlərinin təhlükəsizliyi, “Akkuyu” AES-in inşası və s.

Türkiyə liderinin çıxışı, demək olar, tamamilə Suriya böhranına həsr olunmuşdu. O, bu mövzuda o qədər çox, təfərrüatlı və təkrar-təkrar danışırdı ki, onun doğrudan da “ağırdığına” heç bir şübhə qalmırdı.

Bununla belə, Ərdoğanın Soçiyə səfəri, BMT-nin Suriya üzrə özəl təmsilçisi Steffan de Misturanın sözlərinə görə, Astana danışıqlarında “ciddi tərəqqi” ilə üst-üstə düşüb.

Soçi mətbuat konfransında iki liderin üç saatlıq danışıqlarından sonra gəlmək mümkün olan ümumi rəy səsləndirilib. Hərbi aviasiyanın da hərəkət etməyəcəyi təhlükəsizlik zonasının yaradılması xüsusunda razılaşma əsas məsələ olub. Bu, mahiyyətcə, hər şeyə əsasən, Rusiya, ABŞ və Türkiyə arasında Suriya üzrə əldə edilmiş kürəsəl sövdələşməyə dəlalət edən qalmaqallı bəyanatdır.

Bu, açıq şəkildə Astana danışıqlarının yekunu üzrə SƏR-də dörd təhlükəsizlik zonasının yaradılması haqda sənəd imzalanacağına ümidini ifadə edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyanatı ilə üst-üstə düşüb.

Hər şeyə görə, gələcək böyük yeniliklərə eyham vuran de Mistura məhz bu sazişin elan ediləcəyini deyib.

Bununla belə, Vladimir Putin Rusiya hərbi aviasiyasının bu zonalarda heç bir hərbi fəallığın müşahidə edilməyəcəyi şərtlə bu təhlükəsizlik zonalarında işləməyəcəyini bildirməklə sığortalanıb.

 

Xülasə edilmiş fikirlərin dəqiqliyi

 

Rusiya prezidentinin  son dərəcə səliqəli ritorikası hətta Türkiyə təmsilçilərinin bəzi incikliklərinə səbəb olub. Türkiyə jurnalisti xatırladıb ki, Putin Ərdoğanla keçən görüşdən sonra türk biznesmen və mütəxəssislər üçün vizanın liberallaşdırılacağını vəd edib. Bu, Türkiyə biznesi üçün olduqca mühüm mövzudur, buna görə də Rusiya-Türkiyə təmaslarında dalbadal üzə çıxır. Lakin keçən həftə bu məsələdə Rusiya tərəfdən heç bir dəyişiklik baş verməyib.

Putin pərdəli ifadə olunan qınağı cavablandırıb ki, “biz həmişə dəqiq və aydın danışırıq. Bizdə başqa cür fikir biçimi olmur”. Amma məsələnin mahiyyəti üzrə növbəti dəfə geniş, vizaların liberallaşdırılmasını istisna etmədiyi, lakin qəti heç bir vəd etmədiyi cavabı verib.

Keçən dəfəki kimi.

 

Quru qalıq

 

Danışıqların gedişində başlıca Suriya mövzusunda – hər halda Türkiyə lideri üçün – növbəti konkret sazişlər əldə olunub:

1. Ticarət məhdudiyyətləri qarşılıqlı şəkildə götürülüb. Rusiya üçün ən önəmlisi Rusiya taxılının Türkiyəyə tədarükündə maneələrin ləğvidir.

2. Rusiya əvvəlki bənddən Türkiyə pomidorunun tədarükünə yasağın istisnasına nail olub – həm də ölkə istehsalçılarının müdafiəsi üçün təsirli izahatla. Embarqo üç-beş il müddətində saxlanacaq.

3. “Росавиация” öz tərəfindən Türkiyəyə çarterlərin mümkün  məhdudlaşdırılması haqda son həftələr bu ölkənin kurort mövsümü üzərindən "Domokl qılıncı" kimi asılmış xəbərdarlığını geri çağıracaq. Danışıqların nəticələrinə baxanda, bu, türkiyəli tərəfdaşlara son dərəcə effektli basqı aləti olub.

Görünür, Suriya hərbi kampaniyası Rusiya üçün sadəcə ən mühüm geopolitik oyunçu qismində beynəlxalq arenaya qayıtmaq üsulu olmayıb. Rusiya ABŞ-ın çoxdankı strategiyasını uğurla mənimsəyir – böyük geopolitik oyunlar milli iqtisadiyyata yardım üsulu olur və ən inadcıl, hiyləgər və qəfil qonşuları daha üzüyola edir.

 

Tərcümə Strateq.az-ındır.