XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2017 - 17:23

Türkiyə Ərdoğanın səfəri öncəsi ABŞ-ı hədəldi:“Əsgərləriniz raket zərbəsinin qurbanı ola bilər”

Türkiyə əsgəri Suriyada atəş xəttində

 

Pol Makliri

Foreign Policy (ABŞ), 04.05.2017

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın yüksəkçinli köməkçisi çərşənbə günü eyham vurub ki, Suriyanın şimalındakı Amerika xüsusi təyinatlıları Türkiyə sərhədində kürd döyüşçüləri ilə işi davam etdirsələr, türk raketləri üçün hədəfə çevrilə bilərlər. Özü də Ərdoğanın baş siyasi müşaviri İlnur Çevik Türkiyə lideri Rusiya prezidenti Vladimir Putinlə Suriyada zorakılığı dayandırmağa nəzərdə tutulmuş “təhlükəsizlik zonaları” yaradılması üzrə planları müzakirə edərək danışıqlar apardığı gün çıxış edib. Ərdoğan iki həftədən sonra isə Donald Trampla ilk dəfə görüşəcəyi Vaşinqtona səfər edəcək.  

Çevik radioya müsahibə verərək deyib ki, kürdlər və amerikalılar birgə işi davam etdirsə, “orada Amerika zirehli maşınlarının olduğu vəziyyəti nəzərə almayacağıq… Onlar qəflətən və tamamilə təsadüfən raket zərbəsindən ziyan çəkə bilər”.

NATO üzrə müttəfiq tərəfindən Amerika qoşunlarına qarşı qüvvə tətbiq etməyə pərdəli təhdidlər göstərir ki, ABŞ-ın Suriyada vətəndaş müharibəsinə müdaxiləsi nə qədər riskli və dolaşıq olub. Bu, Vaşinqtonla Ankara arasndakı 2016-cı ildə Türkiyədə baş tutmamış dövlət çevrilişindən sonra onsuz da gərginləşmiş münasibətləri daha da zəhərləyə bilər.

Amerika xüsusi təyinatlı qoşunları Suriyanın şimalındakı kürd rayonlarında olduqca hiss olunacaq dərəcədə iştirak edirlər. Onları əvvəlcə Türkiyənin dəstəklədiyi ərəb yaraqlılarının təhdid etdikləri Mənbic şəhərində görüblər. İstirahət günləri Qamışlı şəhərində Türkiyənin Amerika dəstəyindən yararlanan kürd yaraqlılarına keçən həftə aviazərbələr endirərək 18 könüllünü öldürdüyü yerdən keçən Amerika qoşunlarının yeni fotoşəkilləri ortalığa çıxıb.

Amerika hərbi gücünün nümayişi açıq şəkildə xatırlatma oldu ki, Birləşmiş Ştatlar “Suriya Demokratik Qüvvələri”nin əksərini təşkil edən kürdlərə dəstək verir. Bu koalisiya hazırda yerli döyüşçülərdən ibarət 50 minlik heyətlə İŞİD-in qalası Raqqa şəhərinə hücum edir. Amerika hərbi komandanlığı bildirir ki, kürdlər Suriyada İŞİD döyüşçüləri üzərində qələbə çalmağa layiq yeganə bacarıqlı qüvvədirlər.

Ankara Birləşmiş Ştatların Suriyanın şimalında Türkiyənin terrorçu qruplaşmalar adlandırdığı Kürd Xalq Özünümüdafiə dəstələri ilə münasibət saxlamağı davam etdirdiyindən güclü narahatlıq keçirir. Durumu bu vəziyyət daha da gərginləşdirir ki, Rusiya da qoşunlarının bir hissəsini Suriyanın şimalına atıb, həmçinin yerli kürdlərlə hansısa saziş bağlayıb.  

Hərbi koalisiyanın Suriya və İraqdakı rəsmi təmsilçisi polkovnik Con Dorrian bildirib ki, amerikalıları Suriyann şimalına sadə bir səbəbə görə göndəriblər. O deyib: “Biz türk qoşunları ilə bizim tərəfdaşlarımız arasında toqquşmalar haqda eşitdik. Buna görə də bundan sonra hansı addımlar atmaq lazım gəldiyini qət etmək üçün Amerika komandanlığının özü bu məlumatları dəyərləndirmək qərarına gəlib”.

Bu arada Tramp və Putin telefonda Suriya üzrə danışaraq “hərbi əməliyyatlaırn dayandırlmasına imkan verən variant axtarmağa, buna dayanıqlıq və nəzarət edilənlik verməyə” razılaşıblar. Bu haqda Kremlin vebsaytında məlumat verilib.

Putin Ərdoğanla Rusiyanın kurort şəhəri Soçidə çərşənbə günü görüşdən sonra Suriyada yeni tədbirlər haqda israr etməyə başlayıb, “təhlükəsizlik zonaları” yaratmağa çağırıb və bildirib ki, bu məsələni Trampla müzakirə edib. Ağ Evin telefon danışığı haqda məlumatında diskussiyanın bu hissəsi xatırladılmır.

Putinin sözlərinə görə, Suriyanın qərb hissəsində dörd konkret rayon “uçuşsuz” zona olacaq, lakin hazırda İŞİD və “Əl-Qaidə”yə qarşı hərbi əməliyyatlar aparılan ərazilər bura daxil olmayacaq. Bu təkliflər Qazaxıstanda mötədil Suriya müxalifəti, Suriya rejimi, Rusiya, Türkiyə, İran arasındakı sülh danışıqlarında heç nəyə gətirib çıxarmayıb. Suriya hökuməti xəstəxana və mülki obyektlərə zərbəni davam etdirdiyindən, İran isə bu müharibədə öz rolunu oynadığından Suriya müxalifətinin təmsilçiləri çərşənbə günü danışıqları tərk edib. 

Müxalifətin bəyanatında deyilir: “İran təcavüzkar dövlət və Suriya xalqının düşmənidir. Bu, problemin tərkib bhissəsidir və biz Suriyanın gələcəyi haqda danışıqlarda onun zamin və yaxud sponsor qismində iştirakına razı deyilik”.

Birləşmiş Ştatlar bu danışıqlarda müşahidəçi kimi çıxış edir, onu isə dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin vəzifəsini icra edən Stüart Cons təmsil edir. Dövlət Departamentinin məmuru “Foreign Policy”-ə təsdiq edib ki, Cons çərşənbə günü “Suriya rejimi və iranlılar istisna olmaqla danışıqların bütün iştirakçıları ilə görüşüb”.

Rusiya ümidini ifadə edib ki, hər halda cümə axşamı atəşkəs haqda memorandum imzalamaq mümkün olacaq və müxalifət təmsilçiləri danışqılar masasının arxasına qayıdacaqlar.

Lakin bu saziş hətta imzalanacaqsa da, hesab etməyə özəl əsas yoxdur ki, əvvəlki uğursuz barışıqlardan daha effektli olacaq. Xüsusən də Suriya aviasiyasını mülki əhalini bombardman etməkdən saxlamağa heç bir konkret imkan yoxdur.

Barışığın davamlı olacağına inamaqda insanların heç bir gerçək əsası yoxdur, – Yaxın Şərq İnstitutunun baş elmi işçisi Çarlz Lister deyir. – Bu, müstəsna şəkildə inama əsaslanan növbəti sazişdir. Yerlərdə isə vuruşan tərəflər arasında inam yoxdur”.

 

Tərcümə Strateq.az-ındır.