Peter Dikinson
“Atlantic Council”
Aprel ayında Kremlin rus müxalifətinin nominal rəhbəri Aleksey Navalnıya qarşı böyük böhtan kampaniyası başlamağı planlaşdırdığına dair məlumat yayıldı. Bir neçə gün sonra YouTube-da bahalı, anonim mənbəli videoçarx ortaya çıxdı. Bu videohücumda Navalnı Adolf Hitlerlə müqayisə edilirdi.
Rusiyanın hakimiyyət orqanları həmin video ilə hər hansı əlaqəni inkar edirdi, lakin onlara inananların sayı bir əldəki barmaqların sayı qədər idi. Axı opponentləri faşist kimi damğalamaq Kremlin köhnə “ticari” taktikasıdır və bundan onilliklə istifadə olunur.
Kreml rəsmiləri soyuq müharibə dövründən bəri istənilən müxalifətə qarşı faşist kartından həvəslə istifadə edirlər. 1956-cı ildə macarlar sovet işğalına qarşı üsyan etdikdə, Moskva öz tanklarını oraya göndərməzdən əvvəl üsyana "faşist üsyanı" markası vurdu. 1968-ci ildə "Praqa baharı" da eyni cür damğalandı. Kommunist Partiyasının rəsmiləri hətta Berlin divarını “antifaşist müdafiə divarı” adlandırmışdı.
Bu tendensiya Sovet İttifaqının dağılmasından sonra da davam edir. 2007-ci ildə Estoniya Tallinn şəhərinin mərkəzindən II Dünya müharibəsində iştirak etmiş sovet qoşunlarının şərəfinə ucaldılmış abidəni götürmək istədikdə, Kremlin mediası Estoniyanın etnik rus əhalisi arasında iğtişaşlar qığılcımı səpərək "faşist Estoniya"nın ünvanına qəzəb yağdırdı. Bir neçə gün sonra Rusiya kiçik Baltik dövlətinə qarşı dünyada ilk tammiqyaslı kiber müharibəyə başladı. Etnik rus azlığını oyatmaq üçün nəzərdə tutulan nasist motivləri ilə yanaşı, dezinformasiya və kiber elementlər olan bu hibrid hücum gələcək hadisələrin uğursuz xəbərçisi idi.
Faşizmə dair Kremlin ən qəbih ittihamları ənənəvi olaraq Ukrayna üçün nəzərdə tutulurdu. O, 2013-cü ildə Avromaydan etirazlarının mənfi rus işıqlandırılması ilə başlamayıb. İkinci Dünya müharibəsindən bu yana Moskva Ukraynanın müstəqillik hərəkatını nasist Almaniyasından faktiki olaraq ayrılmaz təsvir edib. Bu səylərdə, adətən, SSRİ-nin Hitlerlə 1939-41-ci illər ittifaqını açıb-ağartmadan, müxtəlif Ukrayna müstəqillik hərəkatı liderlərinin müharibə dövründə nasistlərlə əməkdaşlığı vurğulanıb.
Postsovet dövründə Kremlin KİV-ləri hələ 2004-cü ildə “Ukrayna faşistləri” ibarəsindən fəal istifadə edirdi. Ukraynanı Avropa Birliyinə yaxınlaşdırmağı vəd edən Viktor Yuşşenko həmin vaxt islahatçı bileti ilə prezidentlik qatarına minməyə çalışırdı. "Faşist Ukrayna" mövzusu o zamandan Rusiya təbliğatının çoxişlək ifadəsidir. Avromaydanı gözdən salmaq, Krım və Ukraynanın şərq hissəsinin Rusiya tərəfindən işğalına haqq qazandırmaq üçün Kremlin səylərinin məhək daşı kimi, 2013-14-cü illərdə o, yenidən qabardılıb. Nə növbəti post-Avromaydan seçkilərində Ukraynanın sağçı siyasi partiyaların zəlil çatışmazlığı, nə də yəhudi baş nazir təyinatı bu təhqirləri dayandırmağa yetərli olmadı. Rusiyanın dost və müttəfiqi itirməsinə sadəcə başqa heç bir izah yoxdur.
Niyə Kremlin faşistlərə fantom bağlığı var?
Bu, seçimdən daha çox zərurət ola bilər. Qlobal hakimiyyət uğrunda fikir savaşında Rusiya faktiki olaraq silahsızdır. Demokratik ölkələrin hüquq və azadlıqlarına qarşı onun heç bir aydın ideologiyası yoxdur. Yüksək yaşayış standartları, daha böyük uzunömürlülük və Qərb modelinin təklif etdiyi daha yüksək mühafizəyə qarşı cavabın yeri sadəcə boşdur. Faşist kartı oynayaraq və II Dünya müharibəsinin kabuslarını oyadaraq, Kreml daxili auditoriyanı bu gözdeşən çatışmazlıqlardan yayındırmağa və mənəvi yüksəkliyə iddia etməyə çalışır.
Bütün yaş kateqoriyalarında rusların buna müqavimət çətindir, yanaşma fərqlidir. Sovet İttifaqının Hitlerə qarşı mübarizəsi və onu II Dünya müharibəsində iyirmi yeddi milyon nəfər itki vermiş dövlətin varisi kimi görmə bugünkü ruslar üçün həssas, hissiyyatlı mövzudur.
Putin bu rus həssaslıqlardan məharətlə istifadə etdi. O, hər il keçirilən Qələbə Bayramı tədbirlərini Kremlin təqvimində mərkəzi tarix edib, Qızıl Ordunun nasist Almaniyası üzərində qələbəsini müasir rus dövlətinin təməl mifinə çevirib.
Həlak olmuş yoldaşlarına və itirilmiş yaxınlarına həsr olunmuş “qara bayram” – Qələbə Günü ifrat şovinist mövsümə çevrilir, sovet dövründə görüldüyündən, hətta onu üstələyən yarıdini milli mərasim olur.
Müasir Rusiyanın çatışmazlıqlarını ört-basdır etmək kimi, nazist Almaniyasının məğlubiyyətinə diqqət çəkməklə, Stalin rejiminin dəhşətləri, tez-tez uğurlu müharibə səyinin zəruri prelüdləri kimi silinən insanlığa qarşı sovet cinayətləri də kölgədə saxlanılır. Bu barədə istənilən sorğu-sual bidət sayılır. Bu müqəddəs status II Dünya müharibəsini Kremlin əleyhdarı olan müxaliflərə qarşı bənzərsiz güclü təbliğat silahına çevirir. Həmin çərçivədə, Qızıl Ordunu öymə və faşistlər kimi bütün opponentləri iblisləşdirilmə – eyni sikkənin iki üzüdür.
"Faşist"lərə rəğbət Hitleri məhv etmək üçün canlarından keçənlərin ruhunu təhqir etməkdir. Bu, sadəcə cinayət deyil, günahdır.
Bu, əlbəttə, səmərəli dəlil deyil, lakin Kremlin media maşını tam gücü ilə işləyərkən, emosional partlayıcıdır.
Həmin emosional şantaj formasının, nəhayət, öz gücünü itirə biləcəyini bəzi əlamətlər var. Məsələn, Navalnıya qarşı videohücumla başlayan istehza xorundan bir neçə gün sonra o, YouTube-dan itdi. O, gənc ruslara təsir edə bilmədi.
Buna baxmayaraq, Rusiyanın "faşizmin zirvəsi"nə çatdığını bəyan eləmək hələ tezdir. Kremlin, II Dünya müharibəsi kimi, eyni qaydada daxili auditoriyaya enerji verə biləcək heç bir alternativ mesajı yoxdur. Son milli nailiyyətləri olmadıqda, Hitlerin məğlubiyyəti, deyəsən, yaxın gələcəkdə putinist dövlətin bələdçisi qismində qalacaq.
Nəticədə, Rusiyanın ictimai fikri, onların ölkəsi müasir dünya ilə rəqabət apara bilməyənə qədər, fantom – kabus faşistləri təqib etməyə məhkum görünür.
Tərcümə: Strateq.az