XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2017 - 11:23

İsrail hərbi kəşfiyyatının “sözçüsü”:Astana memorandumu sayəsində İran birbaşa İsrail sərhədinə çıxır - TƏHLİL

Debka.com (İsrail)

 

İki prezident – Donald Tramp Vladimir Putin arasında son telefon danışığı barədə xəbər Yerusəlimə çatdıqda, İsrail ciddi narahat oldu. Bu söhbətdə Tramp özünün "təhlükəsiz zonalar" təklifi əvəzinə, Suriyada "hərbisizləşdirilən zonalar" yaradılmasına dair Putin planını nəzərdən keçirməyi qəbul etdi. 

Rusiya prezidentinin planına monitorinq keçirilməsi üçün Suriya-İsrail sərhədində yerləşən zonaya İran zabitlərinin yerləşdirilməsi daxildir.

Prezident Tramp söhbəti "çox yaxşı" deyə səciyyələndirib.

Təklif olunan dörd "hərbisizləşdirilən zona" bu ünvanlarda yerləşəcək:

1. Şimal-qərbdəki İdlib vilayətindən Türkiyə sərhədinə qədər;

2. Hums mərkəzi vilayəti (keçən ay ABŞ "Tomahawks"larının zərbə endirdiyi Əl-Şəyrat hərbi hava bazası orada yerləşir);

3. Dəməşqin Şərqi Qutadakı şəhərətrafı (böyük hərbi aerodrom bu ərazidədir);

4. Suriyanın İordaniya sərhədləri boyunca cənub bölgəsi.

Rusiya prezidenti izah etdi ki, zamin ölkələr, yəni Rusiya, Türkiyə və İran hərbsizləşdirilən zonalar üçün monitorlar-nəzarətçilər təyin edəcək.

"DEBKAfile"-ın hərbi və kəşfiyyat mənbələri bildirir ki, İranın fəal iştirakına baxmayaraq, prezident Trampın Putinin planına dəstək verməsi İsraildə dərin narahatlıq yaradıb.

Tramp hətta Astanada Suriya hökuməti və müxalifət arasında Suriya üzrə sülh danışıqlarının dördüncü turuna ilk dəfə ABŞ rəsmisini göndərməyə belə hazır idi və belə də etdi. Baxmayaraq ki, bu proses Rusiya, Türkiyə və İran tərəfindən birgə maliyyələşdirilir.

Dövlət katibinin köməkçisi Styuart Cons müşahidəçi kimi Qazaxıstanın paytaxtında keçirilən iclasda iştirak etməyə göndərildi, bununla da Astanada səfir səviyyəli təmsilçiliyin həddi qaldırıldı.

Bu, bir sıra səbəblərə görə İsrailin narazılığını doğurdu:

a) yeni zonalara təhkim edilmiş İran müşahidəçiləri düz İsrail sərhədi qarşısında olacaq. Vaşinqton və Moskvaya isə İsrail hökumətinin onun sərhədində İran hərbçilərinin varlığına dəstək verməyəcəyinin səbəbini anlamaq gücündə deyil.

b) İsrail, həmçinin Suriya ilə sərhədində Rusiya və Türkiyə ofislərinin mümkün yerləşdirilməsinə də inamsız yanaşır.

c) Dəməşqin şərq hissəsinin qorunan zona elan edilməsi Suriya vasitəsilə İranın ("Hizbullah" üçün nəzərdə tutulan) müasir silahların hava daşımaları əleyhinə İsrailin hava əməliyyatlarına mane olur. İranın tam mühafizəsi altında bu daşımalar yenidən bərpa oluna bilər.

ç) Fələstin lideri Mahmud Abbasın çərşənbə günü Ağ Evə təşrif gətirməsinə qədər milli təhlükəsizlik müşaviri H.R. MakMasterin prezident Trampın xarici siyasətdə yanaşmalarına dair bəyanatları da İsraildə bəzi narahatlıqlar doğurdu.

"Prezident ifrat səbirli adam deyil, – MakMaster dedi. – Onun doktrinanı müzakirə etməyə vaxtı yoxdur. Bunun əvəzinə, o, əsl biznesmen kimi nəticənin yoxluğu yönümlü yanaşma ilə keçmiş administrasiyanın siyasətinə etiraz etməyə çalışır".

Bəla ondadır ki, Suriya münaqişəsi və İsrailin təhlükəsizliyi kimi Yaxın Şərq məsələləri səbr tələb edir və həm də nəticə əldə etməyə tələsən bir biznesmenin yanaşmasından daha çox. Çünki əks halda, İranın hərbi mövcudluğu – bu isə İsraillə sərhədə çox yaxın və onun üçün təhlükəlidir – potensial olaraq fəlakətli nəticələrə gətirib çıxara bilər. 

 

Tərcümə: Strateq.az

 

"Strateq"dən arayış: "Debka.com" ("DEBKAfile") – İsrailin hərbi kəşfiyyat mənbələrinə bağlı və bu sahədə ixtisaslaşmış saytdır.