Stanislav Tarasov
Regnum İA, 06.05.2017
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr üzrə şöbə müdiri Novruz Məmmədov Rusiya, Azərbaycan və Ermənistan xarici siyasət idarələri başçılarının Dağlıq Qarabağ münaqişəsi problemlərinin tənzimlənməsi üzrə Moskva görüşündən sonra maraq oyadan bəyanatla çıxış edib. Onun sözlərinə görə, “Azərbaycan və Rusiya tərəfdən müəyyən təzyiqlərə baxmayaraq, Ermənistan hələ də öz mövqeyini dəyişmək istəmir”.
Xatırladaq ki, üç nazirin görüşünün yekunları üzrə Rusiya XİN-in məlumatında 2016-cı ilin may və iyununda Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş sazişlərin icrasının gərəkdiyi vurğulanıb. Düzdür, Bakının imzalamadığı bu sazişlər münqaişə tərəflərinin təmas xəttində monitorinq sisteminin yaradılması və orada beynəlxalq müşahidəçilərin varlığını nəzərdə tutur. Buna görə də Məmmədovun bəyanatı məntiqsiz görünür. Əgər ümumiyyətlə hər hansı təzyiqdən danışılsa, onda bu, daha çox yuxarıda xatırladılan sazişlərə tərəfdarlığını bildirən, Azərbaycana təzyiq edə bilən Moskva və İrəvan olmalıdır.
Bununla bərabər, informasiyanın ötürülməsinin rəsmi səviyyəsindən danışanda tərəflərin xarici işlər nazirləri səviyyəsində birbaşa danışıqları təzələməsi müsbət məqam kimi görünür. Buna baxmayaraq, sıradakı səbəblərə görə Məmmədovun bəyanatına diqqətlə yanaşmaq lazım gəlir. Məsələ burasındadır ki, Bakı KİV-lərində Bakı-İrəvan dialoqu gizlicə bu şəkli alır ki, “bir neçə rayonu Azərbaycana verməyin lazım gəldiyi”nə keçən dayanıqlı, birağızlı mövqe formaslaşıb. Hətta bu versiya sanki ən gözlənilməz “təsdiq”ini tapır.
Deməli, bu haqda bu yaxınlarda Bakıda Rusiyanın əsas “avrasiyaçı”larından biri, politoloq Aleksandr Duqin mülahizə yürüdüb. Onun sözlərinə görə, “Günün ən yaxın maddələrindən biri beş rayonun Azərbaycana verilməsidir ki, bu da bizim qrupun da əl qoyduğu, mənim Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə şəxsən müzakirə etdiyim “Lavrov planı”nda ən başlıca məsələdir”.
Çavuşoğlu ilə nədən istəsən, danışmaq olar. Lakin iş burasındadır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov onda Dağlıq Qaarabağ üzrə hər hansı planın olduğunu təkzib edib və edir ki, bunu ATƏT Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland da təsdiqləyir. Düzdür, Hoqland bununla bərabər dəqiqləşdirir ki, tərəflərin ətrafında müzakirə apardığı sənəd var. Amma o, “Lavrov planı” adlanmır. Bu plan üç hissədən ibarətdir, detalları səsləndirilmir. Bəlkə, bu, elə həmin vəziyyətdir ki, deyərlər, “od yanmasa, tüstü çıxmaz”.
Hər halda, bizim müşahidəmizə görə, öz dəyərlndirmələrində həmişə ehtiyatlı olan britaniyalı analitik, Qafqaz üzrə ekspert Tomas de Vaal “birdən” "azeri.today" nəşrinə sıradakını bildirir: “Qarabağ münaqişəsini təhlil edən hər kəs anlayır ki, tərəflərdən hər birinin getməli olduğu müəyyən baza güzəştləri var. Azərbaycan tərəfdən güzəşt Qarabağ erməniləri üçün özünüidarə icazəsi nəzərdə tutur, yəni onlar Bakıya birbaşa tabe olmayacaqlar və Laçın ərazisindən Ermənistana özünəməxsus dəhliz olacaq. Bu, Ermənistan tərəfdən birinci növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların – Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın, sonra isə Kəlbəcərin və Laçının özünün statusunun ayrıca müzakirəsi ilə “qeyri-dəhliz” hissəsinin qaytarılmasını bildirir”.
Vaalın sözlərinə görə, “güzəştlər yalnız qarşılıqlı inam və təhlükəsizlik hissi atmosferində baş turur, bu da indiki anda qətiyyən yoxdur”.
Nəhayət, Rusiya EA BİBMİ direksiyasının üzvü, Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru və XİN başçısının keçmiş müavini Vyaçeslav Trubnikov "АрмИнфо"ya müsahibədə bundan xəbər verib: “Mən Qarabağ məsələsinin həllini İrəvanın, Bakının və sözsüz, Stepanakertin ixtiyarına buraxıram. Çünki Stepanakertsiz etibarlı, dinc tənzimləmə olmayacaq. Tanınmamış dövlətin durumu da bu dövlətdə yaşayanlara müəyyən psixoloji təsir göstərir. Mənə elə gəlir ki, birinci növbədə bunu İrəvanda, ikinci növbədə Bakıda nəzərə almalıdırlar. Mənim baxışımca, bu məsələ Bakı üçün həll ounub – güman etmirəm ki, Qarabağ nə zamansa Azərbaycanın tərkibində olacaq. Ermənsitan üçün isə xeyr və burada hələ başa düşmək lazım gələcək. Bununla bərabər, Azərbaycanın Ermənistan ərazisindən Naxçıvanla birbaşa quru əlaqəsi Bakıya müəyyən əvəzdir. Eynilə bu gün Ermənistanın nəzarətində olan 7 rayonun Azərbaycana qaytarılması kimi. Əlbəttə, ola bilsin, bu cür variant hamını qane etmir, lakin istənilən halda ciddi ərazi iddiaları üçün zəmin olmayacaq”.
Bu qayda ilə görürük ki, bir neçə rayonun Azərbaycana qaytarılması məsələsi siyasi informasiya məkanına “atılıb” və müxtəlif nüfuz dərəcəli ekspertlər tərəfindən müzakirə olunur. Amma bu zaman ciddi çalarlar müşahidə olunur.
Duqin “Новая Эпоха” portalına müsahibədə sıradakını bildirib: “Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsindəki rolu, xüsusən də 7 rayondan, heç olmasa, 5-nin Azərbaycana qaytarılması əsas mövzu olacaq. Biz buna praktik yanaşırıq və uyğun olaraq transmilli ittifaqlar sırasında sıx əməkdaşlığa əngəl yaradan bütün maneələr məhv edilib aradan qaldırılacaq. Bu, Avrasiya Birliyi də və yaxud digər təşəbbüslər ola bilər. Buna görə də inzibati-ərazi bütövlüyü daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün təminatı, Rusiya tərəfdən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması Azərbaycanın suverenliyinin saxlanması arxitekturasında əsas məsələdir. Və bu, Qarabağ haqda məsələ deyil və bu mövzu Türkiyə və İranın bu layihədən tam razılığı ilə bu gün Rusiya-Azərbaycan-Ermənistan diplomatiyasında durur. Bölgədə istənilən sülhməramlı səyləri sarsıdacaq Qərbdən başqa bütün bölgəsəl oyunçular bunda maraqlıdır. Biz bunu tutanda və Qərbin planlarına qarşı əks-fəaliyyət üçün planlar hazırlayan kimi durum sürətlə inkişaf edəcək. İkinci mərhələni sonralar başlamaq olar, çünki bu, daha təfərrüatlı müzakirə tələb edir”.
Başqa sözlə desək, Duqin tənzimləmə prosesinə Türkiyə və İranı qoşmağı istisna etmədən Azərbaycanı Avrasiya İqtisadi Birliyinə dəvət edir.
Trubnikov "АрмИнфо"ya sözügedən müsahibədə başqa məcrada fikir yürüdür: “Qarabağ üzrə Rusiyanın mövqeyi onsuz da aydındır – Qarabağda qaliblər və məğlublar olmamalıdır. Və münaqişə tərəflərindən heç biri üçüncü tərəfin hesabına özünü gücləndirməməlidir və bunu edə bilməz. Güzəşt olmayan yerdə, qisas üçün sərbəstlik qalan yerdə qəti razılaşma mümkün deyil. Bu, ancaq ötəri saziş olacaq. Buna görə də Qarabağı birdəfəlik və həmişəlik həll etmək lazımdır”. Və əlavə edir: “Bu problemin həlli üçün Minsk Qrupu formatı tamamilə yetərlidir. Hər halda, ən azı, daha çox beynəlmiləlləşmə üçün bu problemə məkan vermir. Burada vasitəçilər aşkarca kifayət qədərdir və bu prosesə əlavə kimisə cəlb etmək lazım deyil. Çünki Rusiya da, ABŞ da, Fransa da fərdi keyfiyyətdə ən yüksək səviyyədə təmaslarda ən ciddi rol oynayır”.
Əlbəttə, Duqin, Tomas de Vaal və Trubnikov ekspert rolunda çıxış edir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi imkanları və bölgədəki duruma nisbətdə öz fikir və versiyalarını ifadə etmək haqları var. Lakin prinsipcə istənilən səviyyəli ekspertin hesablaşmalı olduğu rəsmi mövqe var. Məsələn, Azərbaycan prezidenti İlham Əliyev Bakıda IV Ümumdünya mədəniyyətlərarası forumun rəsmi açılışında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, “təəssüf ki, ona münasibətdə beynəlxalq hüquq normaları işləmir” və bu zaman BMT TŞ-nın məlum dörd qətnaməsini xatırladıb. Bu, faktiki olaraq durumu sıfır nöqtəsinə qaytarır.
Tərcümə Strateq.az-ındır.