XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2017 - 15:58

Rotşildlər imperiyasının sirri –“Tac”ın üç əsil sahibi - Araşdırma

Alyona Bajova

perevodika.ru, 08.05.2016

 

Fransanın “Siyasi müqavimət” saytı Rotşildlərin əvvəllər məlum olmayan, ABŞ-ın Londondakı maliyyə mərkəzindən və yaxud “Tac”dan asılılığını faş edən dosyesini açıqlayıb.

Tac”ın dövlət içində dövlət olmaqla Vindzorlar monarxiyası və İngiltərə kraliçasına heç bir dəxli yoxdur. ABŞ London Sitisinin 1913-cü ildə Nyu-Yorkda Federal Ehtiyatlar Sisteminin açılışından sonra qurulmuş özəl korporasiyasıdır. Bugünki London Sitisi planetdə ən varlı 1,5 kv.km-lik dünya maliyyə imperiyasının meydançasıdır. Rotşildlərin İngiltərə Bankı, Lloyds bank, Britaniyanın bütün bankları, 385 xarici bankın filialı və 70 Amerika bankı, həmçinin bütün birjalar – London fond birjası, dəniz müqavilələrini qeydə alan Baltika birjası, London metal birjası, London əmtəə birjası (kauçuk, yun, şəkər, qəhvə, kofe və s. satışı) məhz burada yerləşir.

London Siti öz kökləri ilə XI əsrdə Britaniya adalarının normanlar tərəfindən işğal edildiyi və imtiyazlar əldə edib krallığın maliyyə mərkəzinə çevrildiyi dövrə gedib çıxır. Amma Londonun maliyyə mərkəzi bu gün Britaniya tacına tabe deyil, 1820-ci ildən başlayaraq özünün lord-meri tərəfindən idarə olunur – Rotşildlər ailəsi Britaniya iqtisadiyyatı üzərində nəzarət əldə etdikdən sonra. Bu, Mayn üzərindəki Frankfurtdan sələmçi Amşel Bayerin oğullarından biri Natan Rotşild Vaterloo döyüşündə İngiltərənin Napoleona məğlub olduğu haqda şayiələrlə oyun qurduğu 1815-ci ildə baş verib.

Lord Vellinqton gözləntilərə rəğmən həmin məşhur döyüşü udmuşdu, amma Rotşildin çaparı bu xəbəri gətirməyə macal tapınca Vellinqtonun kuryeri bir gün yubanmışdı. Bankir Napoleonun qələbəsi haqda şayiələr buraxaraq İngiltərə səhmlərinin qiymətini vurmaq qərarı aldı. O, əminlik üçün birinci özü səhmlərini London birjasında satmağa başladı. Çaxnaşma başlanıb səhmlər çökərkən o, qiymətli səhmləri itəat qiymətə aldı və Britaniya iqtisadiyyatı və İngiltərə bankı üzərində nəzarəti əlinə götürdü. Rotşildlərin bank karteli dəmir yumruğunu o vaxtdan bütün kürəsəl maliyyə sistemi üzərində saxlayır – yalnız bu gün nəzarəti XX əsrin yeni üsullarının – Bazeldəki (İsveçrə) Beynəlxalq Hesablaşmalar Bankı, BVF, Ümumdünya Bankı və Karib offşorlarındakı satellit bankların təmin etdiyi fərqilə.

London-Sitinin özü isə Rotşildlərin külli-ixtiyar malikanəsi olub. Onun öz məhkəmələri, polis qüvvəsi var və vergi ödəmir. Əslində, bu, Rotşildlərin və tərəfdaşlarının özəl müəssisəsidir. Onun səhmdarlar şurası 12 nəfərdən ibarətdir, bunlardan ən məşhur soyadları Rokfeller, Qor, Qrinspen, Kissincer, Kruqman (NYTimes), Pauell, Baffet, Buş və başqalarıdır. Lakin əslində, onlar dünyanın üç ən böyük və varlı ailəsi – Varburqlar, Oppenheymerlər və Şifflərin vəkaləti ilə səlahiyyətləri həyata keçirirlər.

Tac”ın leqallaşması Londonda S.J Berwin hüquq firması (2013-cü il noyabrın 1-də mənzil qərargahı Londonda yerləşən hüquq firması ilə birləşdikdən sonra King & Wood Mallesons) vasitəsilə təmin olunur. Bu gün London-Sitinin rəhbərinin kim olduğu yalnız Rotşildlərə məlumdur. Lakin kölgə hakimiyyəti adı “azad mətbuat” olan və xüsusən də BBCReutres agentliyi kimi nəhənglərin daxil olduğu Flit-strit vasitəsilə maskalanır.

Bu kriminal-maliyyə korporasiyası Sovet İttifaqı və sosialist sistemi dağıldıqdan sonra planetdə bütün valyutaların dəyəri, onlara bütün beynəlxalq bazarlara və dünya ticarətinə nəzarət imkanı verən pul həcmini təyin edir. Bütün hərbi münaqişələrdəki düşmən tərəflərin maliyyələşdirilməsi, xəstəliklər vasitəsilə Yer kürəsi əhalisinin azaldılması, dini müharibələr, soyqırımları, həmçinin qida resurslarına nəzarət, dərmanların hazırlanması kimi cinayətkar əməliyyatlar və bəşəriyyətin bütün baza resursları buna şərait yaradır.

Tac” korporasiyası həmçinin Britaniyanın Kanada, Yeni Zelandiya, Avstraliya müstəmləkələrində torpaq mülklərinə və Karib dənizində xeyli adaya sahibdir. Amma London-Sitinin mərkəzi müstəmləkəsi Rokfellerlərin cinayətkar sindikatı vasitəsilə yönəldilən Amerika Birləşmiş Ştatlarıdır. Okean arxasındakı direktorat bir tərəfdən "JP Morgan Chase", "Manhattan Bank", "Bank of America et la Brown Brothers Harriman" (BBH) və "BBH New York" bank konqlomeratı və digər tərəfdən "Exxon-Mobil" neft oliqarxiyası arasında bölünüb.

Qeyd edək ki, kimin kimi idarə etdiyi – ABŞ Böyük Britaniyanı, yaxud əksinə –  haqda məsələ indiyədək mübahisəli qalır. Lakin dünyanın maliyyə idarəçiliyinin məntiqini izləsək, onda xatırladaq ki, ABŞ-ın maliyyə nizamlayıcısı Londonda yerləşir, dünyanın ən böyük bankı isə əvvəlki tək Rotşildlərin "Barclays" İngiltərə bankıdır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə