"Euronews"
Gənclərin terror təşkilatlarına qoşulma səbəbləri nələrdir? Terrorçuların gəncləri aldatmasını qarşısını almaq üçün nələr edilməlidir?
Bu suallara cavablar tapa bilmək üçün rəsmilər və beynəlxalq təşkilatların nümayəndələri Bakıda 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunda bir araya gəlib.
Builki forum Azərbaycan prezidenti İlham Əliyevin himayəsi ilə BMT agentlikləri tərəfindən təşkil edilib. Forumda terrorizmlə mübarizədə görüləcək tədbirləri müzakirə etmək üçün 50 qurum bir araya gəlib.
BMT mütəxəssislərinə görə, dövlət orqanlarının qarşıdurma bölgələrinə səfərləri məhdudlaşdırması keçən il potensial terrorçu döyüşçülərin İŞİD-ə qoşulmasını olduqca yavaşlatdı. Lakin terrorun özünə tərəfdar toplama problemi hələ də davam etməkdədir.
Statistikaya görə, Suriyada vətəndaş müharibəsi baş verdiyindən bəri İŞİD sıralarına təxminən 100 ölkədən 30 min əcnəbi vətəndaş qatılıb. Terror təşkilatının tərəfdar toplama üsulları da ölkədən-ölkəyə fərqlidir.
Aleksandr Zuyev (BMT-nin hüquq və təhlükəsizlik qurumu baş katibinin müavini): "Terror qruplarına qoşulmada yalnız internetin təsirli olduğu düşünülür. Lakin biz bir sıra araşdırmalarımız ailə mühitinin, cəmiyyətin səviyyəsindəki mədəni və ictimai qrupların muzdlu döyüşçü toplamaqda çox aktiv bir rol oynadığını gördük".
Foruma qatılanlar radikallaşmanın yeganə səbəbinin din olmadığını söyləyir. İŞİD-in ümumi xarici terrorist döyüşçüsünün 10%-ni qadınlar təşkil edir. Qadınlar bəzən İslamofobik hücumlar, ya da zorlama halları ucbatından terrorçu qruplara qatılırlar. Ancaq ümumən onlar ərlərinin, atalarının və ya qardaşlarının təsiri ilə ifrat təşkilatlara yönəlirlər.
Məhəmməd Sameh Amr (UNESCO-nun Misirdəki daimi nümayəndəsi): "Gerçəyi anladıqlarında artıq geri dönmək üçün çox gec olur. Həm də qadınlar bu cür fanatik terror təşkilatları içində pis rəftara məruz qalırlar. Təşkil etdiyimiz bu cür konfranslar və medianın da mövzunu gündəmə gətirməsi ilə gənclərin məlumatlandırılacağınas və düşməni yaxşı tanıya biləcəyinə ümid edirəm".
İctimai təcridə məruz qalan gənclər, şəxsiyyət və tanınma axtarışı içində şiddətli terrorist qruplara qatılırlar. Bəziləri pul axtarışında olan işsizlərdir. Burkina Fasodan olan bir fəal afrikalıların ümumiyyətlə bu vəziyyətdə olduğunu bildirir.
Daniel Da Hien (Afrika Gənclər Şəbəkəsinin koordinatoru): "Afrikadakı bir çox ölkə, mənim ölkəm kimi, çox kasıbdır. Uşaqların çoxu məktəbə getmir, ya da 6 illik ilk təhsili tamamlamır. Həddindən artıq çox adam ya heç məktəbə getməyib, ya təhsili yarımçıq qoyub, ya da diplom aldıqdan sonra hələ də işsiz olan kəslərdir. Terror qruplarına məhz onlar arasından muzdlu yığırlar".
Forumdakı bu müzakirələrdən klassik bir klişe ortaya çıxır: savad və təhsil çox əhəmiyyətlidir. Odur ki, təhsil sistemindəki nöqsanların həllini vurğu edilir.
Fariz İsmayılzadə (ADA Universiteti (Azərbaycan) rektorunun müavini): "Üniversitelərimizin qarşılaşdığı çətinliklərdən biri tələbələrə və gənclərimizə yaxşı şeyləri, pis adamları necə ayırd edəcəklərini öyrətməkdir. Çox vaxt, gənclərin beyinləri elə yuyulur ki, qoşulduqları radikal ideologiyaların müsbət mesajlar daşıdığına inanırlar. Bu ideyalar uğrunda hətta insan öldürməyə belə hazırdırlar".
Tədbirə qatılanlar, əlbəttə, yalnız təhsilin yaxşı olmasının gənclərin radikallaşmasını əngəlləyə bilməyəcəyini başa düşürlər. Ancaq təhsilin ən azı tənqidi düşüncə və mühakimə bacarıqlarını inkişaf etdirəcəyini söyləyirlər.
Təhsillə bərabər, miqrantların iş hüququ təmin edilməli və xoş rəftar göstərilməlidir. Bax, beləcə gənc nəsli terrorçu şəbəkələrin ələ keçirməsinin qarşısı önləyici vasitələrlə alına bilər.
Tərcümə: Strateq.az