XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2017 - 14:00

Sayı 3 milyona çatmış Suriya qaçqınları:Türkiyə bu yükü necə qaldıracaq? - ARAŞDIRMA

Günəş Aşıq

"Al-Monitor"

 

Sayı üç milyona çatmış suriyalı qaçqınların böyük bir qisminin ölkələrinə geri dönmə ehtimalının aşağı olduğunu xatırlatmaqda fayda var. Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) 2015-ci il tarixli hesabatı suriyalıların 78%-nin imkan olduğu təqdirdə, Türkiyədə qalmaq istədiklərini göstərir. 

Ən güclü ehtimallar yaxın zamanlarda türkiyəlilərin bu gerçəklə yaşamalı olduğuna işarə etsə də, içində olduğumuz insani böhranın ictimai və iqtisadi təsirlərini necə azaldacağımız müzakirəsi təxirə salınan sosial siyasət məsələlərinin başında durur.

Suriyalı qaçqınların Türkiyənin iqtisadiyyatına təsirlərinə dair bu günə qədər aparılan araşdırmalar iqtisadi böyümə üzərində – müsbət, məşğulluq məsələsində isə mənfi olduğunu göstərir. Minimum səviyyədə xərcləmə etsələr belə, milyonlarla suriyalının varlığı tələb artımı mənasını verir və 2015-ci ildə ümumi hasilata onların 0,5%-dən 1,7%-dək qatqı təmin etdiyi düşünülür. 

Türkiyəyə qaçan qaçqınların özlərilə əlaqə şəbəkələrini da daşımaları nəticəsində xüsusilə cənub-şərqdəki vilayətlərdən Suriyaya edilən ixracatda ciddi bir artım görünür. Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) rəqəmlərinə görə, ən azı bir suriyalı ortaqla qurulan firmaların sayı 2016-ci ilin sonunda, az qala, 6 minə çatıb.

Digər tərəfdən, Türkiyə Respublikası Mərkəzi Bankının araşdırmaçılarına görə, suriyalılar xüsusilə aşağı xüsusiyyətli işlərdə yerli iş gücü ilə rəqabət aparır və bu, işsizliyin artmasına səbəb olur. Ən çox təsir isə qadın və gənclərin məşğulluğunda görünür.

2016-cı ildə edilən tənzimləmə ilə Türkiyədə qurulan şirkətlərə, eyni iş yerində çalışan türk vətəndaşı sayının 10%-ni keçməməsi şərti ilə, suriyalıları işəgötürmə imkanı tanındı. Bu tənzimləmə Türkiyədə fəaliyyət göstərən bütün firmaları əhatə etdiyi üçün, firmalar suriyalılar tərəfindən qurulsa belə, ağırlıqlı olaraq türk vətəndaşlarının məşğulluğuna fayda verir. Kiçik və ya orta şirkətlərə bu tənzimləmənin hər hansı bir icbari qüvvəsi yoxdur, çünki işə götürdükləri suriyalıların qeydiyyatdan xarici olma ehtimalı yüksəkdir. 

Yenə ORSAM-ın hesabatına əsasən, suriyalıların 41%-nin gündəlik gəliri 20-29 TL, 21%-nin isə 30-39 TL arasındadır. Bu rəqəmlər suriyalıların minimum gəlirə sahib olduğuna işarə edir. Ancaq təəssüf ki, kiçik şirkətlərdə qeydə alınan suriyalılarla bağlı məlumatlar əksərən saxtadır. Çünki Türkiyədəki statistika Ünvana Söykənən Əhalini Qeydəalma Sistemi ilə toplanır və daimi iqamətgahları olmadığından suriyalılar rəsmi statistikalarda iştirak etmir.

Buna görə də bu tənzimləmənin hər hansı bir təsirindən bəhs etmək üçün daha böyük miqyaslı şirkətlərin yaratdığı məşğulluğa baxmaq lazımdır. 2009-2016-cı illər arasında zəruri sığorta məlumatları suriyalıların firma sayındakı artımın ümumi məşğulluğa təsirinin olmadığını göstərir. 

Digər tərəfdən, suriyalı şirkətlərin sərmayələrindəki hər 1%-lik artım, təxminən 275 yeni iş yeri yaradır. Suriyalı şirkətlərin sərmayəsinin artması, eyni zamanda, real gündəlik qazancını da yüksəldiyini göstərir: 10%-lik artıma qarşı real qazanclarda təxminən 0,2%-lik artım.

Suriyalıların bu ana qədərki iqtisadi təsirlərinə dair bildiklərimiz bunlarla məhdudlaşır. Ancaq önümüzdəki dövrdə üç milyon suriyalının yaradacağı ictimai təsirlərin məhdudlaşdırılması üçün Türkiyənin bir plana ehtiyacı olduğu şəkk-şübhəsizdir. Suriyaya dönüş dərəcələrinin məhdud qalacağı bir ssenari ilə həm suriyalıların insanlığa yaraşan işlərdə çalışması, həm də yerli işsizlikdə artıma gətirib çıxarmayacaq tədbirlər hazırlamaq mümkün ola bilər.

Təbii Fəlakət və Təcili Yardım Nazirliyi (AFAD) tərəfindən hazırlanılan hesabata görə, Türkiyədəki suriyalıların 80%-nin səkkiz illlik və ya daha az təhsili var və onların yalnız 10%-i universitet məzunudur. Aralarında müxtəlif peşə sahibləri olan (tornaçı, qaynaqçı və s.) mühacirlər xidmət sektorundakı işlərə daha çox rəğbət göstərərkən, onların istehsal sənayesində iş ehtiyacları ödənmir.

Suriyalıların işlə təmin ediləcəyi digər bir sahə əkinçilik sektorudur. Türkiyə 1980-ci illərdə əkinçilik istehsalda özünü təmin edən ölkələrdən biri ikən, bu gün bir çox məhsulun idxalçısı vəziyyətindədir. Türkiyəyə bu sektorda rəqabət üstünlüyü qazanmaq üçün ucuz iş qüvvəsindən ağıllı istifadə edə bilər. Yerli gənc əhalinin rəğbət göstərmədiyi kənd təsərrüfatı minlərlə suriyalı üçün məşğulluq qaynağına çevrilər. 

Son olaraq xüsusilə suriyalı qadınların uşaqlara və yaşlı adamlara qulluq göstərə biləcəyini qeyd edək. Bu gün ortabab və yüksək gəlirli ailələr bu sahədəki ehtiyaclarını Gürcüstan və ya türk respublikalarının hesabına ödəyirlər. Əmək və Sosial Müdafiə Nazirliyinin məlumatlarına görə, 2015-ci ildə 8 min 524 gürcü, 3 min 323 türkmən, 4 min 274 qırğız, 2 min 319 özbək, min 349 qazax Türkiyədə işləmə icazəsi alıb. 2015-ci ildə ev içisi kimi çalışan personal icazələrinin sayı ümumi 16 min 825 nəfər (15% artım) olub.

Tərcümə: Strateq.az