XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

13 May 2017 - 19:42

“Washington Post” da İran seçkilərinə diqqət kəsilib:"Seçici "Mən ailəmi necə dolandıracağam" sualına cavab istəyir" - TƏHLİL

İshaan Tarur

"Washington Post"

 

Əsas diqqət Avropanı məşğul edəcək seçki dövrünə – Fransa, Britaniya və Almaniyada gələcək parlament seçkilərinə yönəlsə də, İranı unutmayın. 

Mayın 19-da iranlılar növbəti prezidenti seçmək üçün seçki məntəqələrinə gedəcəklər. Hazırkı prezident Həsən Ruhani yarışın lideri olsa da, onun qələbəsinə zəmanət azdır.

Əlbəttə ki, İranda istənilən seçkiyə skeptisizmlə əsaslandırılmış yanaşma tendensiyası var. İslam Respublikanın teokratik sistemində icraedici hakimiyyət yalnız hakimiyyətin bir sütunudur.

Prezidentliyə altı namizəd yalnız ölkənin Nəzarət Şurasının 12 güclü din xadimi və hüquqşünası tərəfindən yoxlanıldıqdan sonra seçkidə iştirak icazəsi alıb. Nəticədə, seçimə İranın ali lideri Ayətullah Əli Xamnei öz damğasını vurur.

Bununla belə, İranda seçki kampaniyası maraqlı fikir ayrılıqlarını aşkarlayır.

Televiziya debatlarında Ruhani daha sərt rəqiblərinin cavabını verərək onları "ekstremist" adlandırıb. O, İranın nüfuzlu İnqilab Keşikçiləri Korpusunu 2015-ci ildə dünya dövlətləri ilə imzalanmış nüvə razılaşmasına qarşı təxribat cəhdində ittiham edib. Onun mitinqlərində isə Ruhaninin tərəfdarları ev həbsində qalan ölkənin iki ən görkəmli islahatçı liderinin sərbəst buraxılması üçün şüalar səsləndiriblər.

Bu, hazırkı prezidentin hələ də müxalifətin təmsilçisi ola biləcəyinə dair İran siyasətinin qəribə nişanəsidir.

Ruhaninin özü din xadimidir. Onun islahatçı olduğu şübhə doğursa da, İranı təhrikçi sələfi Mahmud Əhmədinejadın mirasından xilas edə biləcək mötədil lider istəyən seçicilərin dəstəyi ilə 2013-cü ildə hakimiyyətə gəlib. O, sanksiyaların yumşaldılması müqabilində ölkənin nüvə imkanlarına ciddi məhdudiyyətlərlə, İranı təcrid mühitindən çıxartmaq istəyir. Amma ləng iqtisadi artım onun hökumətinə rəğbəti soyudub.

"Bir çox insanlar səsverməyə getmək hissindən məhrumdur, çünki Ruhaninin yenidən seçilməyəcəyi ehtimalları var". Bunu "Rand Corp"un İran üzrə analitiki Əlirza Nadir Yaxın Şərq İnstitutundakı paneldə çıxış edərkən bildirib.

"Orta statistik vətəndaş üçün nüvə razılaşması böyük pərişanlıq oldu, – deyə o əlavə edib. – İqtisadi faydaları baxımından orta statistik vətəndaş çox şey görmədi. Neft hasilatı sanksiyalara qədərki səviyyəyə qayıdır, lakin o, iş yerlərinin yaradılması ilə nəticələnmədi".

Ruhaninin yaxın təqibçisi İbrahim Rəisi İranın müqəddəs məkanının fonduna başçılıq edən mühafizəkar ruhanidir və o, çıxışlarını tənəzzül keçirən iqtisadiyyatın üzərində cəmləşdirib. Əhmədinejadın dövründəki kimi, Rəisi kampaniyasını populist millətçi platformada aparır.

"İranın möhtəşəmliyi" gündəmi ilə o, yoxsullara sədəqə, 1,5 milyon iş yerinin yaradılması və Qərbə qarşı divar hörmək vədləri verir.

Başqa bir ağır namizəd, Tehranın bələdiyyə başçısı Məhəmməd Baqir Qalibaf 5 milyon iş yeri yaradılacağını bildirib.

Ruhaninin tərəfdarları Rəisi və Qalibafın "saxta mallar satdığına" israr edir. Amma Ruhaninin real imic yaratma probleminin olduğu şübhə doğurmur.

"O, elitar molla kimi özünü dalana dirədib, Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka bildirib. – Kasıblara müavinət və sədəqə təminatı əvəzinə, "Airbus" və "Boeing" təyyarələri satın almanın qayğısına qalır. Ruhani populist oyun oynamalıdır. İnsanları küçəyə çıxmaq üçün yalnız xarici siyasət, məsələn, Birləşmiş Ştatları ilə münasibətləri yumşaltma, İsrailə qarşı mövqeyi yenidən nəzərdən keçirmə haqqında danışmaqla iş bitmir. Bu, şəhər adamları üçün keçərlidir, lakin kənd adamı sadəcə bilmək istəyir: "Mən ailəmi necə dolandıracağam?"

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə