XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2017 - 12:32

İŞİD xofu Əfqanıstanda “Taliban”a yol açır:"Mənsuri əməliyyatı" çərçivəsində taliblər əsas şəhərlərə nəzarəti ələ keçirir - TƏHLİL

Nikolay PLOTNİKOV,

Rusiya EA Şərqşünaslıq institutu elmi-analitik informasiya Mərkəzinin müdiri, siyasi elmlər doktoru

ng.ru, 15.05.2017


“Taliban” hərəkatının mətbuat katibi Zəbihulla Mücahid Əfqanıstanda yaz hücumunun – taliblərin 2016-cı ildə Amerika pilotsuzundan zərbə ilə öldürülmüş lideri molla Əxtar Mənsurun şərəfinə adlanan “Mənsuri əməliyyatları”nın başlandığını elan edib. Mücahidin iddiasına görə, əməliyyat Əfqanıstanın 34 əyalətinin hamısını əhatə edir. Onun sözlərinə əsasən, zərbələrin başlıca obyektləri xarici işğalçılar və onların yerli əlaltılarıdır, əməliyyatın son hədəfi isə taliblərin nəzarət etdiyi bölgələrdə “institutlu inkişaf”ın və orada “sosial ədalət və inkişaf mexanizmləri”nin yaradılmasıdır.

Bu açıqlama taliblərin ölkənin bir neçə bölgəsində hökumət qoşunları və dövlət müəssisələrinə silsilə hücumlarından sonra verilib. Ən səs-küylü, ən çox qurban aparan hücum aprelin 21-də Bəlx əyalətinin inzibati mərkəzində Məzari-Şərifdəki Əfqanıstan ordusunun korpusuna hücum olub. Bura Əfqanıstan ordusu əsgərinin formasında cəmi 10 silahlı hücum edib. Qırğının nəticəsi – 135 nəfər həlak olan və 65 yaralı. Əfqanıstan qaynaqlarının iddiasına görə, həlak olanlar 256 nəfərdən az deyil. Bu, ordunun ən böyük birdəfəlik itkilərindən biridir. Müdafiə naziri Abdulla Həbibi, Baş Qərargah rəisi Qədəm Şah Şahim istefa veriblər. Korpus komandiri Şahin Momand Katavazay isə vəzifəsindən azad edilib.

Bir neçə gündən sonra Host əyalətində ABŞ MKİ və özəl əcnəbi hərbi şirkətlərin istifadə etdiyi Çapman bazasına həmlə olub. Bazaya giriş cəhdi zamanı minalanmış miniavtobusun partladılması nəticəsində dörd əfqan hərbçi həlak olub, altısı yaralanıb. Taliblər sonra şimal-şərq  Bədəşxan əyalətinin Zəbak qəzasını ələ keçiriblər. Mayın 11-də onu hökumətin nəzarətinə qaytarmaq mümkün olub.

Taliblər mayın ilk günlərində eyniadlı şimal əyalətinin mərkəzi Kunduza hücum ediblər. Döyüşlər indiyədək sürür. Yüzlərlə ailə evini tərk etməyə məcbur olub. Əyalətin doqquz qəzasından dördünə taliblər nəzarət edir. Onların bəyanına görə, guya, ölkənin 48%-dən az olmayan rayonunu nəzarətə alıblar.

Əfqanıstandan gələn məlumatlara əsasən, ölkənin şimal əyalətlərində – taliblərin əvvəllər heç vaxt olmadıqları Fəryab, Sari-Pul, Samanqan, Tahor, Kunduz, Bədəşxanda məşq düşərgələri peyda olub. Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında qeyd olunduğu kimi, Fəryab və Sari-Pulda hətta təlim mərkəzləri meydana çıxıb və burada qadınlar hazırlıq keçirlər. Taliblər və Mərkəzi Asiya ölkələrindən onlara sığınmış döyüşçülər Əfqanıstanın şimalında sərbəst şəkildə yerlərini dəyişirlər.

Eyni zamanada Əfqanıstanın gənc özbəkləri, tacikləri və türkmənləri ilə fəal iş aparılır. Məlumat-təbliğat işinə böyük diqqət ayrılır. Taliblərin fəallığı əndişə doğurur ki, rəsmi Kabul ölkə rayonlarının çoxu üzərində nəzarəti itirə bilər. “Taliban” liderləri cəsarətli həmlələrlə bir neçə məqsədə çatmağa can atırlar: hər şeydən öncə, döyüşçülərin döyüş  vərdişləri və motivləşməsini sərgiləmək, hökumət ordusu və hüquq-mühafizə qurumlarını ruhdan salmaq, hərbçi və polis əməkdaşlarının nəinki təkcə əməliyyat keçirməyə, hətta özlərini qorumağa qabil olmadıqlarını əhaliyə göstərmək.

Son hücumların arxasında hərəkatın mütəşəkkil birliyini saxlamaq, silahlıların sülh priosesinə birləşməsi və yaxud İŞİD bayrağının altına keçməyini önləmək cəhdləri də durur. Diqqətçəkəndir ki, Məzari-Şərifdəki bazaya həmlə Bəlx əyalətində 200-ə yaxın talibin hökumətə  müqaqviməti dayandırmaq niyyətini elan etdikdən dərhal sonra baş verib.

Taliban” rəhbərliyi Əfqanıstan hökuməti ilə potensial danışıqlarda mövqeyini gücləndirmək niyyətindədir. Bəlkə də, buna hesablanır ki, hücumların yayılması rəsmi Kabulu ona sərf etməyən şərtlərdə taliblərlə birbaşa danışıqlara getməyə məcbur edəcək.

Taliblərin səs-küylü hücumu həm də İŞİD kimi rəqiblərə meydan oxumaqdır. İŞİD döyüşçüləri martın 8-də Kabulda ABŞ səfirliyinin yaxınlığında yerləşmiş yüksəkçinli hərbçilər hospitalına hücum edərək  49 nəfəri ölüdürb və 76 nəfəri yaralayıblar. Taliblərlə İŞİD arasında rəqabət kəskinləşərək çox vaxt amansız toqquşmaya çevrilir. BMT məlumatına görə, Əfqanıstanda İŞİD silahlılarının ümumi sayı 2 mindən 3,5 minədək hesablanır. Bunların çoxu əfqan deyil, əcnəbilər, o cümlədən Suriya və İraqda döyüş təctrübəsi qazanmış Mərkəzi Asiya ölkələrindən çıxanlardır.

NATO-nun Əfqanıstanda rəsmi missiyası 2014-cü ildə başa çatıb. İndi orada 8,4 min ABŞ hərbçisibaşqa ölkələrdən 6 min hərbçi qalıb. Onlar rəsmən əfqan hərbçiləri öyrədirlər. Pentaqonun daha 29 min podratçısı təhlükəsizlik xidməti heyəti qismində istifadə olunur və müxtəlif yardımçı missiyaları icra edir. Mayın 28-də NATO sammitində Əfqanıstana əlavə qoşun kontingenti göndərmək haqda məsələ müzakirə olunacaq. Alyansın baş katibi Yens Stoltenberqin bildirdiyinə görə, bu, hərbi əməliyyatlara qatılmağa qayıdışı bildirmir. Müsbət qərar alınacağı halda onlar Əfqanıstan ordusunun təliminə yardım edəcək və hərbi əməliyyatların təşkili üzrə komandirlərə məsləhət verəcəklər.

Amerika KİV-lərinin məlumatına görə, Vaşinqton xüsusi əməliyyat gücləri daxil olmaqla, 5 minədək hərbçisini göndərmək məsələsini nəzərdən keçirir.

Qərb mütəxəssislərinin əksəriyyəti hesab edir ki, Əfqanıstana əlavə qoşun kontingenti göndərmək problemi çözməyəcək. Ölkədəki zorakılığı yalnız əfqanların özləri dayandıra bilər. Heç bir üçüncü qüvvə bunu onların əvəzinə edə bilməz. Dinc tənzimləmə prosesinin başlanması üçün qarşılıqlı vuruşan qruplaşmalar bir-birini dinləmək və eşitməyi və geniş, qarşılıqlı güzəştlərə getməyi bacarmalıdır.

 

Tərcümə Strateq.az-ındır.