Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də yeni təyinatlar olub.
Strateq.az xəbər verir ki, qurumun mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə “Azəryolservis” ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayev “Azəryolservis” ASC sədrinin müavini – Avtomobil yollarının istismarı idarəsinin rəisi, 1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov “Azəryolservis” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı isə “Azəryolservis” ASC sədrinin müavini – İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının oğludur. O, Z.Məmmədovun qardaşının qızı ilə ailə həyatı qurub.