XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2017 - 14:07

ABŞ-da yeni siyasi qalmaqal qopdu:"Tramp Lavrova tam məxfi xarakterli kəşfiyyat məlumatını açıqlayıb”

Aleksey Boqdanovski

RİA Novosti, 16.05.2017

 

Vaşinqtonda anonim qaynaqlara istinadən mətbuatda növbəti qalmaqal qopub – “Washington Post” qəzeti bildirib ki, prezident Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrova fövqəlməxfi məlumatı açlıqlayıb. Ağ Ev məlumatı yalan adlandırıb, lakin KİV və demokratlar tənqidlə Trampın üstünə düşüblər.

Washington Post” fəaliyyətdə olan və keçmiş Amerika məmurları sırasından informasiyanın xarakterini “tam məxfi” kimi qiymətləndirən, lakin məzmununu müzakirədən imtina edən anonim qaynaqlara istinad edib.

Nəşrin bildirdiyinə görə, Tramp “İŞİD üzrə kritik mühüm kəşfiyyat məlumatı qaynağını təhlükəyə məruz qoyan” hansısa məlumatı Lavrova danışıb.

Washington Post”un yazdığına görə, bu informasiyaları kəşfiyyat məlumatının mübadiləsi haqda sazişə uyğun olaraq hansısa xarici tərəfdaş təqdim edib.

İddia olunur ki, məlumatların hətta yüksəkçinli Amerika məmurları arasında da yayılması məhdudlaşdırılıbmış.

Qəzet yazır ki, adı çəkilməyən tərəfdaş eyni zamanda Birləşmiş Ştatlara informasiyanı Rusiya ilə bölüşmək icazəsi verməyib. Nəşr əlavə edir ki, Trampın Lavrovla görüşündən sonra Ağ Ev rəsmiləri mümkün ziyanı aradan qaldırmaq üçün MKİ və Millli Təhlükəsizlik Agentliyinə zəng ediblər.

"Reuters" agentliyi sonradan təsdiqləyib ki, administrasiyadakı anonim qaynaqlar “Washington Post”da dərc edilmiş məlumata uyğun gələn informasiya yayır.  

 

Ağ Ev təkzib edir

 

Ağ Ev administrasiyanın Tramp və Lavrovun görüşünə qatılmış ən yüksəkçinli məmurlarının təkzibini yaymaqdan ötrü bu bəyanatı yetərincə ciddi qəbul edib. ABŞ prezidentinin görüşdə olmuş milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster qeyd edib: “Bugünki əhvalat xəbər verildiyi biçimdə yalandır. Prezident və xarici işlər naziri aviasiyaya təhdid daxil olmaqla terrorçu təşkilatlardan ümumi təhlükəni müzakirə ediblər. Kəşfiyyat qaynaqları və yaxud üsulları heç bir halda müzakirə olunmayıb, həmçinin cəmiyyətin haqqında bilmədiyi hərbi əməliyyatların üstü açılmayıb”.

Prezidentin milli təhlükəsizlik üzrə müşavirinin birinci müavini Dina Pauell bildirib: “Bu məqalə yalandır. Prezident yalnız hər iki tərəfin üzləşdiyi ümumi təhlükələri müzakirə edib”.

Görüşə qatılmış dövlət katibi Reks Tillerson da dəqiqləşdirib: “Fikir mübadiləsi zamanı konkret təhlükələr müzakirə olunub, lakin qaynaqlar, üsullar və hərbi əməliyyatlar müzakirə olunmayıb”.

Tillersonun açıqlamasını CNN sitat gətirib.

 

Söhbət nədən gedib?

 

Amerika KİV-ləri eyham vurur ki, harada aş, orada baş qaynaqlardan onlara Trampın faş etdiyi ehtimal olunan məxfi məlumatın hətta məzmunu da məlumdur. Lakin televiziyada eyhamlarla danışmağa cəhd edirlər ki, məxfi məlumatı KİV-lərin özünün hər kəs üçün yaydığı kimi görünməsin və eyhamlar birmənalı xarakter daşıyır.

Deməli, CNN ehtimal edir ki, Tramp Lavrovla təyyarədə teraktın təşkili məqsədilə hansısa terrorçuluq sui-qəsdinin detallarını bölüşə bilərdi. ABŞ Yaxın Şərqin bir sıra dövlətlərindən ölkəyə uçan təyyarələrdə elektronikanın daşınmağına əvvəllər əlavə yasaqlar qoyub. Bu qaydaları Avropanın bəzi aeroportlarına yaymaq imkanı nəzərdən keçirilir, amma qərar hələlik qəbul edilməyib.

Trampın məlumat ala biləcəyi qaynaq qeyri-müəyyəndir. Məlumdur ki, ABŞ-ın kəşfiyyat sahəsində Böyük Britaniya, İsrail, Avstraliya və başqa bir sıra ölkələrlə sıx əlaqələri var. Vaşinqton Avropa Birliyi və digər ölkələrlə də bəzi kəşfiyyat məlumatlarını mübadilə edir.

Trampın müşaviri Makmaster təsdiqləyib ki, Tramp və Lavrov mülki aviasiyaya təhlükələri müzakirə ediblər.

 

Demokratlar möcüzələr ölkəsində

 

Müxalif demokratlar gözlənilən tənqidlə Trampın üstünə düşüblər. Onlar həm Ağ Evdə, həm də Kremldə təkzib olunan “seçkilərə Rusiya müdaxiləsi” və “Trampın Rusiya ilə əlaqələri”nin araşdırıldığını prezidentin yadına salıblar.

“Bu, təhlükəli və ağılsızcadır. Böyük, qədim partiya (respublikaçılar – tərc.)” ölkəni partiya maraqlarından yuxarı tutmalı və dərhal müstəqil araşdırma və özəl prokuror tələb etməldir”, – deyə ranqına görə senatda ikinci demokrat Riçard Durbin Twitter-də yazıb.  

Kəşfiyyat üzrə komitədə ranqa görə baş senator-demokrat Mark Uorner bildirib ki, bu məlumat kəşfiyyata “sillədir”.

Uorner  Twitter-də öz mikrobloqunda yazıb: “Bu, həqiqətdirsə, kəşfiyyat cəmiyyətunə sillədir. Qaynaq və üsulların təhlükə altında qoyulduğuna bəraət qazandırmaq mümkün deyil – xüsusən də ruslarla”.

Senator-demokrat patrik Lixi öz növbəsində güman edir ki, məqalədəki məlumat düzgün çıxasa, onda “həm demokratlar, həm də respublikaçılar tərəfdən xeyli qınaq eşitmək lazım gələcək”.

“Biz “Alisa möcüzələr ölkəsində”ki kimi bir duruma düşmüşük”, – deyə Lixi Lyuis Kerrolun nağılını nəzərdə tutaraq CNN efirində bildirib.

Nümayəndələr Palatasının spikeri, Trampın partiyadaşı, administrasiyanı izahat verməyə çağıran Pol Rayanın bəyanatı mümkün nəticələrinə görə daha mühüm olub. Rayanın təmsilçisi Daq Anders qeyd edib: “Biz (Trampla Lavrovun görüşündə) söhbətin nədən getdiyini bilmirik, lakin ölkəmizin sirlərinin qorunması birinci dərəcəli önəmə malikdir. Spiker administrasiya tərəfdən faktın tam izahına ümid edir”.

 

Fantastik versiyalar

 

Washington Post”un kəşfi hökmən anonimlərə istinadən Trampın Rusiya ilə birbaşa əlaqədə və hətta “Rusiya müdaxiləsi”nə görə seçildiyinə borclu olduğunu iddia edən çoxsaylı məqalələr silsiləsində növbəti addımdır.

Amerika KİV-ləri Trampın Lavrovla görüşünün məzmunu haqda artıq əvvəllər qalmaqallı məqalələrlə çıxış edib. Materiallarda xüsusən də iddia olunur ki, görüşə Trampın Amerika inhisarçı jurnalisti deyil, Rusiya fotomüxbiri buraxılıb. Bunu həm Ağ Evdə, həm də Rusiya XİN-də təkzib edərək bildiriblər ki, razılaşma üzrə hər təfəfdən rəsmi fotoqraf iştirak edib.  

Washington Post” qəzeti həmçinin Ağ Evin Oval kabinetində Rusiya fotoqrafının dinləyici qurğunu gizlicə necə yerləşdirə biləcəyi haqda təfərrüatı ilə fikir yürüdən milli təhlükəsizlik üzrə ekspertlə geniş müsahibə də dərc edib.

Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova bu materialı “cəfəng rüsvaylıq” adlandırıb.

 

Tərcümə Strateq.az-ındır.