XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

16 May 2017 - 18:51

Sabiq baş prokurorla sabiq polis rəisi prezidentə qarşı birləşdi:Ruhaninin cavab tədbiri olacaqmı? - TƏHLİL

Kirill Cavlax

Regnum İA, 16.05.2017

 

İranda prezidentlik qovğasından ilk çəkilən Tehran meri Məhəmmədbaqir Qalibaf oldu. O, mayın 15-də “İslam inqilabı qüvvələri xalq cəhbəsi” (farsca YAMNA) mərkəzi şurasının toplantısından sonra bu cür qərar qəbul edib.

Mühafizəkarların bu birliyi 2017-ci ilin fevralında ilk qurultayını keçirib və siyasi qüvvələri İran prezidenti Həsən Ruhaniyə qarşı cəmləşdirmək üçün yaradılıb. Şəhər başçısı öz tərəfdarlarını İİR-in keçmiş baş prokuroru İbrahim Rəisini dəstəkləməyə çağıran məktub dərc etdirib.

 

Mühafizəkarlar üçün ümid

 

Mühafizəkarlar 2017-ci ildə sərgiləyib ki, 2013-cü il prezident seçkilərindəki məğlubiyyətdən dərs götürüblər. Onlar o vaxt bir namizəd ətrafında cəmləşməyə nail olmayıblar. İndi hadisələrin müəyyən şərtlərlə cərəyanı halında İran hökumətinin yeni başçısı olmağa qabil Rəisinin simasında Ruhani komandası və tərəfdarlarının ciddi rəqibi ortalığa çıxıb. Şəhər başçısının şəxsi Telegram kanalında dərc edilmiş məktubunda deyilir: “Biz prinsipial seçim etməliyik. İran xalqını hörmətli qardaşım İbrahim Rəisini dəstəkləyib bütün səy və imkanlarını sərf etməyə çağırıram. Yeni ləyaqət və iş hökumətinin xalqın qulluğunda durması üçün”.

Qalibafın fikrincə, Rəisiyə səs vermək “inqilabi birliyi saxlamaq” üçün mühüm qərardır. Demokratiyanın Müdafiəsi Fondunun (Vaşinqton) iranlı analitiki Bəhman ibn-Talibi hesab edir ki, “Qalibafın öz namizədliyini geri götürməyi vahid cəbhə təşkil etmək üçün mühafizəkarlar tərəfindən təşkil olunub və Ruhaniyə ciddi hərbə gəlməkdir”.

Rəisi Tehran merinin qərarına İsfahanda mitinqdə reaksiya verib. O, “əziz qardaş Qalibafa” dəstəyə görə təşəkkür edib. Rəisi əmin edib: “Ləyaqət və zəhmət hökumətində Qalibaf və bütün tərəfdarlarımızın bütün şəxsi, insani və inzibati resurslarından istifadə edirik”.

İndi namizədlərin iki şüarı – “Xalq hökuməti” (Qalibaf)“Zəhmət və ləyaqət hökuməti” (Rəisi) çulğaşıb.

Qalibafın hərəkəti mühafizəkarlara qələbə ümidi verir. “İslam inqilabı qüvvələrinin xalq cəbhəsi” üzvü Məhəmməd Həsən Rəhimian Rəisinin vətəni Məşhəddə çıxış edərək, mühafizəkar namizədin qələbəsinə inandığını bildirib. O, İSNA agentliyinə deyib: “Dünya seçkilər tarixində 13 hadisə olub ki, fəaliyyətdəki prezident yenidən seçilməyib. Bu, 14-cü dəfə Fransada Emmanuel Makron qalib gələndə baş verib. Ümid edirəm ki, bu cür 15-ci hadisə İranda baş verəcək”.

Düzdür, siyasətçi dəqiqləşdirməyi unudub ki, Fransada Fransua Olland son prezident seçkilərinə qatılmayıb.

İslam İnqilabı Keçikçiləri Korpusunun (İİKK) keçmiş başçısı (1981-1997), Siyasi məqsədyönlülüyün təyini üzrə Şuranın katibi, İranda iki dəfə prezident seçkilərinə qatılmış Möhsün Rzainin reaksiyası maraqlıdır. 

Rzai seçkilərdə namizədliyini irəli sürməyib, amma onun "Tabnak" informasiya-analitika resursu mühafizəkar qüvvələrə dəstək üçün materialları fəal şəkildə dərc edir. Rəisi və Qalibafın seçkiqabağı kampaniyaları oxşardır. Hər ikisi Ruhani hökumətinin iqtisadi, sosial, beynəlxalq siyasətinin tənqidinə istinad edir. Onlar iranlılara milyonlarla iş yeri, inflyasiyanın azaldılması, subsidiyaların artırılması və kəskin iqtisadi artım vəd edərək populist üsullara əl atmaqdan da çəkinmirlər. Gözlənilir ki, mayın 16-da Rəisinin İran paytaxtındakı mitinqində Qalibaf çıxış edəcək. Bu tədbir onların camaat içində ilk dəfə birgə görünməsi olacaq.

İbrahim Rəisinin zəif tərəfi siyasi təcrübəsizlik sayılır. Onun arxasında İİKK və klerikallar dursa da, bu, ona qarşı işləyə bilər. Gənclik Əhmədinejadın dönəminə diyirlənməyi və dünya ilə yeni qarşıdurma istəmir. Təcavüzkar ritorika və beynəlxalq məsələlər üzrə dəqiq mövqeyin olmamağı Rəisiyə populyarlıq əlavə etmir.

 

İslahatçıların reaksiyası

 

Qalibafın geri çəkilməyinə sinxron olaraq “Yaşıl hərəkat”ın liderlərindən biri Mehdi Kərrubi Həsən Ruhaniyə dəstək ifadə edib. "Saham News" müxalif siyasətçinin sözlərini misal gətirir: “Respublika quruluşunu saxlamaq istəyiriksə, onda xalqın rəyini heç nə yerinə qoyan qüvvələrin qələbəsinə yol verməməliyik. Mən Ruhanini tanıyır və hamını ona səs verməyə çağırıram”.

Kərrubi 2005 və 2009-cu illər prezident kampaniyalarının iştirakçısıdır. 2009-cu ildə Mahmud Əhmədinejadın seçkilərdə qələbəsindən sonra o və Mirhüseyn Musəvi səsvermə yekunlarının saxtalaşdırılmasına qarşı etirazlara başçılıq ediblər. O zaman İİKK və asayiş qüvvələri etirazları boğub, liderlər isə həbs olunub.

Ruhani əvvəllər keçmiş prezident Məhəməd Xatəmini müdafiə edib. O, tabeliyindəki resurslar və BBC-nin irandilli versiyasında dərc edilmiş videomüraciət hazırlayıb. İranın rəsmi KİV-lərinə Xatəmi haqda yazmaq və şəklini yerləşdirmək yasaqlanıb.

Mayın 15-də Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbriz şəhərində Ruhaninin öz tərəfdarları ilə növbəti görüşü olub. İRNA prezidentdən sitat gətirir: “İran xalqı cümə günü milyonlarla həyatın təhlükəyəmi məruz qalacağı, yaxud xilasmı olacağı qərarından asılı olan adamı seçəcək”.

Hökumət başçısı Mazandaranda mitinqdə islahat tərəfdarı və əleyhdarlarının qarşıdurmasını “vəkil və hakimin mübaizəsi” kimi səciyyələndirib. "Khabar Online" agentliyi ona istinad edir: “Adamlar vəkillə hakim arasında seçim etməlidir. Hakim hökm çıxaracaq, vəkil isə xalqı müdafiə edəcək”.

Hələlik nə Ruhani, nə də İshaq Cahangiridən Qalibafın qərarına rəsmi reaksiya gəlib. Lakin mötədil və islahatçı qanadın təmsilçiləri yeni mühafizəkar alyansı kəskin şəkildə tənqid ediblər.

Qalibaf seçkilrərdə dalbadal üçüncü məğlubiyyətə tab gətirməzdi – İran Məclisinin Tehrandan deputatı Mahmud Sadiqi bu cür fikrin tərəfdarıdır. Hökunmətyönlü İRNA agentliyi parlamentarinin sözlərini misal gətirir: “İran xalqının prezident seçkilərində Qalibafa iki dəfə “yox” deməyindən sonra o, üçüncü cəhdə cürət etmədi. Mühafizəkarlar çox gözəl anlayırlar ki, Tehran meri öz tərəfdarlarının hamısını Rəisiyə səs verməyə inandırmağa nail olmayacaq”.  

"Asr Iran" analitik portalının görkəmli dərclərində deyilir ki, “Qalibaf mühafizəkar düşərgənin rəmzi deyil. Mühafizəkarların çoxu prezident seçkilərində onu dəstəkləməyə hazır deyildi. Buna görə də onun səsləri Ruhani ilə Rəisinin arasında bölünəcək”.

Tehran merinin qərarına sosial şəbəkələrdə acı zarafat və tənqidlə reaksiya veriblər. Twitter istifadəçilərindən biri yazıb: “Qalibaf yenə yalan danışır. Əvvəlcə deyirdi ki, prezidentliyə getməyəcək, amma getdi. Sonra dedi ki, namizədliyini götürməyəcək, ancaq götürdü. Onu həmişə yalan əhatə edir”.

Birinci vitse-prezident İshaq Cahangirinin ünvanına hücumları da ona xatırladıblar: “Cənab Qalibaf, debatlar vaxtı Cahangirini ittiham edirdiniz ki, xalqı yanlışlığa uğradır və öz namizədliyini geri götürəcək. Amma bunu ondan qabaq etdiniz”.

İran Məclisinin vitse-spikeri Əli Mütəhəri növbəti dəfə Ruhaniyə dəstək ifadə edib. İRNA ondan misal gətirir: “Nüvə sazişi, Yaxın Şərqdə durum və Ağ Evdə yeni administrasiyanın fəaliyyəti nəzərə alınmaqla Ruhaniyə hücumu davam etdirdikləri indiki şəraitdə hakimiyyətə yeni hökumət gələrsə, İranda vətəndaş hüquqları ilə bağlı durum pisləşəcək”.

İslahatçı siyasətçi Mustafa Taczadənin sözlərinə görə, Qalibafın namizədliyi götürmək haqda qərarı “praktik olaraq I turda Ruhaniyə qələbəni zəmanətə alır. Statistikaya əsasən, prezident qovğasında Rəisi də, Qalibaf da qalsaydı, onlardan biri ikinci tura keçmək və Ruhani ilə mübarizə aparmaq şansına malik olardı. Düşünürəm ki, İran paytaxtı merinin qərarı Ruhani və Rəisi arasındakı səs uyğunsuzluğunu  azaltmaq, həm də Rəisiyə sarsıdıcı məğlubiyyətdən yayınmaq imkanı verəcək”, – deyə Taczadə İLNA agentliyi ilə söhbətdə namizədlərin şansını bu cür qiymətləndirib.

İİR-də sosial sorğular şübhəli məsələdir və buna inanmağına dəyməz. Vətəndaşların namizədlərə gerçək münasibətini təyin etmək çətindir. Onlar hələlik Ruhaninin birinci turda qələbəsi haqda danışırlar. Son debatlar da fəaliyyətdəki prezidentin xeyrinə qalıb. Ruhani+Cahangirinin yekun reytinqi Rəisi+Qalibafınkından xeyli yuxarıdır. Buna görə də prezident komandasının ən ehtimallı tədbiri Cahangirinin Ruhaninin xeyrinə öz namizədliyini geri götürməyi ola bilər.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə