XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2017 - 11:02

Ağ Evin üzərində impiçment təhlükəsi dolaşır:"Biz çarəsiz durumdayıq” – Təhlil

Coş Dozi, Metyu Nassbaum

Politico (ABŞ), 17.05.2017

 

Ağ Evdən bir yüksəkçinli məmurun sözlərilə deyilsə, bu, Trampın bütün prezidentliyi ərzində ən pis günü idi. Ağ Ev əməkdaşları çərşənbə axşamı səhər düşünürdülər ki, prezident Donald Trampın Rusiya təmsilçiləri ilə israillilərin təqdim etdiyi informasiya haqda məxfi danışığının təfərrüatlarını kim sızdırıb və Trampın Yerusəlimə növbəti həftə baş tutası səfərindən qabaq mənfi nəticələri məhdudlaşdırmağa cəhd edirdilər.

Axşam isə bu faktla üzləşiblər ki, prezident FTB direktoru Ceyms Komini işdən çıxarmazdan qabaq Tramp qərargahının Rusiya ilə əlaqələri haqda iş üzrə araşdırmanı dayandırmağı ondan birbaşa xahiş edib və daha nəyin üzə çıxacağı xüsusunda narahat olublar.

Heç kim bilmir, sonra nə olacaq, – administrasiyanın bir əməkdaşı dedi. – Hamı gəzişir və bir-birindən bunun nə ilə bitəcəyini soruşur”.

Ağ Ev əməkdaşları xeyli müsahibə verərək işarə edirlər ki, özlərini mühasirədəki kimi hiss edir, xüsusi xidmətlərdən KİV-lərə kimin məlumat ötürdüyünü, növbəti sızma baş verərkən bunun nə qədər ciddi ziyan vuracağını və Trampın nə deyəcəyini bilmirlər.

Ağ Ev heyəti qərb qanadında ora-bura kabinetlərə vurnuxub məxfi məlumatı açmamaq və səhv buraxmamaqdan nə danışmaq barədə mübahisə edir. Yorğun və ruhdan düşmüş, mətbuatın onun işdən çıxarılma təhlükəsi haqda məlumatlarını oxuyan, lakin gündə 12 saat işləməyi davam etdirən Şon Spayser administrasiya başçısı Rayns Pribusla birlikdə öz kabinetində oturur.

Ağ Evin başqa təmsilçisi deyir, hər yerdə elə təəssürat yaranıb ki, “biz praktik olaraq çarəsiz durumdayıq”.

Respublikaçılar yumşaqlıq göstərmirlər. “Biz bu kinonu artıq görmüşük, – senator Con Makkeyn Beynəlxalq Respublika institutunda naharda deyib. – Deyəsən, bu iş öz miqyasına görə artıq Uotergeyti geridə qoyub”.

Ağ Evdən yüksəkçinli rəhbərlər Kominin Trampın xahişi mövzusundakı xidməti qeydi haqda “New York Times”-dakı materialdan xəbər tutmamışdan iki saat qabaq material onlaynda peyda olub. Köməkçilər Trampın əslində Komiyə nə dediyini soruşmağa cumublar. Bəzi məmurlar danışır ki, lakin Ağ Evdə görüşün protokolu və qeydiyyatı olmayıb ki, səslənmiş iddialar təkzib olunsun. Tramp hətta onlara aparılmış söhbətin tam şərhini də verməyib, buna görə də administrasiya əməkdaşları “baş verənlərdən xəbərsiz durumdadırlar”.

Biz bu görüşdə olmamışıq, – onlardan biri deyib. – Bu haqda anlayışımız yoxdur. İndiyə kimi bilmirik, kim nə deyib”.

Başqa bir məmurdan Trampın bu görüşün qeydini aparıb-aparmadığını soruşanda gülümsəyib və Tvitterdə məlumat verib: “Bu belədirsə də, bu səsyazısını heç birimiz eşitməmişik”.

Administrasiya əməkdaşlarından biri bəyan edib ki, bütün bu əhvalat Trampı özündən çıxardıb, lakin artıq materialın dərcindən bir saat sonra Ağ Evin iqamətgahına çəkilərək köməkçiləri “ziyanın nə qədər böyük olduğunu” araşdırmağa buraxıb.

Ağ Ev Komini qeydinin dəqiqliyinə şübhə edən açıqlama ilə çıxış edib. Açıqlamada qeyd olunur: “Bu, prezidentlə Komi arasındakı söhbətin yanlış və qeyri-dəqiq şərhidir”.

Administrasiyanın yüksəkçinli əməkdaşı Kominin qeydinin mötəbərliyinə şübhə edərək soruşur ki, FTB-nin keçmiş direktoru niyə öz əndişəsini əvvəlcədən bildirməyib və büro başçısı vəzifəsini icra edən Əndryu Makkeyb niyə deyib ki, Kapitoliya təpələrində bu günlərdə ifadə verilən zaman heç bir müdaxilə olmayıb?

Ancaq Ağ Evdən bir müşavirin sözlərinə görə, administrasiya daxilində televiziyada kimin çıxış edəcəyi məsələsi barədə əsil müharibə gedir, çünki nə demək və xətti necə müdafiə etmək lazım gəldiyini heç kim bilmir. Fox News-un aparıcısı Bret Bayer axşam tamaşaçılara deyib ki, “bu gün kameraya danışmaq istəyən respublikaçı hələlik yoxdur”.

Bu adamların hamısının çıxıb guya bizi müdafiə etmək istədiyi haqda ağlasığmaz təsəvvür var, – administrasiya rəhbərlərindn biri deyir. – Kimdir onlar? Adlarını çəkmək istəmirsinizmi? Onları televiziyaya necə çağırmağı bilirsinizmi?”

Məlumatlı əməkdaşlardan biri deyir: milli təhlükəszlik üzrə müşavir Herbert Makmasterə elə həmin gün əsas tezisləri veriblər ki, bunların vasitəsilə “yanğın törətmədən, qalmaqal yaratmadan, amma eyni zamanda ortalığa çıxan məlumatı təkzib etmədən hərarəti bir qədər aşağı salsın”.

Amma Ağ Ev məmurları bu gün meydana çıxan məlumatlarla bağlı rəsmi açıqlamaları çox həvəssiz şəkildə imzalayırlar, çünki Tramp Tvitterdə çox tez-tez buna zidd gedir.

Bundan başqa, administrasiya əməkdaşları yorulub və Ağ Evdəki təmizləmələrdən narazıdırlar. Onların ikisi bildirib ki, işdən çıxarılma təhlükəsi altında görünə bilər, lakin Tramp adamları şəxsi qaydada əmin edir ki, təhlükəsiz durumdadırlar. Müttəfiqlərindən biri deyir ki, bu, Spayserə də aiddir və bu vaxt qeyd edir ki, ictimaiyyətlə əlaqələr üzrə adamlar qərarların qəbuluna nadir hallarda qatılırlar, amma sonradan nəticələrin ləğvi ilə məşğul olmaq lazım gəlir.

Ştatdankənar bir müşavir deyir, Pribus bütün toplantılarda əyləşir,  Bennon uçqunları dağıtmaq haqda “hansısa səlahiyyətlər” alıb. Başqa yüksəkçinli məmurlar hesab edirlər ki, Tramp onlara etibar edir.

Biz bilmirik, o, telefonda öz dostlarına nə deyir, – Ağ Evin əməkdaşı nağıl edir. – Hətta bilmirik, Tramp bu cür məlumatlar yayan mətbuat adamları ilə həqiqətən danışıbmı?”

Trampın tam bir sıra səhvlər buraxdığının dərki güclənir və kəşfiyyat cəmiyyəti, ola bilsin, Komi də bu üzdən onu xoşlamır.

Ağ Evdəki diskussiyaların gedişinə bələd olan adamlar deyirlər ki,Tramp Kominin istefası barədə məktub hazırlayarkən FTB direktorunun təminatı barədə tam əmin idi ki, ona qarşı heç bir araşdırılma aparılmır. Bu sözlər “onda qalanlarından daha çox qanqaralığı doğurur”.

Məktub dərc edildikdən sonra Kominin təminatı barədə sətirlər administrasiya əməkdaşlarını çox naraht edib, lakin az adam dərcə qədər bu məktubu görüb.

Administrasiya əmədaşlarından biri deyir ki, çoxları anlamağa başlayır ki, Tramp Nyu-Cersidə istirahət günlərində qərar qəbul edib və “bunda heç birimiz iştirak etməmişik”.

Başqa əməkdaş bildirir ki, Trampın Komini tənqidlə bağlı şərhləri “özünü reklamdır”, çünki Lester Holtun apardığı NBC proqramının efirində səslənib. Keçən cümə günü isə Tramp səhər-səhər kabinetə gəlib ki, Komi ilə görüşləri haqda özünün tvit “qeydlərinə” baxsın. Dünya Trampın tvitlərini oxuyanda onun köməkçiləri qərb qanadında toplantıda idilər. Tramp bundan sonra Oval kabinetə keçib.

Onlar dəhşətli vəziyyətdədirlər, – Trampı uzun illərdir tanıyan bir müşavir deyir. – Adamlar Komi probleminin aradan qalxmağını istəsələr də, o bunun baş verməsi üçün heç nə etmədi”.

Çərşənbə axşamı televiziyada çıxış etməmək və imzalı açıqlama verməmək barədə qərar qəbul edilib. Məmurlar detalları hələlik məlum olmayan qarşıdakı xarici səfəri müzakirə etmək üçün toplaşıblar. Lakin aşkar narahatlıq var ki, bu səfər Vaşinqtondan xəbərləri kölgədə qoyacaq.

Ağ Ev təmsilçiləri bildiriblər ki, çərşənbə axşamı daha heç bir şərh olmayacaq.

Həm də ümid edirik ki, prezident Tvitterdə yazmayacaq, – onlardan biri deyir. – Tfu, tfu, göz dəyməsin”.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə