XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 May 2017 - 13:30

Trampın ilk xarici səfəri:Körfəz ölkələri ABŞ-ı dəyənəkli div kimi görmək istəyir - Təhlil

Mona Alami

"Middle East Eye" 

 

Donald Tramp bir dəfə demişdi ki, Səudiyyə şahzadəsi "ABŞ-ı nəzarətə götürmək" istəyir. O, iddia etmişdi ki, Səudiyyə Ərəbistanı "Dünya Ticarət Mərkəzini partladıb” və bu ölkə Amerikanın köməyi olmadan "mövcud ola bilməz".

Analitiklərin fikrincə, bu fikirləri səsləndərməsindən bir neçə ay sonra, ilk xarici səfəri ərəfəsində ABŞ-ın yeni prezidenti Körfəz ölkələri ilə münasibətləri yenidən qurmaq istəyir və onlara aydın siqnallar göndərir.

Onun seçki kampaniyası zamanı ərəb ölkələrinə qarışıq mesajları indi İran və Suriyaya dair güclü mövqe ilə əvəz olunub.

Ərəb paytaxtlarında da yeddi müsəlman ölkəsinin vətəndaşlarına qarşı 90 gün müddətinə ABŞ-a daxilolmaya dair mübahisəli səyahət qadağası, deyəsən, unudulub. Həmçinin Trampın Səudiyyə Ərəbistanının təhlükəsizliyi üçün Vaşinqtonun pul ödəməsi ittihamı yaddan çıxıb.

 

ABŞ geri qayıdır

 

"ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri ABŞ-ın “geri qayıtması”na dair ənənəvi müttəfiqlərinə verilən güclü siqnaldır, “Po Lyon”a bağlı səudiyyəli analitik Mənsur Mərzuqi bildirib. – Həmçinin, bu, Tramp administrasiyasının "Amerika beynəlxalq arenada yenidən fəallaşır” siqnaldır. Bundan əlavə, Tramp administrasiyasının müsəlmanlara və ərəb ölkələrinə qarşı olmadığını bildirir".

Trampın səfəri Səudiyyə Ərəbistanına ABŞ-ın müdafiə naziri Cim Mattisin aprel ayında gerçəkləşmiş səfərdən sonra baş tutacaq.

Vaşinqtondakı Körfəz İnstitutunun baş elmi işçisi Hüseyn İbiş deyir ki, əvvəlki səfər Körfəz dövlətlərində Trampa güvən doğurub.

"Bu, güclü maliyyə münasibətləri daxil olmaqla, əsas məqsədlərin inkişafına əhəmiyyətli dərəcədə qatqı verib. O cümlədən müttəfiqlərin böyük yükü bölüşməyə, İrana qarşı və terrorla mübarizəyə güclü diqqət doğurub".

 

İranın kölgəsində

 

Səudiyyə Ərəbistanının ABŞ-a yaxınlaşması səbəblərindən biri Tehrana qarşı Vaşinqton və Riyadın ümumi düşmənçiliyidir. Tramp administrasiyası bir neçə ayda, İrana qarşı sanksiyaları nüvə sazişi ilə sona çatdıran Barak Obama ilə müqayisədə, dəfələrlə Səudiyyə maraqlarına meyilli olduğunu göstərib.

Körfəz ölkələri, beləliklə, Yaxın Şərqdə İranın təsirinin yayılmasını dayandırmaq üçün ABŞ-ın dəstəyinə ümid edir. Həm Vaşinqton, həm də Körfəz ölkələri analitikləri Trampın Səudiyyə Ərəbistanının mövqeyinə yaxın olacağı və regionda öz maraqlarının uyğun yol xəritəsini cızacağı fikrindədirlər.

Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka isə bədbin rəydədir. "ABŞ, vəkalətnamələri vasitəsilə yüksələn İran təsirinin qarşısını almaq istəyir, lakin bu, bir çox hərəkətli amillərdən asılıdır və heç biri nəticəsi tez əldə edilənlərdən deyil", – deyə o bildirib.

 

Yəmən bataqlığı

 

Yəməndə Səudiyyə Ərəbistanının liderliyindəki koalisiya, ABŞ rəsmilərinin iddia etdiyi kimi, İran tərəfindən təlimat alan husi üsyançılara qarşı mübarizə aparır.

ABŞ, Səudiyyə Ərəbistanının mövqeyini möhkəmləndirilməsi və husilərin mövqeyinin zəifləməsi ilə, danışıqlarda siyasi həlli tez əldə etmək istəyən görünür.

"Administrasiya Səudiyyə qüvvələrinin Yəməndəki səylərini məmnunluqla izləyir. ABŞ hərbi əməliyyatların tez bitməsini və Yəmən münaqişəsindən özünü məsafədə saxlamaq istəyir", –  Vatanka bildirib.

Amerika siyasətçiləri Yəməndə Səudiyyə Ərəbistanının müharibəsinə bədbin yanaşır. Çünki Yəməndə müharibənin daha bir mürəkkəbliyi “Əl-Qaidə”yə qarşı mübarizədir. Güclü mərkəzi hökumət və işləyən dövlət olmadan Yəməndə bu qrupa qarşı savaşın heç bir real uğur şansı yoxdur.

"Bu iki element – bir tərəfdən, İranın dəstəklədiyi husi milislər və prezident Salehin qüvvələri arasında ittifaq üstünlüyə malikdir. Qarşılıqlı müstəsnalıq “Əl-Qaidə” ilə mübarizədə husi milislərin siyasi partiyaya çevrilməsi və əhatəedici bir siyasi prosesdə Salehin iştirakıdır, – Mərzuqi bildirib.

Husilər İranın Livandakı təmsilçiləri olan “Hizbullah”ın yolunu gedir və Vaşinqtonun üçün qeyri-məqbuldurlar.

"Məhz buna görə Vaşinqtonun ərəb koalisiyasına dəstəyi daha güclüdür. Bu həm də ümumilikdə İrana təcavüzdən qurtuluşdur", – İbiş deyir.

 

Suriyaya dair böyük görmə bucağı

 

"Middle East Eye”a müsahibə verən ekspertlər razılaşırlar ki, Amerikanın Suriyaya dair heç bir böyük görmə bucağı yoxdur. "ABŞ öncə orada özü üçün bəzi təsir imkanları yaratmalıdır", – A.Vatanka deyir.

Lakin ərəb ölkələri təxminən 100 nəfərin həlak olduğu Xan-Şeyxundakı kimyəvi hücumdan sonra Suriyanın Şayrat aviabazasına qarşı ABŞ-ın aksiyasına müsbət yanaşır.

ABŞ və Körfəz ölkələri arasında əməkdaşlıq, o cümlədən müdafiə və iqtisadiyyat olmaqla, çoxsaylı səviyyədə güclənəcək.

Mart ayında ABŞ Dövlət Departamenti Bəhreynə 5 milyard $-lıq döyüş təyyarələri satışını davam edəcəyini açıqladı. Körfəz dövlətində insan haqları haqqında narahatlıqlara görə Obama administrasiyası bu barədə ilkin anlaşmanı gecikdirmişdi.

"BƏƏ ilə, həm də Yəməndə son reydlərdən sonra xüsusi qüvvələrin hazırlanmasına dair birgə hərbi tədbirlər həyata keçirilə bilər. Səudiyyə Ərəbistanı ilə, yəqin ki, əsasən iqtisadi təşəbbüslərlə geniş strateji məqsədlərə yetişmək düşünüləcək. Regionda Amerikanın siyasəti ümumən ərəb dövlətlərinin xeyrinədir", – İbiş bildirib.

Aleks Vatanka isə yenə xəbərdar edir ki, Körfəz dövlətlərinə Trampın oğul-Corc Buşdan fəqrli olmasını, müdaxiləçi prezident kimi seçilmədiyini yadda saxlamaq lazımdır.

"Onlar düşünür ki, Yaxın Şərqdə ABŞ-ın siyasəti dolaşıqdır. Amerikaya isbat etmək istəyirlər ki, bu, dayaqlana biləcəyi ərazidir. Lakin nəzərə almalıdırlar ki, Trampı fəal prezident kimi görməyə dəyməz".

 

Tərcümə: Strateq.az