XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

23 May 2017 - 19:34

Trampın İsrail səfəri etiraz mitinqi ilə qarşılandı:"O, artıq Putinin cibindədir” - Reportaj 

Andrey Qrafov

Vzqlyad.ru, 23.05.2017

 

Donald Tramp İsrail və Fələstin Muxtariyyətinə səfər edərkən yəhudilərə və fələstinlilərə sülhü “döyüb bərkitmək” vədi verib – bu da “valehedici nailiyyət olacaq”. Sülhməramlının əsassız nikbinliyi və pafosu bütün səfərboyu onu müşayiət edib, lakin “Amerikanın indi Putinin cibində olduğu” haqda ənənəvi “başdansovdular”, qalmaqallar və bəyanatlar diqqət mərkəzində olub.

Tramp gün ərzində amerikalılarla yəhudilər arasındakı sarsılmaz dostluq haqda bildirməyə, Ağı Divarını ziyarət etməyə, təhsil naziri ilə zarafatlaşmağa və hər şeyə əsasən, arvadı ilə dalaşmağa macal tapıb. Mətbuatın bu cür incəliklərə diqqəti izah olunandır:  İsrailə səfər özlüyündə nümayişkaranə olmasa da, sırf diplomatik xarakter daşıyır, ona görə də qəfil qərar və yaxud qalmaqallı bəyanatları heç kim gözləmirdi. Xüsusən də ona görə ki, baş verənlərin hamısı həqiqətən də 110 milyard dollarlıq müdafiə müqaviləsi ilə bağlı ciddi məsələlərin həll olunduğu Səudiyyə Ərəbistanına səfərin kölgəsində qalıb. Hətta Trampın baş nazir Benyamin Netanyahu ilə görüşdəki nitqi də səudların səbəb olduğu ahənglə dolu idi. Əlbəttə, silah ticarətini yada salmadılar, lakin qeyd olundu ki, terrorizmlə birgə mübarizə aparmaq önəmlidir və necə də əladır ki, Trampın Ər-Riyadda görüşdüyü kral Salman və başqa ərəb liderlər bu səyləri müdafiə edir. Bununla bərabər, ABŞ prezidentinin əsas terror təhlükəsi saydığı İran kəskin tənqidə məruz qalıb. Lakin şərdə də bir xeyir var: Trampın fikrincə, məhz İran təhlükəsi amili bütün xoşniyyət adamları birləşməyə və şərə müqavimət göstərməyə məcbur edəcək. Burada hətta İsraillə Səudiyyə Ərəbistanının dostluq etməyi də günah deyil və Tramp səyahətinin məntiqi sanki iki dövlət arasında körpü salır.

Bu dostluğun perspektivlətri haqda bu fakt daha çox şey deyə bilər ki, Trampın Ər-Riyaddan Yerusəlimə uçuşu tarixdə iki ölkə arasında ilk birbaşa aviareysdir. Və hər şeyə əsasən, ikinci reysi uzun müddət gözləmək lazım gələcək. Belə ki, əlbəttə, dostluq etmək olar, lakin bu zaman bir-birinə necə qonaq gediləcəyi aydın deyil.

Ümumiyyətlə, ABŞ-ın növbəti prezidenti sünni hekayətinə növbəti dəfə öz sadiqliyini bəyan etdi ki, bu da heç cür qalmaqal sayıla bilməz. Lakin Tramp nəsə orijinal bir şey düşünməsəydi, Tramp olmazdı. Belə ki, səfərin müşayiət edən səbəb və nitqlərin bütün formallığına baxmayaraq, səfər “alovlu” alındı.

Hər şey təyyarədən çıxarkən qırmızı xalçadan başlandı. Jurnalistlər diqqət yetirdilər ki, Melaniya (Trampın xanımı-tərc.) xalçanın üzərində getmir. Bunu əlini dərhal arvadına uzadan Tramap da hiss etdi, lakin arvadı yetərincə kobud şəkildə bu jesti rədd etrdi, yəni hərfi mənada əlindən vurdu ki, bu da videokameralardan yayınmadı. Trampların gizli ailə böhranı Netanyahu cütlüyünün aşkar mehribanlığı ilə qarşılandı – İsrail baş nazirinin arvadı birinci ledi qarşısında komplimentlər yağdırdı və bu arada qeyd etdi ki, onların ailələri necə də oxşardır: “Mətbuat sizi də, bizi də sevmir, amma xalq bizim tərəfimizdədir”.

Ailə dedi-qodusunun bütün bu sıxıntıları siyasi yöndəmsizliklər fonunda baş verdi. Və burada, əlbəttə, ruslarsız ötüşmədilər. Jurnalistlər Amerika prezidentini yəhudi torpağında qarşılarkən elə ilk sualdaca onun Rusiyaya satılıb-satılmadığını dəqiqləşdirməkdən yaxşı heç nə düşünüb tapa bilmədilər. Söhbət  “New York Times”-ın bu günlərdəki məqaləsindən gedir – iddia olunur ki, Tramp Lavrovla görüşdə guya ona İsrail agentini zərbə altında qoya biləsi məxfi informasiya sızdırıb. Tramp bu ittihamları rədd edib: “Bu görüşdə İsrail qətiyyən xatırladılmayıb”.

Demək olmaz ki, Trampın sevimli “feyk-media”dan qəddar dostları bu cür dərclərlə böyük inam doğururlar. Lakin bunu da qeyd etməmək olmaz ki, Trampın cavabı özünəməxsus şəkildə yayğındır. Sadə şəkildə deyilsə, o, qoyulan suala cavab verməyib: axı bu növ məxfi məlumatı “İsrail” kəlməsi olmadan da sızdırmaq olar. Belə ki, Trampın simic bəhanəsi sanki vəkilin məsləhəti ilə qısa və dürüst şəkildə ifadə olunub: inkar et, amma yalan danışma.

Ancaq burası da var ki, yəhuidilərin Rusiyasız da incə mövzuları yetərincədir. Məsələn, Ağı divarı.

Bu müqəddəs ocaq ətrafında toqquşma sadə iş deyil. Bir tərəfdən, hamı bilir ki, Yerusəlim İsraildə yerləşir, Ağı divarı isə Yerusəlimdədir. Digər tərəfdən, beynəlxalq hüquq baxımından Yerusəlimin özünün ziddiyyətli statusu hər bir azdan-çoxdan böyük siyasətçi üçün loyallığa özünəməxsus test yaradır. Ağı divarını ziyarət etmək sanki İsrailin Şərqi Yerusəlim, beləliklə bütün “mübahisəli ərazilər” üzərində hakimiyyətini təsdiq eləməkdir. Burada artıq istər-istəməz söhbət siyasi jestdən gedir – xüsusən də Amerika prezidentindən söz düşəndə.

Tramp bacardı. Və Amerikanın fəaliyyətdə olmaqla bu addıma cürət edən ilk prezidenti oldu. Obamanın müqəddəs daşların arasına məktub qoyduğu oxşar fotoşəkillər çoxlarının yadındadır. Lakin o, İsrailə çox deyil,  prezidentliyə namizəd kimi səfər edib.

Yeri gəlmişkən, Putin Ağı divarını hələ 2012-ci ildə ziyarət edib. Fələstin Muxtariyyəti ilə hər hansı problem olmadan. Amma Trampa haqq qazandırmaq lazımdır: hər şeyə əsasən, bu onun şəxsi, iradi addımı, sevimli “şablonları qırıram” üslubunda hərəkət idi. Nəinki Ağı divarı, hətta İsrailin paytaxtı kimi Yerusəlimin statusu da Amerika siyasətçiləri üçün ənənə üzrə əngəlli məsələdir. Dövlət katibi Reks Tillersonu hələ səfər ərəfəsində incitməyə başlamışdılar və aşkarcasına ona xoş deyildi. O, Ağı divarının harada yerləşdiyi haqda suala cavab verə bildi – “Yerusəlimdə”. Amma, bax, onun İsraildə olub-olmadığı haqda dəqiqləşdirici suala cavab verməkdən imtina etdi. Hətta hələ Səudiyyə Ərəbistanında olarkən bildirdi ki, Tramp “Təl-Əvivə, iudaizmin vətəninə yollanır”. Görünür, bu müəmmalı ifadə (orijinalda: home to Judaism), nümayiş etdirməyi nəzərdə tutmuşdu ki, Tillerson beynəlxaq cəmiyyətdəki xəlvəti qaydanın tərəfindədir: Yerusəlimi İsrailin paytaxtı kimi inkar etmək və Təl-Əvivə  olduğu kimi yanaşmaq. Bu şərait formal bəhanə rolunu oynaya bilərdi ki, Ben Qurion adına aeroport həqiqətən Təl-Əvivdə yerləşir. Belə ki, Tramp coğrafi baxımdan hərfi mənada məhz ora yollanıb. Lakin, bax, onun səfərinin bütün proqramı istisnasız olaraq Yerusəlimdə keçib, bu da təəccüblü deyil: adətən, “konvensional” siyasətçilərdənsə Tramp özünə daha çox şeyi caiz bilir.

Görünür, təhsil naziri, ifrat sağçı “Yəhudi evi” partiyasının sədri Naftanli Bennet də buna güvəndi. O, diplomatiya şərtiliklərinə xor baxmağı qət etdi və dərhal kozırlarla birbaşa gediş etdi: “Ümidvarıq ki, Yerusəlimi  İsrailin ayrılmaz hissəsi kimi tanıyan ilk prezident olacaqsınız”. Tramp öz qaydasınca zarafata saldı: “Bəs necə, bu ideyadır!”

Lakin təkcə Tramp zarafatlaşmadı. Onun səfərinə qarşı mitinqə də bir xeyli zarafatcıllar kampaniyası yığılmışdı. Tədbirin sponsoru kimi “Sərhədlər uğrunda demokratlar” təşkilatı (bəli, beləsi də var) çıxış etdi. Sabitlik – ustalığın əlamətidir, belə ki, etirazçılar orijinal qafiyə – Dump Trump (dump – ingiliscə “zibillik)- səsləndirir, həmçinin mülahizə yürüdürdülər ki, Tramp qaradərililərə, müəslmanlara, qadınlar və ümumən canlı hər şeyə nifrəti ilə Amerikanın təməl dəyərlərinə zidd gedir.

“Mən Amerikadan gəlmiş israilliyəm, artıq 13 ildir İsraildə yaşayıram, xəbərlərə baxmağa narkotik düşgünlüyü hiss edirəm və çox dilxor olmuşam ki, Rusiya ABŞ-dakı seçkilərə təsir edib, – etirazçılardan biri (qadın) bildirib. – Mən əminəm ki, Trampın ruslarla xeyli dolaşıq işi olub, belə ki o, indi Putinin cibindədir”.

Təəssüf ki, etirazçılar bu qiymətli və orijinal fikri Trampın özünə çatdıra bilmədilər. Mitinqi demokratlar təşkil etmişdilər, praktikanın göstərdiyi kimi, Yerusəlimdə demokratlardan isə qorxurlar. Buna görə də Tramp Netanyahu ilə İsrailin paytaxtında nahar edincə mitinqi Təl-Əvivdə Amerika səfirliyinin yanında keçirmək lazım gəldi. Sözsüz, səfər ümumən baş tutdu. Ən azı, Trampın məlum ustalığı bəlirlədiyi biabırçılıq baxımından.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə