İqor Qaşkov
RİA Novosti, 25.05.2017
Səudiyyə Ərəbistanı və Qətər – vəhhabi islamın Suriyada müxalifətlə əlaqəsi olan iki ölkəsi informasiya savaşı həddinə çatıb. Qətərin QNA informasiya agentliyi mayın 23-də ölkə əmiri Təmim əl-Taninin Səudiyyə Ərəbistanından səfiri geri çağırmaq niyyəti haqda sözlərini dərc edib. Guya, dövlət başçısı öz mövqeyini ölkəsinin ABŞ prezidenti Donald Tramp administrasiyası ilə bağlı meydana çıxan çətinliklərlə izah edib.
Qətər növbəti gün elan edib ki, dövlət resursundakı informasiya haker hücumu nəticəsində peyda olub.
Ər-Riyad Qətərin “əl-Cəzirə” telekanalının internet saytını təcrid edərək izahatı qəbul etməyib. Ardınca Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn Səudiyyə Ərəbistanına qoşulub.
Qətərin informasiya resurslarına haker hücumlarını öz işinin peşəkarları yerinə yetirib. Kibercinayətkarlar əmir Təmim əl-Taniyə aid edilən, rəsmi Dohanın tamamilə özünə rəva biləcəyi və razılaşmadığı ifadələri nitqə məharətlə calaq ediblər. İndi inkar olunan məlumata əsasən, əmir İrana münasibətdə səbirə çağırıb və Səudiyyə Ərəbistanını terrorçuluğa sponsorluqda ittiham edib.
Təxribata baxmayaraq, bu cür iddiaları Qətərin baxışlarına tam uyğunsuzluq adlandırmaq olmaz. Çünki bu ölkə Tehrana münasibətdə barışdırıcı mövqe tutur və Ər-Riyadla uzun sürən geopolitik rəqabətə cəlb olunub.
Ərəb dünyasında bəziləri informasiya tullantısına gerçək əhvali-ruhiyyəsi üzərindəki pərdəni götürməyi qət etmiş qətərlilərin dipolmatik addımı, başqaları sadəcə Dohanın sponsorluq etdiyi informasiya resurslarının təsirinə son qoymağa bəhanə kimi yanaşmağa hazırdır. Qətərlilərin təkzibinə baxmayaraq, Səudiyyə Ərəbistanında mayın 24-də bütün günü əl-Taninin sözlərini mötəbər məlumat kimi yayıblar. Ər-Riyad bunun ardınca Qətərin “əl-Cəzirə” telekanalının internet saytına çıxışı heç bir izahatsız dayandırıb. Misir də bir qismi heç də Qətərin olmayan tam bir sıra informasiya resurslarını təcrid edərək siyasi mənfəət götürüb.
Amerika Birləşmiş Ştatları qalmaqala cəlb edilmiş görünüb. Pentaqonun keçmiş başçısı Robert Geyts mayın 24-də guya “islam terrorçularına platforma təqdim edən” “əl-Cəzirə” telekanalının oynadığı destruktiv roldan danışıb.
ABŞ-ın başqa bir təmsilçisi – senator Eduard Roys, görünür, Qətər əmirinə aid edilən qeyri-mötəbər məlumata istinadən Qətərə qarşı sanksiyalar imkanı haqda bildirib.
İki vəhhabiliyin toqquşması
Tarix elmləri doktoru, Rusiya Dövlət Humanitar Universitetinin professoru Qriqori Kosaç "RİA Novosti " ilə söhbətdə Yaxın Şərqdəki dövlətləri əlaqələndirən gərgin münasibətlərdən danışıb. Ekspertin sözlərinə görə, Doha Fars körfəzi sünni dövlətləri arasında “ikinci güc mərkəzi” yerini tutmağa iddialıdır və Ər-Riyadla ziddiyyətə girib. Ekspert yada salıb: “Səudiyyə Ərəbistanı artıq 2014-cü ildə öz səfirini Qətərdən geri çağırıb. İndiki kəskinləşmə heç də birinci hal deyil”.
Ekspert qeyd edib: “Doha və Ər-Riyadın tam bir sıra islamçı qruplaşmalara münasibətində böyük fərqlər var. Məsələn, “Hizbullah” və “Müsəlman qardaşlar” Qətər üçün heç də terrorçu deyil, amma Səudiyyə Ərəbistanında onlara özgə cür yanaşırlar. Səudiyyə Ərəbistanından fərqli olaraq, Qətərdə praktik olaraq şiə yoxdur. İranla yaxınlaşma yolları aramaq Doha üçün daha asandır – hətta səudların təsirinə düşməmək üçün bunu etməyə məcburdur. İslamın vəhhabi variantını qəbul etmiş iki dövlətin rəqabətini də unutmayacağıq. Qətərin hakim sülaləsi özünü dini islahatçı Muhəmməd ibn Əbdülvəhhaba bağlayır və buna görə də bu incə sahədə özəl duruma iddia edir. Eyni zamanda Qətərdə qaydalar daha yumşaqdır. Məsələn, Səudiyyə Ərəbistanında qadınların maşın sürmək hüququ yoxdur, Qətərdə isə buna icazə verilir”.
Qətərin siyasi-dini sahədə özəl zövqü bu ölkəni Səudiyyə Ərəbistanından başqa Yaxın Şərqin başqa dövlətləri ilə də münaqişəyə aparır. Doha Misirin öz dövlət quruluşu üçün təhlükə adlandırdığı “Müsəlman qardaşlar” təşkilatının üzvlərinə sığınacaq təqdim edir. 2013-cü ildə Misirin islamçı prezidenti Muhəmməd Mursi devrildikdən sonra ölkənin yeni hakimiyyəti Dohaya qaqrşı Ər-Riyadla blok yaratmağa üstünlük verir. Bununla bağlı Misir və Səudiyyə Ərəbistanının “əl-Cəzirə”nin təcridinə görə birgə aksiyası gözləniləndir.
Qətər və ərazisində yaşayan siyasi mühacirlər son bir neçə il ərzində Suriya vətəndaş müharibəsinin gedişinə cəlb edilmiş görünürlər. Ər-Riyadla Doha arasındakı münaqişələr haqda KİV-ə məlumat daxil olur – məlumata əsasən, onlar müxtəlif islamçı qruplaşmaları dəstəkləyir.
Tərcümə Strateq.az-ındır.