XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

26 May 2017 - 13:40

İŞİD Vaşinqtondan üz çevirən Filippin liderinə qarşı terror həmləsinə başladı! –3 ölü, 14 girov...

Şərif Egemen Əhməd

Star gazete (Türkiyə), 26.05.2017

 

İŞİD, Rusiyaya səfər zamanı ölkədə baş vermiş həmlə ilə ölkənin siyasi kursunu Vaşinqtondan Moskvaya doğru çevirən Filippin prezidenti Dutertenin üzərinə atılıb. Terrorçuların Maravidə işğala başlamağının ardınca, Duterte Filipppinə dönüb və hərbi vəziyyət elan edib.

Rodriqo Duterte hakimiyyətə gəldiyi andan bəri ölkənin tarixi müttəfiqi ABŞ-la münasibətləri kəsməyə başlayıb. Keçən həftə isə Rusiya mətbuatına müsahibədə bildirib ki, Filippin bundan sonra Vaşinqtondan silah almayacaq.

Filippin sıragagün İŞİD hücumunun sarsıntısını yaşayıb. Terrorçu təşkilat  üzvləri Mindanao adasındakı Maravi şəhərində hərbçilərə hücum edərək üç nəfəri qətlə yetirib və kilsəyə həmlə etməklə 14 nəfəri girov göütürblər.

Filippin hökuməti “Əbu Səyyaf” təşkilatının İŞİD-ə sədaqət andı içmiş liderini saxlamaq sərəncamı verərkən terrorçuları dəstəkləyən “Maute” təşkilatı da silaha sarılıb. Maravidə ordu qüvvələrinə hücum etmiş “Maute” yaraqlıları üç nəfəri öldürüb. Terrorçular şəhərdə çoxlu binaya od vurub, xəstəxana və həbsxanaları ələ keçirib, nəzarət-buraxılış məntəqələri qurublar.

Maute”ni dəstəkləyən və terrorçu təşkilat İŞİD-ə bağlı olan “Əbu Səyyaf” üzvləri katolik kilsəsinə hücum ediblər. 14 kilsə əhli girov götürülüb və katolik lider Sokrates Vilegas xəbər verir ki, terrorçular onları öldürmək hədəsi gəlirlər. Vilegas həmçinin qeyd edir ki, girovların təhlükəsizliyi hökumətin prioriteti olmalıdır.

 

“Mən hərbi vəziyyət tətbiq etmək qərarı aldım”

 

Duterte bu hadisələrdən sonra Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşünü dayandıraraq öz ölkəsinə dönüb və məlumat verib ki, Mindanaoda 60 gün müddətinə fövqəladə vəziyyət tətbiq olunur. Duterte hökumət saytında dərc edilmiş bəyanatında xəbərdarlıq edib ki, terrorizmlə mübarizə amansız olacaq: “Bunu eləmək üçün bir il lazım gəlsə, bir il çəkəcək. Amma bir aya bitsə, məmnun olacağam”.  

 

“Əlbəttə, ölmək istəyənlər öləcəklər”

 

Duterte aeropotrda mətbuat konfransında terrorçulara müraciət edib: “Ölməli olacağınızı hesab edirsinizsə, öləcəksiniz. Müqavimət göstərməyə risk etsəniz, öləcəksiniz. Məni buna vadar etməyin” və qeyd edib ki, İŞİD-lə oyun oynamaq niyyətində deyil. Duterte vurğulayıb ki, terrorçuluq təhlükəsi yayılacağı halda bütün ölkədə hərbi durum elan olunacaq və yerli əhaliyə xəbərdarlıq edib: “Təşkilata yardım etməyə səy göstərməyin, cəza sərt olacaq!

 

Maravidəki hücumdan sonra Kremldə görüşü vaxtından əvvəl keçiriblər

 

Bir qədər əvvəl ABŞ-dan silah almaq istəmədiyini bildirən Filippin lideri,  Putinlə görüşdə də bu mövzuya toxunub. Duterte qeyd edib ki, Rusiyanı yaxın dost sayır: “Mən sizin dəstəyinizi almağa və yardım istəməyə gəlmişəm. Ölkəmizin müasir silahlara ehtiyacı var. ABŞ-a bəzi sifarişlərimiz var idi, lakin orada durum tam aydın deyil. İŞİD-lə vuruşmaq üçün biz müasir silahlar lazımdır”.

 

Qərbin xoşlamadığı qəribə lider

 

Dutertenin Filippin prezidenti postuna gəlişi ilə Vaşinqtonun daimi müttəfiqi Moskvaya sarı dönüş etməyə başlayıb. Ölkəsinin xarici siyasətinin dəyişiləcəyini ilk dəfə bildirən, ABŞ keçmiş prezidenti Obamaya söyüşlər yağdıran Duterte narkotiklərlə mübarizə üsullarına görə Qərb tərəfdən kəskin tənqidə məruz qalıb. Ölkədə narkotik bəlasına son qoymaq üçün özəl bölmə yaratmış Filippin liderindən Beynəlxalq cinayət məhkəməsinə şikayət edilib.

 

Duterteni devirməyə cəhd ediblər

 

Xaricdən dəstəklənən müxalif deputatlar Filipppin liderini narkotiklərlə mübarizə üzrə əməliyyatın gedişində məhkəməsiz xeyli edamlar həyata keçirmək, ictimai təhlükəsizliyi sarsıtmaq, konstitusiyanı pozmaqda ittiham edərək Duterteni hakimiyyətdən uzaqlaşdırmağı tələb ediblər, lakin ədliyyə komitəsi Duterteyə bəraət verib.

Oval kabinetin yeni sahibi Donald Tramp da Moskva-Pekin oxuna tədricən yaxınlaşan Filippin liderinin xarici siyasətini dəyişdirə bilmədi. Duterte Amerika prezidentinin birgə görüş haqda təklifinə söyləyib: “Mən məşğulam”. Və həm də bildirib ki, Filippin Vaşinqtondan silah almayacaq.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə