Gevorq Mirzəyan
expert.ru, 27.05.2017
Rodriqo Duterte Moskvaya qısa səfərinin gedişində tam bir sıra səs-küylü geopolitik təkliflər verib. Bunları ciddi qəbul etməyib, istisnasız olaraq onun coşqun naturası ilə izah ediblər – amma nahaq yerə. Dutertenin Rusiyanı cəlb etməyə çalışdığı maraqlı, çoxgedişli kombinasiya başlayır.
Filippin dönüşü
Prezident Rodriqo Duterte haqlı olaraq Cənub-Şərqi Asiyanın siyasi üfüqündəki ən parlaq fiqurlardan biri sayılır. O, özünəməxsus yerli Trampdır – stereotipləri qırmaqdan çəkinmir, eyhamsız və ədəbsiz danışır. İndiyədək onun ən qalmaqallı ifadələri Filippinin bəlası olmuş narkotik alverçilərinin güllələnməsinin gərəkliyinə aiddir. Lakin indi göründüyü kimi, Rusiya səfərinin gedişində yeni yüksəklikləri fəth etmək qərarına gəlib. Senyor Duterte nə az, nə çox, Filippinin xarici siyasət kursunu dəyişməyi təklif edib.
Ada dövləti bu gün Yaponiya və Cənubi Koreya ilə birgə ABŞ-ın Şərqi Asiyada ən mühüm müttəfiqidir. Bəli, Amerikanın əvvəlki prezidenti ilə Duterteninki açıq şəkildə düz gəlmədi (burası da var ki, çoxları ilə). Barak Obama filippinli həmkarının narkotik alverçilərinə qarşı qəddarlığını xoş qarşılamadı və onunla görüşməkdən imtina etdi. Amma sanki Ağ Evdə qara prezidentin sarışınla əvəzlənməsi ilə məsələ öz-özünə həll olunacaqdı. Sözsüz, qarşısındakı filippinli Trampda rəğbət oyadırdı. O dərəcədə ki, Tramp şəxsi telefon söhbətində ona “Rodriqo”, Duterte isə ona “cənab prezident” deyib..
Amerika prezidenti təkcə Dutertenin narkotik alverçinlərinə münasibətdə sərt xəttini tərifləməyib. İlkin olaraq, belə təəssürat yaranır ki, Tramp bu təcrübəni Birləşmiş Ştatlarda tətbiq etməyin mümkünsüzlüyünə həsəd aparır. Lakin Duterte anlayır ki, Tramp bütün Amerika deyil. Üstəlik, Filippin liderinin heç sevilmədiyi Konqres də var.
Duterte bildirib: “Amerika ikiüzlüdür. Orada sol əl sağ əlin nə etdiyindən xəbərsizdir, ona görə də problemlər, anlaşılmazlıqlar, nifrət olmasa da, bir-birinə qarşı qərəz həmişə olacaq". Və buna görə də xarici siyasətdə dönüş qət edib.
O, bəyan edib: “Tramp mənim dostumdur. Amma mənim xarici siyasət kursum Qərbyönlü kursdan aralanıb. Hazırda bizim Çinlə işgüzar alyansımız var və Rusiya ilə də işgüzar münasibətləri keçirməyə ümid edirəm. Niyə? Çünki Qərb dünyası, AB və beləcə hamısı ikiüzlüdür”.
Əslində, Filippin lideri sadəcə işgüzar münasibətlərdən deyil, hansısa alyansdan, hətta “Manila-Pekin-Moskva” oxundan danışır. Lakin bu, bir çox mütəxəssislərdə suallar doğurur.
Çin dualizmi
Bəli, aydındır ki, ABŞ Çinə qarşı durmaq üçün Filippindən istifadə etməyə və Şərqi Asiyada Çinin qabağını almaq üçün sistem yaratmağa cəhd edir. Nizənin ucu kimi rol filippinlilərin özlərinə lazım deyil (yaponlar və cənub koreyalılar bundan imtina edə biməsələr də, Manilanın böyründə müdafiə olunmaq lazım gəldiyi Şimal Koreya yoxdur, buna görə də seçim var) və Filippin prezidenti bundan yumşaqca boyun qaçırsa, onu hamı başa düşər. Xüsusən də ona görə ki, çinlilər bu imtinaya görə ölkəni yatırımlarla mükafatlandırmağa hazırdırlar (Pekin apreldə Filippinə 24 milyard dollar yatırmaq vəd edib).
Amma hansısa alyansdan danışmaq çətindir. Axı, ölkələr arasında olduqca ciddi ərazi mübahisəsi var.
Xatırladaq ki, Çin Cənubi Çin dənizi akvatoriyasının 90%-nə iddialıdır, adaların bir qisminə görə Filippinə qarşı iddiası var. Sadəcə, iddia etmir, həm də bu iddialara hörmətsizlik halında qüvvə işlətmək hədəsi nümayiş etdirir.
Məsələn, Si Szinpin Duterteyə aydınca eyham vurub ki, (mübahisəli adaların ilhaqı üzrə Çinin hərəkətini qanunsuz saymış) Haaqa arbitrajının qərarını həyata keçirməyə çalışmağına dəyməz. Filipppinli həmkarı Çin rəhbərinin mövqeyini təsvir edib: “Biz dostuq, sizinlə dalaşmaq istəmirik, amma bu məsələni gücləndirsəniz, müharibəyə başlayacağıq”.
Duterteyə Çin yatırımları lazımdır və Çin raketləri lazım deyil, buna görə də Pekinin diktəsinə həmişə tabe olur. Məsələn, qeyri-adi senyor Rodriqo prezident kampaniyasının gedişində “su skuterinə oturub adalara yollanmaq və Filippin bayrağını ora taxmağı” söz verib, amma sonra deyib ki, zarafat edirdi.
Prezident apreldə hərbçilərə bir sıra mübahisəli adalara qoşun göndərərək oranı möhkəmlətmək əmri verib, lakin Çin rəhbərliyi qaşını çatandan sonra dərhal bildirib ki, oraya silah yerləşdirilməyəcək. Amma prezident bununla yanaşı, eyham vurur ki, mövqeyini dəyişməyə də hazırdır. Duterte düzünü deyir: “Ümid edirsiniz ki, Çinlə müharibəyə başlayacağam? Amma Çinə zərbə endirmək üçün mənim raketlərim varmı? Onlar bizə zərbə vurmaq istəsələr, mənim raket əleyhinə vasitələrim varmı?”.
Həqiqətən də, dünyanın ən güclü silahlı qüvvələrindən birinə sahib olan Çinlə vuruşmaq mümkünszudür və Filippin prezidenti başqa ölkələrdən silah istəyir.
Bununçün amerikalıllardan xahiş etmək daha məntiqli olardı, çünki:
a) əsas tədarükçü onlardır – Filippin ordusunun bütün silahlarının 70%-i Vaşinqtonun payına düşür;
b) filippinliləri Çinə qarşı silahlandırmaq Ağ Evə sərf edərdi;
Lakin Konqres silah tədarükünü insan haqlarına əməl etməyə bağlayır. Özü də bu, əsasən, əks-partizan əməliyyatları üçün nəzərdə tutulmuş köhnəlmiş silah növləridir. Yeni silah üçün Manilanın pulu yoxdur.
Moskva kömək edəcək?
Və budur, Duterte burada kəllə-mayallaq vurur və ehtimal edilən üçlüyün üçüncü tərəfdaşından – Rusiyadan ən yeni silahlar istəyir (o cümlədən ÇXR-dən qorunmaq üçün).
“Düşünürəm ki, sizdə daha mükəmməl, dəqiq silahlar var. Və Rusiya bu işdə amerikalılardan daha yaxşı olduğundan ona üz tutmağı qət etdim. Lakin rusiyalılar təkcə bu işdə daha yaxşı deyil, həm də səxavətlidir və yardıma hazırdırlar”, – deyə Duterte Moskvaya səfərin gedişində bəyan edib.
Burada “səxavətlidirlər” sözü bir qədər gərginlik yaradır. Bəzi ekspertlərin fikrincə, söhbət Rusiyadan “qardaşyana qiymətə” silah qopartmaq cəhdindən gedir. Yuxarıda deyildiyi kimi, bazar qiymətinə ödəmək üçün Filippinin pulu yoxdur.
Filipppin prezidentinin Rusiyanın önəmi və etibarı haqda cürbəcür siyasi bəyanatları da bu missiyaya xidmət edir. “Ruslar mənimlədir. Və indi qorxmuram”, – deyə Duterte apreldə Manila limanına girmiş Rusiyanın “Varyaq” kreyserini ziyarət edərkən bildirib. Amma Moskva Filippin prezidentinin xahişini qane etməyə hazırdırmı? ABŞ-a növbəti "sancaq vurmaq"dan nə qazanacaq? (Bəs necə, Kreml Amerikanın əsas müttəfiqlərindən birini aparır).
İqtisadi imtiyazlar? Çətin ki. Rusiya-Filipppin ticarəti 2016-cı ildə cəmi 226 milyon dollar təşkil edib. Birləşmiş Ştatlarla olduğundan 80 dəfə az.
Geopolitik mövqe? Yenə də çətin. Rusiya ASEAN bazarlarına elita və əhalinin Moskvaya yetərincə səmimi yanaşdığı Vyetnam vasitəsilə daha çox çıxır. Filipppin uzun müddət qeyri-dost ölkə olub və əhalisi Amerikayönlü əhvaldadır (tam 70%-i ABŞ-a müsbət yanaşır).
Etibarlı müttəfiq? O qədər də yox, axı Dutertenin mövqeyi kifayət qədər dəyişkən və ləngərlidir.
2017-ci ilin martında onun inam reytinqi 78% təşkil edib və buna baxmayaraq, müxalifət ona qarşı impiçment proseduru qaldırıb. Və məhz Çin bəhanəsi ilə (2012-ci ildə BMT-nin qərarı ilə Filippininki kimi tanınan ərazilərin Çin tərəfindən istismarına münasibətdə prezident fəaliyyətsizliyi). Bəli, Duterte dəf edə bilərdi, amma daxili-siyasi durumu yenə də qeyri-sabitdir. Və onun “müstəqil xarici siyasəti” bu sabitsizliyi yalnız artırır.
“Ölkəmizdə insan haqları vəziyyətinin tənqidi üzündən AB yardımından kənar dururuq (söhbət Brüsselin ayırdığı və Dutertenin etinasızlıq göstərdiyi 200 milyon dollarlıq qrantdan gedir-tərc.), lakin eyni zamanda başqa ölkələrdən təhdid qəbul edirik. Necəsə bir qeyri-ardıcıllıq alınır”, – deyə senator Dördüncü Paolo Akino qeyd edib.
Filippinin parlaq prezidenti özünə daxildə və xaricdə çoxlu düşmən (islamçılar, narkomafiya, siyasi klanlar – məsələn, əvvəlki dövlət başçısının mənsub olduğu Akino klanı) qazanıb. Və hələ Çinin bu cür əməkdaşlığa reaksiyasını demirik. Ola bilsin, ən yaxşısı, kənarda durub çinlilərlə amerikalıların Filipppin uğrunda necə haqq-hesab çürütrdüyünü müşahidə etməkdir. Əlbəttə, havayı deyil, müavinətə görə…
Tərcümə Strateq.az-ındır.