Eysteyn Lanqberq
"Aftenposten" (Norveç), 28.05.2017
Donald Tramp prezident kimi ilk dəfə Avropadadır. Amerika prezidentinin Brüssel səfər proqramı gərgindir. Ən başlıca hadisə cümə axşamı NATO-nun 27 ölkəsinin liderləri ilə görüşü olub, lakin Tramp daha bir sıra görüşlər keçirib – xüsusən də AB prezidenti, Belçika kral ailəsi və Fransanın yeni prezidenti ilə.
Bunların hamısı Tramp tərəfindən bu və ya digər dərəcədə çoxsaylı təhqir və xoşagəlməz ifadələrə məruz qalıb.
Aşağıda onun əhvalı korlaya biləcək bəzi ifadələrinin xülasəsi verilir:
1. Brüssel – “şeytan deşiyi”
Görüşlər Trampın tünd ifadələrlə təhqir etdiyi şəhərdə keçirilir. Parisdəki teraktdan sonra o zamankı prezidentliyə namizəd müsahibələrin birində Brüssel haqqında yaraşmaz şəkildə danışıb. O, şəhəri tez-tez “şeytan deşiyi” adlandırıb.
“Bir xeyli illər bundan qabaq, 20 il əvvəl Brüsseldə olmuşam, hər şey elə gözəl idi. İndi isə bura elədir ki, sanki şeytan deşiyində yaşayırsan”, – deyə Tramp "Fox" telekanalına müsahibədə bildirib. İfadə AB paytaxtında böyük diqqət çəkib. Bəziləri Tramp barədə tənqidi danışıb, başqaları sarkazm və yumorla reaksiya veriblər.
Tramp London və Paris kimi böyuk şəhərləri də həmləyə məruz qoyub. Fevralda Tramp həmişə bu şəhərə gəlmək vərdişinə malik olan, amma daha bunu etməyə cürəti çatmayan bir tanışından danışarkən Fransa paytaxtı öz payını alıb. Tramp deyib: “Paris daha Paris deyil”.
O, çərşənbə günü Brüsselin mərkəzindəki qəsrdə Belçika kral ailəsi və ölkənin baş naziri ilə görüşüb. Tramp xarici siyasətin müxtəlif məsələlərinə toxunub, lakin şəhərin “şeytan deşiyi” statusu haqda yenə də nəsə deyib-demədiyi məlum deyil.
2. Avropanın “zəif rəhbərləri”
Brüsseldə bir gecədən sonra Trampın, demək olar, 30 Avropa lideri ilə görüşməli olacağı marafon başlanacaq. O, onları təhqir edib – ayrı-ayrı və hamısını bir yerdə. 2015-ci ilin dekabrında terror probleminin həllinə görə Avropanın “zəif liderləri”nə kollektiv təpik ilişdirib.
3. Dağılan AB
Tramp britaniyalıların birlikdən çıxmağının ilk tərəfdarlarndan biri kimi çıxış edəndən sonra AB ilə münasibətlər xüsusən pisləşib. O, nəticə aydın olandan sonra bildirib ki, “Brexit – Böyük Britaniyanın fantastik qələbəsidir”.
Tramp həmçinin qabaqcadan deyib ki, başqa ölkələr də onun ardınca gedəcək və bu ölkələrin bir yerdə qalıb-qalmayacağının onun üçün fərqi olmadığını bəyan edib. O, yanvarda "The Times"a müsahibədə deyib: “Okey, AB qismən ona görə yaradılıb ki, ABŞ ticarətdə yenilsin? Buna görə də mənim üçün fərq etməz, onlar bir yerdə olacaq, ya yox, mənim üçün təvafütü yoxdur”.
Avropa Şurasının sədri Donald Tusk ABŞ-ın indiki dövrdə AB və Avropanın birliyi üçün təhlükə təşkil edəcəyi və Trampın “Amerika xarici siyasətində 70 il dala getdiyi” haqda xəbərdarlıq edənlərdən biridir. Tramp cümə axşamı Tuskla və Avropa komisssiyasının sədri Jan-Klod Yunkerlə görüşüb.
4. “Almaniyanı dağıdan” Merkel
Tramp cümə axşamı NATO görüşündə üzləşdiyi Almaniya kansleri Angela Merkelin də ünvanına bir neçə düşməncəsinə çıxış edib. O, "Time" dərgisinin onu “İlin adamı” adlandırdığına görə 2015-ci ilin dekabrında Twitter-də qeyzlənmişdi. O yazmışdı: “Onlar Almaniayanı dağıdan adamı seçiblər”.
O, seçkiqabağı kampaniya vaxtı “Amerikanın Angela Merkeli” olmaq istədiyinə görə Hillari Klintonu da tənqid etmişdi. O, Merkelin yönəltdiyi dövlətə qarşı da kəskin sözlər işlədib. Keçən ilin yanvarında Twitter-də yazmışdı ki, “Almaniyada tam hərc-mərclikdir”.
Merkel Trampla Ağ Evdə artıq görüşüb və bu görüş ümumən dedikcə uğurlu keçib, amma bir neçə qəribə epizodlar baş verib. O cümlədən mətbuatın onun əlini sıxmaq xahişinə Trampın məhəl qoymadığı video internetdə peyda olub.
Tramp Angela Merkelin ardıcıl tənqidçisi deyil. Keçən ilin sentyabrında dünya liderlərindən hansının ona daha çox xoş gəldiyini soruşarkən, o, məz alman kanslerin adını çəkib.
5. “Güclü Le Pen”, Makron haqda sükut
Trampın, haqqında heç vaxt hörmətlə fikir söyləmədiyi adam Fransanın yeni prezidenti Emmanuel Makrondur. Tramp Fransada prezident seçkilərindən cəmi bir neçə gün öncə çıxış edərək onun rəqibi, ifrat sağçıların təmsilçisi Marin Ler Pen haqqında mehribanlıqla danışıb. O bildirib ki, Le Pen “həddindən artıq güclü və Fransada baş verənlərin ən güclüsü idi”.
Makron və Tramp ilk dəfə Brüsseldə naharda görüşüblər. Bunlar tamamilə müxtəlif adamlardır. Tramp mühacirlərə və azad ticarətə nisbətdə qəti tədbirlər təklif etdiyi, millətüstü qurumlar barədə son dərəcə şəkklə danışdığı halda Makron AB-nin böyük tərəfdarıdır, Merkelin mühacirət siyasəti barədə müsbət rəy bildirib, kürəsəlləşmə və azad ticarəti müdafiə edib.
6. Müsəlman problemini gizlədən britaniyalılar
Adətən, ABŞ-ın ən ertibarlı müttəfiqi olan britaniyalılar da Twitter-də hücumdan can qurtara bilməyiblər. Tramp 2015-ci ilin dekabrında Twitter-də yazıb: “Böyük Britaniya əlindən gələni edir ki, özünün böyük müsəlman problemini gizlətsin”.
O, eyni zaman da Londonun da üstünə düşüb. MSNBC-ə müsahibələrinin birində deyib: “Londonda o qədər təhlükəli rayonlar və başqa yerlər var ki, polis orada öz həyatına görə qorxu hiss edir”.
Bu, Britaniya paytaxtında pis qarşılanıb. O zamankı bələdiyyə başçısı Boris Conson eyni tərzdə cavab verib və ifadəni gülməli adlandırıb.
Tərcümə Strateq.az-ındır.