Stanislav Tarasov
Regnum İA, 28.05.2017
Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb. Əlbəttə, söhbətdə ticari-iqtisadi və digər sahələrdə tərəfdaşlığa toxunulub. Lakin “Suriyada deeskalasiya zonalarının yaradılması haqda Memorandumun tətbiqinin praktik yönlərinin uzlaşdırılması” müzakirəsinin mühümlüyü, “müxtəlif səviyyələrdə bu mövzu üzrə koordinasiya səylərinin artırılması” əsas idi. Bu cür danışıq “dubl”u tez-tez baş vermir və bu, özəl xassəli mülahizədən doğa bilərdi.
Məsələ ABŞ prezidenti Donald Trampın Yaxın Şərqin iki ölkəsinə – Səudiyyə Ərəbistanı və İsraildən ziyarətdən başladığı ilk xarici turnesindədir. Xatırladaq ki, Amerika prezidenti Ər-Riyadda bölgəsəl ərəb sammitindəki çıxışında Tehranı nəzərdə tutaraq müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birləşməyə çağırıb: “İran Livandan İraq və Yəmənə qədər bütün bölgəyə dağıntı və hərc-mərclik yayan terrorçu, könüllü yığma və başqa ekstremistləri maliyyələşdirir, silahlandırır və təlim keçir”.
Tramp bununla bağlı bəzi ərəb dövlətlərindən antiiran bloku yaratmaq niyyətini ifadə edib. Ekspertlərin əksəriyyətinin fikrincə, çətin ki hazırda söhbət Səudiyyə Ərəbistanı və bölgə müttəfiqlərinin Tehranla birbaşa silahlı qarşıdurmasından getsin. İndiki mərhələdə onların səyləri daha çox İranın Suriyadan sıxışdırılmasına yönələcək. Həmçinin aydın idi ki, Vaşinqton bu dəfə Yaxın Şərqdə NATO üzrə müttəfiqi Türkiyəyə güvənməməyi qət edib.
Ankaranın etirazlarına rəğmən ABŞ prezidenti Suriyada “Demokratik birlik” kürd partiyasını (YPG) və onun silahlı qanadı Xalq Özünümüdafiə Dəstələrini (PYD) dəstəkləməkdən imtina etməyib. Türkiyə qorxur ki, Ağ Evin bu cür siyasəti son hesabda onun sərhədləri yanında yeni dövlətin – Qərbi Kürdüstanın yaranmasına səbəb olacaq ki, bu da Türkiyənin cənub-şərq vilayətlərindəki duruma ciddi təsir edəcək. Nəticədə Vaşinqtonun fəaliyyəti bu qayda ilə bəyan olunmuş vahid sünni cəbhəsini faktiki olaraq parçalayır. Ankara qorxu içində Dəməşqlə əməkdaşlığa doğru irəliləyir, mərkəzləşdirilmiş Suriya dövlətinin saxlanması uğrunda çıxış edir. Bu da onun “şiə dünyası”na başçılıq edən Tehranla alyansının təməlini möhkəmləndirir. Türkiyənin şərtləri ilə kürd probleminin həllində Rusiyanın Ankaraya verəcəyi dəstək hesaba alınmaqla həm də Moskva ilə. Yekunda belə çıxır ki, sünni Türkiyəsi taktiki təsəvvürlər üzündən şiə İranı ilə əməkdaşlıq edir, halbuki sünni ərəb dövlətləri Suriya istiqamətində barrikadanın o biri tərəfində görünür. Hətta Ankara və Tehran nəzəri olaraq İraq istiqamətində də birgə hərəkət edə bilər.
Bu, Moskva üçün Yaxın Şərqdə geopolitik manevr imkanı ifadə edir (İran və Türkiyə ilə güzəştli alyanslar vasitəsilə). Bu isə özlüyündə bölgənin ən yeni tarixində unikal faktdır. Hətta ekspertlər bu faktı da istisna etmirlər ki, müttəfiqlərin – Suriya, İraq, İran və Rusiya – hazırda mövcud durumdakı kvarteti Rusiya və İranın vasitəçiliyi ilə Suriya böhranında Ankaranın mənfi rolunun neytrallaşdırılması halında Ankara və Dəməşq arasında münasibətlər də yaratmaq mümkün olacaq. Regnum İA-ya məlum olduğu kimi, bu danışıqların bütün iştirakçılarının ümumi strateji maraqları nəzərə alınmaqla bu baxımdan zondaj fəaliyyəti artıq çoxdan həyata keçirilir.
Eyni zamanda çalarlar var. Məsələn, Parisdə hesab edirlər ki, Türkiyəni prosesdən çıxarmaqla Suriya tənzimlənməsi problemini “Rusiya və İransız həll etmək olmaz”. Bu, bölgədə Ankaranın Suriya oyunu (başqa oyunları kimi) bəzən kəskin siyasi-diplomatik manevrlərinin Qərb tərəfdaşlarından müxtəlif imtiyazlar qazanmağa cəhd etdiyi, lakin onun üçün istənilən əlverişli anda Moskva-Tehran “dostluq qatarı”ndan düşəcəyi ilə izah olunmasına inama əsaslanır. Sözsüz, Türkiyə xarici siyasətinin dayanıqsız xarakter aldığı və tektonik dəyişikliklər həddində olduğu nəzərə alınsa, heç nəyi istisna etmək olmaz. Amma İŞİD, Suriya və “öz” kürdləri ilə döyüşlər, mürəkkəb daxili siyasi vəziyyət Ərdoğanı mövqeləri dəyişməyə məcbur edir.
Hazırda siyasi uzaqgörənlik testi gedir. Suriyada deeskalasiya zonalarının yaradılması haqda Rusiya, Türkiyə və İranın müdafiə etdiyi Memorandumun praktik gerçəkləşdirilməsinə başlamaq lazımdır ki, siyasi proses üçün məkan formalaşsın. Bunsuz Suriyada durumun uzunmüddətli sabitliyi mümkün deyil. Belə ki, Rusiya, Türkiyə və İran liderlərinin söhbətləşməyə mövzusu var.
Tərcümə Strateq.az-ındır.