XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 12:03

Transatlantik alyansın sonu? –Angela Merkel “böyük qardaş" ABŞ-a arxa çevirir – Təhlil

Yeva Kvadbek

Rheinische Post (Almaniya), 31.05.2017

 

Xarici işlər naziri Ziqmar Qabriel Amerika-Avropa münasibətlərinə şübhə ilə yanaşır. Bununla belə, federal hökumət Transatlantik münasibətlərin mühümlüyünü qeyd edib. Buna baxmayaraq, AB-i böyük müstəqillik əldə etməklə bağlı yenidən yüklənmə gözləyir. Gəncliyi ADR-də keçmiş və Amerikanı işıqlı ideal sayan məhz Angela Merkel ABŞ və Avropa arasındakı etibarlı münasibətlərin sonunu elan edib. İstirahət günləri tələffüz edilən sözlər hətta “pivə çadırı”nda da nəzarəti itirməyən Merkel üçün diqqətə layiqdir, yaxınları isə vəzifədə olduğu ilkin dövrlərdə onu “transatlantik romantiki” sayırdılar.

Merkel XSS başçısı Horst Zeehoferlə birgə “pivə çadırına” baş çəkərkən deyib: “Biz avropalılar həqiqətən də taleyimizi öz əlimizə götürməliyik”. Merkel Brexit və Donald Trampın Amerika prezidenti seçilməsi işığında keçən aylarda bu istiqamətdə artıq dəfələrlə fikrini ifadə edib. Onun əlavəsi gözlənilməz olub: “Başqalarına tam şəkildə güvəndiyimiz zamanlar arxada qalıb, bunu son günlərdə dərk etmişəm”.

Bu sözlər kəlməbəkəlmə G7-nin baş tutmamış sammitində deyilib. “Böyük Yeddilik” sənayesi inkişaf etmiş dövlətlər qrupudur və Merkel həmişə deyib ki, onlar birinci növbədə ümumi dəyərlərə malikdir. Bu dost dövlətlər çevrəsində ilk dəfə aşkar fikir ayrılığı adlandırılmalı olan sənəd meydana çıxıb. İqlim dəyişikliklərinə şübhə edən Tramp Paris sazişi üzrə fikrini bildirmək istəməyib. Bundan başqa, o, iqlimin birgə müdafiəsi üzrə kürəsəl sazişdən çıxıb-çıxmayacağı barədə dünyaya xəbər verməyə hazırlaşır.

 

“Dərindən sarsılıb”

 

Almaniya kanslerinin daha Trampa səbr etmədiyi dünya tərəfindən böyuk diqqətlə qarşılanıb. Avropa şərhçilərinin əkəısriyyəti bunu Transatlantik alyansın sonu sayır. Trampın ABŞ-dakı əleyhdarları bildirib ki, bunda onu günahkar sayır, halbuki tərəfdarları Merkelin “axmaqlığını” yamanlayıblar. Fransanın “Le Monde” qəzeti bildirib ki, Almanaiya həqiqətən “dərindən sarsılıb”, çünki həmişə amerikalılar və britaniyalılara güvənib.  

Federal hökumət merkelin Transatlantik münasibətlərinə arxa çevirdiyi təəssüratını yox etməyə çalışır. Hökumət təmsilçisi Şteffen Zaybert deyib ki, onun məhz mühüm olduğu, fikir ayrılığını şərəflə adlandırmaq üçün düzgündür. O, Merkeli “Transatlantik ittifaqın dərin inamlı tərəfdarı” adlandırıb.

XDS eksperti Norbert Röttgen Tramp dövründə Transatlantik münasibətlərin zəruriliyini vurğulayıb. Röttgen deyib ki ABŞ-la Avropa arasında dəyər və maraqların dərin uyğunluğu var. “Tramp Amerika deyil, o hazırda ancaq prezident vəzifəsini icra edir”.

Merkel kimi Röttgen də avropalıların böyük müstəqilliyinə bel bağlayır: “Biz bu alyansa böyük Avropa birliyi, böyük iradə və fəaliyyət bacarığı gətirməliyik – və bunu hər şeydən əvvəl Almaniya etməlidir çünki biz xüsusi məsuliyyəti nəzərdə tutan Avropada özəl yer tuturuq”.

O, mümkün birgə Transatlantik layihəsi qismində Yaxın Şərqdə sülhün dəstəklənməsi üzrə səyləri sadalayıb. “Avropalılar burada təkliflər hazırlamalıdırlar”.

Xatrici işlər naziri Ziqmar Qabriel Amerika-Avropa münasibətlərinə şəkklə yanaşır. Qabriel redaksiyamıza deyib: “Ətraf mühitin müdafiəsinə yetərincə diqqət ayırmayaraq iqlim dəyişikliyini sürətləndirən, hərbi münaqişə zonalarına hamıdan çox silah satan və dini münaqişələrin siyasi həllinini istəməyən şəxs Avropada sülhü təhdidə məruz qoyur”.

Amerika hökumətinin bəsirətsiz siyasəti Avropa Birliyinin maraqlarına ziddir. “Tramp administrasiyası iqlimin müdafiəsi haqa sazişi ləğv etmək, böhranlı bölgələrə silah tədarük etmək və müəyyən dini inancları tutanların girişini qadağan etmək istəyir, Qabriel sonra qeyd edib. – Əgər biz avropalılar bu gün buna qarşı qətiyyətlə çıxış etməsək, Avropaya mühacir axınları bundan sonra da çoxalacaq. ABŞ-ın bu cür siyasətinə qarşı çıxış etməyən əlbirlikçi olacaq”.

 

“Özgə əlilə vicdansızcasına iş görmək”

 

Bu, Almaniyanın nə zamansa “böyük qardaşı” adlandırılmış ABŞ-a münasibətdə müstəqilliyə doğru atdığı heç də ilk addım deyil. 2002-ci ildə o zamankı federal kansler Herhard Şröder seçki kampaniyası vaxtı İraq müharibəsinə “yox” deyib.

Avropa Birliyində də müstəqilliyə işarə edən əlamətlər var. Almaniyanın Avropa parlamenti təmsilçiləri AB daxilində kollektiv təhlükəsizlik səviyyəsinin artırılmasına xüsusilə təkid edirlər. Parlamentin vitse-spikeri Aleksandr Qraf Lambsdorff deyib: “ABŞ onilliklər boyu bizim sabitliyimizə maddi yardım edib, onların bizim əvəzimizə kartofu odun  içindən çıxaracağına güvənməyə alışmışıq”.

Bu dövrlər keçib gedib. Avropa indi istehlakçıdan sabitlik istehsalçısına çevrilməlidir. Avropa xalq partiyasının təmsilçisi, birgə xarici siyasət və təhlükəsizlik siyasətində “böyük konsensus” görən Manfred Veber oxşar fikir ifadə edib. “Avropa gələcəkdə özünü müdafiə etmək iqtidarında olmalıdır, – Veber qeyd edib. – Biz avropalılar amerikalıların sinəsində olduqca uzun müddət istirahət etmişik. Hərbi sahədə o qədər güclü olmalıyıq ki, heç kim bizə meydan oxuya bilməsin”.

O deyib ki, Avropanın ABŞ müdafiəsinə güvənə biləcəyi zamanlar arxada qalıb.

 

Tərcümə Strateq.az-ındır.