XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

31 May 2017 - 19:51

İrana qarşı “sünni ittifaqı”:Suriya ABŞ və Səudiyyə Ərəbistanı ilə necə koalisiyaya girəcək? – Təhlil

Mahsən Əud Əllah

“Əl-Əhram” (Misir), 31.05.2017

 

Yaxın Şərq Ər-Riyadda keçən Ərəb-islam-Amerika sammitindən sonra köklü dəyişikliklərin astanasında durub. Bu görüş İranı Səudiyyə Ərəbistanı və ABŞ-ın ümumi düşməni və dünyanın qarşıdurma üçün birləşməli olduğu terrorçuluq qaynağı etməklə ərəb bölgəsi problemlərinin görünüşünü dəyişdirib. ABŞ prezidenti Donald Tramp sammitin gedişində tam bir sıra müsəlman dövlətlərinin başçıları ilə görüşüb.

Ərəb-islam-Amerika sammitinin iştirakçıları İranın böyük nüfuza malik olduğu İraq və Suriyada antiterror əməliyyatına dəstək üçün sayı 34 min hərbçi təşkil edəcək ehtiyat hərbi kontingentin yaradılması haqda təklifi alqışlayıb. Bu haqda Ər-Riyaddakı görüşün yekunları üzrə qəbul edilmiş yekun sənəddə deyilir.

İran terrorizmi və ərəb dövlətlərinə silah tədarükü Suriya problemini Trampın ərəb dövlətləri ilə bağlamağa hazırlaşdığı “əsrin sazişi”nin tərkib hissəsi edir. Suriya bu sazişdə hansı yeri tutur? Amerika-islam alyansı Suriya böhranına necə təsir edəcək? Bu yeni ittifaqlar işığında Suriyanı hansı gələcək gözləyir? Bu məqalədə bu və başqa məsələləri nəzərdən keçirməyə çalışacağıq.

 

Dini müharibə

 

Suriya anaitiki Bir Rüstəm hesab edir ki, ABŞ prezidentinin tarixi səfərinin əsas hədəfi “yaradıcı xaos” kimi təsvir edilə biləsi dayanıqlı böhranların yaradılmasıdır. Bu, “Yeni Yaxın Şərq”in xəritəsini ABŞ siyasi maraqlarına uyğun tərtib imkanı verəcək.

O, izah edir ki, xəritənin yenidən çızılması, rollar və nüfuz bölgüsü üçün böhran, müharibə və hərc-mərclik yaratmaq, eyni zamanda şərqdən qərbə gedən neft axınını saxlamaq gərəkdir.

Bu səfərin Suriya üçün nəticələrinə gəlincə, Rüstəm bildirir ki, amerikalılar Səudiyyə Ərəbistanı iqtisadiyyatını ABŞ iqtisadiyyatına bağlamağa səy edirlər. Bundan sonra səudları inandırmaq niyyətindədirlər ki, Amerika qoşunlarının İraq və İordaniya sərhədində “şiə ayparası” zolağında iştirakı İran tərəfdən istənilən təhlükədən müdafiə zəmanəti verəcək və Səudiyyə neftinin Aralıq dənizinə təhlükəsiz tədarükünü təmin edəcək. ABŞ bu qayda ilə Suriyanın şimal və şərqində öz nüfuz zonasını yaratmağa Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin təqdirini qazanır. Səudiyyə Ərəbistanı və Körfəz ölkələri Amerika hərbçiləri və hərbi əməliyyatlarını maliyyələşdirir. Bundan başqa, çoxmilyardlıq hərbi sazişlər imzalayırlar. Məsələn, sonuncunun məbləği yüz milyard dolları aşır.

Rüstəm qeyd edir ki, səfərin qəsdi İranı bu ölkələrin gözündə “bədheybət”ə çevirməklə Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrindən pul almaq idi. Həmçinin Qərbin İranın ipini çəkmək  bacarığını göstərmək.

ABŞ bölgədəki münaqişənin sünni-İsrail istiqamətini sünni-şiə münaqişəsinə çevirməyə can atır ki, bu qayda ilə bölgədə artıq başqa bir ideoloji zəmində münaqişə, böhran və müharibələri yenidən təzələsin. İki millətin qarşıdurmasını dini qarşıdurma əvəz edir. Fəlsətinlilər və israillilərin münaqişəsi bundan sonra bölgədə mərkəzi deyil, buna görə də nəsə başqa bir şey axtarıb tapmaq tələb olunur. Bu, amerikalıların da istədikləri kimi şiə və sünnilərin çoxəsrlik dini qarşıdurması oldu, amma bu, bütün milli və dini özəllikləri ilə Yaxın Şərq xalqlarının təhlükəsizlik, sülh və azadlığınn təminatı hesabına baş verir.

 

Bəşər Əsədin başı

 

Suriya araşdırıcısı Süleyman Yusuf istisna etmir ki, Trampla Səudiyyə Ərəbistanı arasındakı iqtisadi “əsrin sazişi”nin qiyməti Bəşər Əsədin başı olacaq. Çünki Körfəz ölkələri liderləri Suriya və bölgədəki terrorizm fenomenini İranın dəstəklədiyi indiki Suriya rejimi ilə əlaqələndirirlər.

O, “əl-Əhram əl-Ərəbi” qəzeti üçün şərhində izah edir ki, Suriya rejimi və Əsədin gələcəyi Suriya və İraqda İŞİD məhv edildikdən sonra müəyyən olunacaq. İŞİD məhv edilməyincə Suriyada siyasi tənzimləmə mümkünsüzdür. O, qeyd edir ki, İŞİD-dən qurtulduqdan sonra ABŞ və müttəfiqlərinin Suriya böhjranınn istənilən siyasi həllində Bəşər Əsədi hakimiyyətdə saxlamağa razılaşmayacağı mənada Suriya rejiminin həyatında geri hesablama başlanacaq.

Tramp İŞİD-i məhvini tezləşdirməkdən ötrü ən yaxın həftələrdə Suriyada Amerika iştiraknı gücləndirməyə, həmçinin Suriya böhranının istənilən siyasi həllində öz rolunu gücləndirməyə güvənərək qeyd edir ki, Bəşər Əsəd hakimiyyətdə qalınca ABŞ öz qoşunlarını Suriyadan çıxarmayacaq. Və Tramp Səudiyyə Ərəbistanı kralına verdiyi vədi yerinə yetirəcək.

 

Qızıl şərait

 

Livan araşdırıcısı Fadi Əkum hesab edir ki, Ər-Riyad sammitindən sonra Suriyada siyasi səhnə əvvəlkitək olmayacaq. Xeyli ciddi dəyişikliklər baş verəcək və qarşıdurma zonaları və İran iştirakının azaldılması ilkinlər içində olacaq. “Hizbullah” partiyası lideri Həsən Nəsrullah eyham vurub ki, partiyası öz vəzifəsini uğurla icra etdikdən sonra Suriyadan çıxacaq. Bu bəyanat nəticələrdən yayınmaq üçün partiyanın İrandan aralanmaq cəhdinə işarə edir.

Ər-Riyaddakı Ərəb-islam-Amerika sammitindən sonra dərc edilmiş yekun kommunikedə İrana münasibətdə aydın mövqeyin tutulduğu haqda məlumat verilir. Amma bəyanatdakı ən mühüm məqam Suriya və İraqa müdaxilə üçün hərbi kontingentin formalaşdırılmasından ibarətdir.  Araşdırıcının fikrincə, iki problemdən – İran və terrorizmdən eyni zamanda qurtulmaq üçün qızıl şərait var. O, qeyd edir ki, siyasi səhnədə baş verənlər hərbi əməliyyat planlarına uyğun gəlir. Xüsusən də İŞİD-lə mübarizə bitdikdən sonra Suriyada qalacaq qalan müxalif qüvvələri və Suriya hökumət qoşunlarını ayırmaq üçün neytral hərbi gücün yerləşdiriləcəyi təhlükəsizlik zonalarının yaradılmasına dair.

Əkum İrana münasibətdə yeni sanksiyalar tətbiq etmək imkanları haqda mülahizə yürüdərək deyir ki, bunların tətbiqi üçün bəhanə Səudiyyə Ərəbistanının İrandakı diplomatik binalarına hücum, ballistik raket sınağı, Suriya və İraqa beynəlxalq sazişlərlə yasaqlanmış silah və yaraqlı göndərilməsi əsasında qurulacaq. Suriyada hərbi əməliyyatlar aparmaq üçün İranın İraq, Livan, Əfqanıstan və Pakistandan minlərlə yaraqlı göndərdiyinə nisbətdə təkzibedilıməz sübutlar var.

 

Moskva sazişi çətinləşdirir

 

İordaniya analitiki Mişel Hənna hesab edir ki, ABŞ-ın istənilən müdaxiləsinə qarşı duracaq Rusiyanın roluna görə Suriya Trampla Səudiyyə Ərəbistanı arasındakı iqtisadi sazişin qurbanı olmayacaq.

O bildirir ki, Vaşinqton Yəməndə husilərə qarşı mübarizədə mühüm rol oynayıb. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatı və təlimat verib ki, Krallıq Səudiyyə Ərəbistanının varis şahzadəsi müavini, ABŞ-la silah sövdələşməsinin dalında duran müdafiə nazirinin (Muhəmməd ibn-Salman nəzərdə tutulur-tərc.) son dərəcə ehtiyac duyduğu hərbi qələbəyə nail olsun. Ona qələbə lazımdır ki, müasir dövrün Napoleonu qismində imicini möhkəmlətsin.

 

Gizli bölgü

 

Misirli beynəlxalq münasibətlər araşdırıcısı Ənas əl-Qəssas hesab edir ki, Suriya asanlıqla bitməyəcək uzun münaqişə üçün açıq səhnə kimi qalacaq ki, bu da Suriyanı vahid saxlamaq istəyən bütün qüvvələrin marağındadır.

Əl-Qəssas “əl-Əhram” üçün açqılamasında izah edir ki, əsas prioritet ölkə əvvəlcə İraq, artıq sonra isə Suriya olacaq bölgədə İrana qarşı durmaq üçün sünni birliyi yaradılacaq. Xüsusən də İraq bölgədə İran üçün strateji mühüm ölkə olduğuna görə. İraqda İran mövqelərinin zəiflədilməsi onun Suriyada da mövqelərini, həmçinin İŞİDçilərlə dostluq münaibətində olan “Hizbullah”ı da  zəiflədəcək. O bildirir ki, İraqda əsas rolu baş problemi kürdlər olan Türkiyə oynayır.

Rusiyaya gəlincə, ABŞ İsrailə Rusiyanın S-400 sisteminin tanıya bilmədiyi son nəsil F-35 verməklə ona öz gücünü göstərir. Bu təyyarələr Rusiyanın müasir HHM sistemindən yan keçməyi bacarır, Suriyada Rusiya iştirakını məhdudlaşdırmağa cəhd edir. Bundan savayı, NATO Türkiyə ərazisi və Şərqi Aralıq dənizi bölgəsindən bütün imkanlardan istifadə edəcək ki, Rusiya hava güclərinə qarşı dursun.

 

Dolaşıq ittifaq

 

İraqlı araşdırıcı Məhəmməd Xaqani hesab edir ki, ola bilsin, Suriya problemi gələcəkdə Səudiyyə Ərəbistanının müttəfiqi qismində ABŞ-ın iştirakı ilə bölgədə islam terrorizmi ilə mübarizəni nəzərdə tutan yeni Amerika yanaşımı işığında dəyişiləcək.

Xaqani “əl-Əhram” qəzeti üçün açıqlamada bildirir ki, İran terrorizmi ilə mübarizə birinci növbədə İraq, Suriya və Yəməni ehtiva edəcək, çünki İranın bu ölkələrə ciddi təsiri var. Lakin müttəfiqlərin münaqişə tərəflərinin qəliz münasibətləri üzündən sazişə gəlməyi çətin olacaq. Məsələn, Türkiyə Suriyada fəal rol oynayır, lakin Misirlə yola getmir. Səudiyyə Ərəbistanı ilə dostluq münasibətindədir, lakin maraqları Krallığın maraqlarından fərqlənir. Bütün bunlar indiki anda siyasi gərginlik atmosferinə səbəb olur. Bu arada isə Ruhani seçildikdən sonra İran sürətlə inkişaf edən hadisələrdən həqiqətən ziyan görən yeganə ölkədir. ABŞ İrana meydan oxuyaraq onu Suriya, İraq və Yəməndə terrorizmə dəstəkdə ittiham edir.  

Xaqani həmçinin qeyd edir ki, bunların hamısı ilk “test”dən sonra dəyişilə bilər. Suriya Rusiya, İran və Türkiyənin birgə səyləri sayəsində siyasi tənzimləmənin baş tutduğu ilk ölkə ola bilər.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə