XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 10:35

Ərəb politoloq:“Rusiya Amerikanın Yaxın Şərqdəki polisidir” – Təhlil

Əl-Cəzirə (Qətər), 01.06.2017

 

Hərbi və strateji analitik Əhməd Rəhhal bildirib ki, Rusiya ABŞ-ın Yaxın Şərq polisidir. Rusiya Suriyaya müdaxiləyə yaşıl işığı məhz bundan əvvəl ruslarla iki dəfə görüşmüş ABŞ və israillilərdən alıb.

Bu fikir çərşənbə axşamı 2017-ci il mayın 16-da “Əks istiqamət” proqramının gedişində ifadə olunub – proqramda iki fövqəldövlət kimi Amerika və Rusiyanın mübarizəsi və yaxud Moskvanın nə dərəcədə Ağ Ev administrasiyası iradəsinin icraçısı rolu oynadığını müzakirə etmək təklif edilmişdi.

 

Fövqəldövlət deyil

 

Rəhhal hesab edir ki, Rusiya fövqəldövlət deyil. Bu, 14 milyon əhalsi yoxsulluqdan aşağı həddə yaşayan və 4 milyonu küçələrdə dilənən bir dövlətdir.  

Hərbi sənayesinə gəlincə, onu o qədər zəif sayır ki, hətta “Kuznetsov” aviadaşıyıcısı ora zorla gəlib çıxıb. Ruslar isə zarafat edirdilər: “Kuznetsov gəlib, bəs necə qayıdacaq?”

Rəhhal sonda deyib ki, iqtisadiyyatı Sinqapurunkuna ekvivalent olan Rusiya öz qulluqçularının maaşlarını ödəmək iqtidarında deyil.

Qısası, Barak Obamanın dediyi kimi, Rusiya ikinci qəbildən böyük dövlət və yaxud İsrailin dediyi kimi, hərbi gücü olan məhdud dövlətdir.

Suriyaya Rusiya müdaxiləsinə gəlincə, o bildirib ki, bu, amerikalılar Bəşər Əsəd rejiminin uçurumun qırağına çatdığına əmin olduqdan sonra baş verib. Bu, 2015-ci ilin avqustunda “Cəyş əl-Fəth”in ələvi dağlarına hücumu və Həma ətrafında irəliləyişi və Dəməşqin “Cəyş əl-İslam” tərəfindən mühasirəyə alınmağından sonra başlanıb.

Əhməd Rəhhalın fikrincə, bütün bunlar onunla şərtlənib ki, Amerika  öz “agenti” Bəşər Əsədə qarşı Suriya xalqının inqilabını bağışlamır.  

 

Energetik Suriya

 

Lakin beynəlxalq münasibətlər sahəsində araşdırıcı Riyad İd hesab edir ki, Rusiya Sovet İttifaqı dağıldıqdan sonra ölkə imicinin  qaytarılmasında ölü nöqtədən dəbərib. Ruslar SSRİ-nin dağılmasını XX əsrin ən böyük geopolitik səhvi sayırlar. Amerika Rusiyanı alçaltdı və Polşa, Çeçenistan, Gürcüstanda onu sərhədlərinə qədər irəlilədi, Suriyaya qədər gəlib çıxdı.

Suriya ərazisindən keçə biləsi qaz kəməri layihələri

 

Lakin niyə Suriya?

Onun fikrincə, Suriyanı yönəldən şəxs yeni əsri idarə edir. Suriya dünyada üçüncü böyük qaz ehtiyatları olan energetika marşrutlarının kəsişməsində yerləşir və qaz ehtiyatına görə dünyada ikinci olmağa namizəddir.

Uyğun olaraq, Suriyada müharibə məhz enerji resursları uğrunda mübarizənin güclənməsi və Dəməşqin müttəfiqi Rusiyanın maraqlarına zərbə vura biləcək Qətər və İsrail qaz kəmərlərini buraxmaqdan imtinası üzündən başlanıb.

İd göstərir ki, indiki döyüş Rusiyanın Amerika və Amerikanın Xalq Səfərbərlik Qüvvvələri və Suriya ordusu arasındakı yolu bağlamağa cəhd etdiyi Suriya səhrasından Deyr əz-Zora qədər yayılmış müttəfiqləri ilə yarışıdır. Bu onların şimalda kürd kantonu qurmaq vasitəsilə başladığı işin başa çatdırılması üçün edilir.

İdə görə, əsas qənaət bundan ibarətdir ki, Rusiya və onunla birgə Çin Amerikanın birqütblü dünyası və Vaşinqtonun Suriya layihəsinə qarşı mübarizə aparır.

 

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə