XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 13:02

Qətər sərmayəsi Türkiyə iqtisadiyyatına nə qatır? –Ankara-Doha yaxınlaşmasının səbəbləri - Təhlil

Mustafa Sönməz

"Al-Monitor"

 

Qətər, AKP iqtidarının yaxın dövrdə ən çox əhəmiyyət verdiyi dövlətlərdən biridir. Bunun iqtisadi önəmini prezident Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Qətərə son səfərindən sonra da açıqlayıb.

Körfəz ölkəsinin Türkiyədəki sərmayəsi 1,2 milyard dollardır. İqtisadiyyat Nazirliyinin məlumatlarına görə, 2017-ci ilin ortalarına qədər bu investisiyaların ümumi həcmi 1,5 milyard dollara çatacaq. 

Türkiyəyə bu sərmayələr 2013-cü ildən etibarən artır. Yəni 1,5 milyard dollarlıq investisiyanın 1,2 milyard dolları son 4 ilə aiddir.

"Banvit Tavukçuluk", hərbi avadanlıq istehsal edən, "Axşam" qəzetinin sahibi Ethem Sancakın da səhmdarı olduğu "BMC'"nin yarı hissəsi, "Finansbank", "Aban", "Digitürk" – Qətərin birbaşa investisiyalarının başlıca ünsürləridir.

Daşınmaz əmlak investisiyaları da var.

Amma Türkiyəyə yatırılan birbaşa xarici sərmayənin 141 milyard dollara yetişdiyi xatırlanıldıqda, Qətərin sərmayələri dəvə qulağı boydadır.

AKP rejiminin yaxın gələcəkdəki hədəfi Qətərin birbaşa investisiyalarından daha çox pay almaqdır. Amma eyni zamanda, Qətərdə 2022-ci il dünya futbol çempionatının keçirilməsi üçün davam etdirilən metro, otel, hava limanı, stadion tikintisi kimi investisiyalardan bir az daha çox pay qopartmaq.

"İnşaatçı Türkiyə" bu yarışda hansı yerdədir?

İqtisadi sektora məsul olan baş nazir müavini Mehmet Şimşək belə deyir: "Qətərdə fəaliyyət göstərən firmalar bu günə qədər 125 layihədən ümumən 13,7 milyard dollarlıq hissəni boyunlarına götürüb. Qətər, Türkiyəyə qarşı yalnız sözlə deyil, əməldə də müsbət mənada ayrı-seçkilik edir. Türk firmalarının orada işləməsinə güclü dəstək verilir. Qətər türk podratçıların boynuna ən çox layihə götürdüyü 7-ci ölkədir. Aramızdakı güclü münasibətlər sərfəli əməkdaşlığa çevrilib. Qətərdə reallaşdırılan layihələr arasında yollar ilk sıradadır. Bundan başqa, metro, hava limanı, liman layihələrində türk firmaları iştirak edir. Firmalarımızın xüsusilə Doha metrosu və hava limanı layihələrindəki uğuru diqqət çəkməkir".

2022-ci ildə dünya çempionatına ev sahibliyi etmək üçün 170 milyard dollarlıq büdcə ayıran Qətərlə ticarətdən daha çox pay almaq istəyən türk şirkətləri aprel ayında Dohada təşkil edilən "Expo Turlkey By Qatar" sərgisinə qatılıb.

Sərginin təşkilatçısı Hakan Kurt türk şirkətlərinin bu günə qədər Qətərdə 12,5-13 milyard dollarlıq layihələri tamamladığını, 7,5 milyard dollarlıq hissədə də işin davam etdiyini bildirib. Kurt deyib ki, "2022-ci ilədək türk şirkətlərinin Qətərdə alacağı işin 15-20 milyard dollara çatması gözlənilir".

Qətər, yalnız Türkiyənin deyil, bütün qlobal və regional güclərin maraq mərkəzindədir. Cazibəsi – mövcud zənginliyindən və sahib olduğu böyük enerji qaynaqlarından qaynaqlanır. 83%-i əcnəbi olan 2,5 milyon nəfərlik əhaliyə malik Qətərdə adambaşı illik gəlir 75 min dollardır. Ən varlı əhaliyə sahib bir ölkəyə iştah günbəgün artırır. O, 156 milyard dollarlıq iqtisadiyyata sahibdir. Türkiyənin milli gəlirinin təxminən 800 milyard dollar olduğunu xatırlasaq, bu, Türkiyənin varının beşdə biri qədərdir.

Hər kəs Qətərə mal satmaq, Qətər idxalatından pay almaq istəyir. 25 milyard barel xam neft, 25 trilyon kub metr təbii qaz qaynağı ilə dünyanın üçüncü resursuna sahib olan Qətərin müdafiə kimi ciddi dərdi  var. Qətərə jandarmlıq təklif edənlər az deyil və Türkiyə bu məsələdə də önə çıxır.

Türkiyənin Qətər ilə hərbi razılaşmalarına "TRT Avaz" televiziyasının şərhə diqqət çəkir. Həmin sazişlərinin ehtiva etdiyi iqtisadi niyyətləri də görməmizə köməkçi olan bu şərhdə deyilir: "Bu razılaşma türk müdafiə sənayesinin yeni bazarlar tapması baxımından olduqca əhəmiyyətlidir.

Bəs Türkiyənin Yaxın Şərqin göbəyində hərbi bazaya sahibi olması nə məna verir?

Türkiyə və Qətər Yaxın Şərq böhranında bir-birinə yaxın mövqe sərgiləyir. Suriyada müxaliflərə dəstək mövzusuna iki ölkənin münasibəti də eynidir. İraq və Yəməndəki böhrana münasibət də.

Bu ittifaq Qətər baxımından da xüsusi əhəmiyyət daşıyır. Çünki sünni Doha rəhbərliyi ABŞ-ın şiə İranla buzları əritməsindən narahatdır. Qətər hərbi çəkindirmə baxımından ölkəsindəki Amerikan birliklərini yetərli saymır. O bu boşluğu Türkiyə ilə iş birliyinə gedərək doldurmağa çalışır".

 

Tərcümə: Strateq.az 




Yuxarı Əvvələ Ana Səhifə