XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 11:13

22 yaşlı gəncin 22 mayda 22 nəfərin həyatına son qoyduğu sirli Mançestr teraktı:Faciənin arxasından kimin barmağı çıxır? – Araşdırma  

Alyona Bajova

perevodika.ru, 01.06.2017


Mançestrdəki teraktın yalançı bayraq altında hücuma dəxli olduğunu təsdiqləyən yeni təfərrüatlar meydana çıxmağa başlayır. Qəddafinin ələ alınmış müxalifəti içindən çıxan ölümə məhkumun mənşəyində ingilis-sakson xüsusi xidmətlərinin izi aydın şəkildə izlənir. Amma bu teraktda masonların gizli rəqəmlərinə işarə edən rəmz qismində daha bir parlaq ayrıntı aşkarlanıb.

Bu özəlliyə əvvəllər ABŞ Dövlət Departamentində işləmiş Amerika psixiatrı və yazıçı fantast Stiv R. Pyezenik diqqət yetirib. O, qeyd edib ki, Mançestr teraktı mayın 22-də 22 yaşlı kişi tərəfindən həyata keçirilib və 22 qurban aparıb. Bu rəqəmlərin hamısı bir yerdə 66 rəqəmini – hematriyada və yaxud praktik kabbaladakı “vəhşi işarəsi”ni verir və yazıçının məlumatına görə, çağdaş oxunuşda kürəsəlliyi rəmzləşdirir.

Bu cür rəqəmsal məna düzgündürsə, rəqəmlərin özü isə təsadüf deyilsə, onda 22 rəqəmi Mançestr teraktının arxasında mərkəzi London-Siti olan dünya maliyyə beynəlmiləlinin durduğuna aşkar işarədir. Liviya mənşəli terrorçu Abədinin ailəsinin Britaniya xüsusi xidmətləri ilə əlaqəsi bu versiyanı təsdiqləyir.

Cibində qalmış kredit kartından eyniyyətləşdirilən gənc Salman Abədi Ariana Qrandenin konsertindəki teraktın icraçısı kimi təqdim olunub. Məlumdur ki, o, Mançestrdə Liviya mühacirlərindən Qəddafiyə müxaliflərin ailəsində doğulub, Selford universitetindən çıxarılıb və son zamanlar radikal islama uyub. Lakin atası daha böyük maraq doğurur – Liviya kəşfiyyatının İngiltərəyə mühacirətdən sonra Mi-6-ya xidmətə girmiş keçmiş zabiti Ramazan Abədi. O, 1992-ci ildə Qəddafiyə qarşı sui-qəsdə qatılmaq üçün Liviyaya qaytarılıb, amma sui-qəsd iflasa uğrayıb və o, Böyük Britaniyada siyasi sığınacaq alıb. Ramazan Abədi 1994-cü ildə Liviyaya dönüb, bir ildən sonra 2011-ci ildə Cəmahiriyyənin devrilməsində həlledici rol oynamış “Liviya islamçı döyüş qrupu”nu (LİDQ) yaradıb. Lakin 100 min funt-sterlinq qonorara baxmayaraq, 1995-ci ildə Qəddafini devirmək cəhdi yenidən iflasa uğrayıb.

Ramazan Abədi 1999-cu ildə Mançestrin cənubunda artıq kçik Liviya icmasının, o cümlədən LİDQ-nin “köhnə üzvləri”nin yaşadığı Whalley Range-də məskunaşıb. Birləşmiş Krallığın Mİ-5 daxili kəşfiyyat zabitinin Liviyadan qayıdan başqa birinin istintaqında  bildirdiyi kimi, “Britaniya hökumətinin Qəddafiyə qarşı mübarizə aparan adamlarla heç bir problemi olmayıb”.

Whalley Range-də xüsusən də “Əl-Qaidə”nin əsas komandirlərindən biri, Pakistanda təcrübə keçdikdən sonra ABŞ-ın Liviya səfiri Kristofer Stivensə qarşı əməliyyata başçılıq etmiş Əbdülbəsət Əzzuz yaşayıb. Liviya icmasının başqa bir üzvü Salah Əbu Oba 2011-ci ildə LİDQ üçün vəsait yığmaqla məşğul olub. Ramazan Abədinin özü 2005-ci ildə İraqda “Əl-Qaidə”nin yaradılmasında iştirak edib, 2011-ci ildə isə Mİ-6-nın Liviyada dostu, hazırda Şimali Afrikada İŞİD-in rəhbəri  Əbdülhakim Bəlhacın başçılıq etdiyi döyüşçülərinin əlaqəçisi olub.

Bəlhacın Britaniya xüsusi xidmətləri və NATO kəşfiyyatı ilə əlaqələri də yaxşı məlumdur. O, 2004-cü ildə Madriddə teraktın təşkili ittihamı ilə Malayziyada həbs edildikdən sonra Liviyaya təhvil verilib, lakin onu Liviya agentləri deyil, Mİ-6-nın mütəxəssisləri sorğu ediblər. O, 2011-ci ilin sentyabrında NATO tərəfindən Tripolinin qubernatoru təyin olunub. Bəlhac 2012-ci ildə Bəşər Əsədə qarşı “Azad Suriya Ordusu”nu qurmaq üçün Suriyaya ezam edilib, 2014-cü ildə isə Fransa XİN-də qəbul edilib. Ancaq Bəlhac 2013-cü ilin dekabrından başlayaraq doqquzillik Liviya dustaqlığı dövründəki adam oğurlamaq və işgəncələrə görə Mİ-6-nın keçmiş başçısı Mark Allenlə məhkəmədə çəkişir.

Hər necə olur-olsun, "Whalley Range"dəki liviyalıların Britaniya xüsusi xidmətləri ilə əməkdaşlığı yəqindir. Ramazan Abədinin özü artıq onları “Mançester arena”dakı teraktın gedişində oğlunu qətlə yetirməkdə ittiham edir.

Aydındır ki, Britaniya tacına 20 ildən çox xidmətə baxmayaraq, Liviya mühacirləri yeni dünya düzəninin qurulması üzrə dünya maliyyə oliqarxiatının yeni strategiyasında məxaric materialı olublar. Teraktın özü Böyük Britaniyanın özündə Brexit-in əsaslandırılması daxil olmaqla siyasi tərtibatın təshihinə, Trampın Avropa turnesi zamanı ona qoyulan badalağa və Suriyada, Qəddafinin daha bir oğlunun həbsxanadan azad edildiyi Liviyada yeni misssiyaların hazırlığına ideal şəkildə sığışır.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə